Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-192/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-4779/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixədək, 36 ay müddətinə hər ay 112 manat, sonuncu ay 120 manat qaytarmaq şərti ilə Cavabdeh 4040 manat məbləğində borc pul vermişdir.
2. Sumqayıt şəhəri 3 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, № 8İ/7652 saylı icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 1765 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1785 manat tutulmalıdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-92/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əsasında Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən tərtib edilmiş 8İ/7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi, Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən tərtib edilmiş 8İ/7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən ödənilmiş 900 manat pulun İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin Sumqayıt şəhər 3 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, cavabdeh İddiaçı 65 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsini onunla əsaslandırmışdır ki, bir yerdə işlədikləri üçün Cavabdeh çoxdan tanıyırdı. İddiaçı 2014-cü ildə bankdan kredit götürərək cavabdehə və Ramil adlı bir şəxsə pul vermişdir. Cavabdeh həmin məsələdə iddiaçını çox incitdiyi üçün artıq ona etibar etmirdi. Ona görə də 2018-ci ildə iddiaçıdan təkrar pul istəyərkən borc məbləğini notariat orqanı vasitəsi ilə verəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat kontorunda aralarında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə görə cavabdeh iddiaçıdan 4040 manat pul almış və 36 ay ərzində hissə-hissə qaytarmaq barədə öhdəlik götürmüşdür. Lakin götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Aralarında dəfələrlə mübahisələr baş vermiş, hətta Sumqayıt şəhər 1 saylı Polis Bölməsində araşdırma aparılmışdır. Cavabdeh açıq-aşkar iddiaçıya qarşı pis niyyətdə olmuş, etibarından sui-istifadə edərək xeyli miqdarda pulunu ələ keçirmişdir. Cavabdeh 2018-ci ildən indiyə qədər 4040 manatdan 2275 manat qaytarmış, 1765 manatı isə borclu qalmışdır. Ona görə də iddiaçı notariat orqanına müraciət edərək icra qeydinin icra idarəsinə göndərilməsini tələb etmişdir. Notariat orqanı da öz növbəsində qanunlara riayət edərək cavabdehə xəbərdarlıq etmiş, sonra isə icra qeydini icra idarəsinə göndərmişdir. İcra qeydi icra edilməyə başlamış, cavabdehdən 900 manat məbləğində pul da tutulmuşdur. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş icra qeydinin ləğv edilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Uzun araşdırmadan sonra heç bir əsası olmadan məhkəmə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, 3 saylı Notariat ofisinin tərtib etdiyi 8İ-7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydini ləğv etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh 2021-ci ildə tərtib edilmiş icra qeydini 3 il sonra mübahisələndirmiş və ləğv etdirmişdir. Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi etibarsız sayılmadığı üçün iddiaçı da həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə ki, həmin qətnamədən apellyasiya şikayəti versə, əlavə vaxt itkisinə yol vermiş olacaqdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 1765 manat əsas borc və məhkəməyə iddia ərizəsini vermək üçün ödənilmiş 38 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Əzimov X5 Azər Yusub oğlu ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi imzalayaraq, guya İddiaçı ona 4040 manat məbləğində pulu borc verir və o da bu borcu 36 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək, hər ay 112 manat, sonuncu ayı isə 120 manat ödəməyi öhdəmə götürür. Belə ki, İddiaçı ilə aralarında olan razılaşmaya əsasən sonuncu bankdan götürəcəyi kredit məbləği əsasında öz adına rəsmiləşdirəcəyi “OPEL” markalı avotomobili sonradan ona satacaqdı və o da avtomobil üçün nəzərdə tutulmuş 4040 manat məbləğində pulu həmin borc müqaviləsi əsasında Azərə ödəməli idi. İddiaçı, “Kapital Bank “ASCdən aldığı 4300 manat kredit pulundan 2400 manat məbləğində pul ilə “OPEL ASTRA” markalı avtomobili öz adına rəsmiləşdirdikdən sonra o da Azərə 1800 manat məbləğində pulu E-manat terminalından ödəmişdir. Lakin, İddiaçı həmin avtomobili ona satmaqdan imtina etdi. Əvəzində ona başqa avtomobil verəcəyi vədi ilə aldadaraq aralarındakı razılaşmaya əməl etmədi. Qeyd edilən hüquq pozuntusu ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra İddiaçı polis bölməsində izahat verərək, ərizədə qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4779/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Şəbnəm Həxiyeva) ilə qarşılıqlı iddia üzrə mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4779/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 1765 (bir min yeddi yüz altmış beş) manat məbləğində pul, habelə 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 4040 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh həmin borcdan 2275 manat qaytarmış, qalan 1765 manat borcu isə qaytarmamış, bununla da nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh oğlunun İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 331.1, 385.1, 442, 739.1, 740.1, 740.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 119.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 4040 manat məbləğində pul vəsaiti notariusun bank hesabına ödənilməmiş və Cavabdeh tərəfindən qeyd edilən vəsaitin qəbul edilməsi barədə qəbz notariat işində mövcud olmamışdır. Bundan əlavə İddiaçı da məhkəmə iclaslarında dəfələrlə həmin faktı etiraf edib bildirmişdir ki, müqvilədə əks olunan məbləğ əslində 4040 manat olmamış, borc məbləği 2500 manat olmuş, 1540 manat məbləği isə faiz məbləği olmaqla notarius tərəfindən müqaviləyə əlavə edilmişdir. Belə olan halda hesab ediri ki, məhkəmənin İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə ziddir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinin İV bəndinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Cavabdeh isə Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə müraciət edərək İddiaçı barəsində şikayət etmiş, aidiyyatı üzrə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də aparılmış araşdırmanın nəticəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı vermiş olduğu izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən bankdan götürəcəyi kredit məbləği əsasında öz adına rəsmiləşdirəcəyi OPEL markalı avtomobili sonradan Cavabdeh satacaqdı və o da avtomobil üçün nəzərdə tutulmuş 4040 manat məbləğində pulu həmin borc müqaviləsi əsasında ona ödəyəcəkdi. İddiaçı "xxxx" ASC-dən aldığı 4300 manat kredit pulundan 2400 manat məbləğində pul ilə Opel Astra markalı avtomobili öz adına rəsmiləşdirdikdən sonra o, Azərə 1800 manat məbləğində pulu E-manat terminalından ödəmişdir. Lakin, İddiaçı, həmin avtomobili ona satmaqdan imtina etmişdir. Əvəzinə ona başqa avtomobil verəcəyi vədi ilə aldadaraq aralarındakı razılaşmaya əməl etməmişdir. İddiaçı da məhkəmə iclaslarında dəfələrlə etirafedici ifadə verərək bildirmişdir ki, müqvilədə əks olunan 4040 manat məbləğində pul notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmiş, əsl borc məbləği 2500 manat olmuş, 1540 manat məbləği isə faiz məbləği olmaqla notarius tərəfindən müqaviləyə əlavə edilmişdir. Bundan əlavə Sumqayıt şəhəri 3 saylı notariat ofisindən əldə edilmiş xx.xx.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin notariat işinə baxdıqda müəyyən olundu ki, 4040 manat məbləğində pul notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Belə olan halda hesab edir ki, məhkəmənin İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə zidddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
18. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
21. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4779/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən 740 (yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında bildirmişdir ki, 04 iyun 2018-ci il tarixli kredit müqaviləsində olan imza ona məxsus deyildir. O, İddiaçı 4040 manat məbləğində borc pul alması ilə bağlı müqaviləyə imza etməmişdir.
33. Məhkəmə kollegiyası tərəflər arasında mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün xx.xx.2025-ci il tarixli, 2(105)-192/2025 nömrəli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 4/317 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 04 iyun 2018-ci il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza və əlyazma - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 04 iyun 2018-ci il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzada - imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı.
35. Məhkəmə kollegiyası həmin ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən müqavilədəki imzanın ona məxsus olmaması barədə cavabdehin dəlili öz təsdiqini tapmır.
36. Digər tərəfdən, işin materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbi Sumqayıt şəhər 3 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir.
37. Həmin qətnamədən görünür ki, hazırda Cavabdeh mübahisələndirdiyi digər hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. “Q.Məmmədova və digərlərinin şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 15 iyul tarixli Qərarı və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarlarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
40. “G.Əhmədovanın şikayəti” üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
41. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı bildirmişdir ki, cavabdehə 2540 manat məbləğində pul vermişdir və cavabdeh onun 1515 manatını qaytarmışdır. Lakin cavabdeh tərəf iddiaçı qarşısında pul öhdəliyinin olmamasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövcud mübahisə üzrə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır.
43. Belə ki, iddiaçı məhkəmə iclasında cavabdehə 2540 (iki min beş yüz qırx) manat pul verdiyini və onun 1515 (bir min beş yüz on beş) manatının qaytarıldığını bildirmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan məbləğ düzgün müəyyən olunmamışdır. Belə ki, Cavabdeh tərəfindən 1515 (bir min beş yüz on beş) manat borcun iddiaçıya geri qaytarıldığı nəzərə alınaraq bu məbləğ iddiaçıya qaytarılmalı olan 2540 (on səkkiz min) manat məbləğdən çıxılmalı və iddiaçıya cavabdeh tərəfindən 1025 (bir min iyirmi beş) manat (2540-1515) məbləğində pul vəsaiti ödənilməlidir.
45. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
46. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosuna 325 manat ödəniş edilmişdir.
53. Məhkəmə kollegiyası MPM-in 119.1 və 121.1-ci maddələrinə əsasən həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, hüquqi yardım üçün göstərilmiş xərclərə görə isə 325 manat alınaraq iddiaçıya ödənilməlidir.
54. Beləliklə məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4779/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh 740 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə təmin edilməməli, iş üzrə hüquqi yardım üçün göstərilmiş xərclərə görə 325 manat Cavabdeh alınaraq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
55. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4779/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 740 (yeddi yüz qırx) manat məbləğində pulun tutulması hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan (Cavabdeh 1025 manat məbləğində pul, habelə 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin) hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə hüquqi yardım üçün göstərilmiş xərclərə görə 325 (üç yüz iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat Cavabdeh oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.