Məhkəmə qərarları › İş №2(105)-1946/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1946/2021

19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1946/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.10.2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Mirzəağa qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilib, Cavabdeh 06.10.2010-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin 01.03.2021ci il tarixdən başlayaraq tutularaq İddiaçı Mirzəağa qızına verilməsi və Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnaməsinin ləğv edilib, ondan 06.10.2010-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Mirzəağa qızına verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnamənin ləğv edilməsinə yönəlmiş apelyasiya şikayətinin giriş, əsslandırıcı və nəticə hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnaməsinin ləğv edilməsi xahiş edilir. Göründüyü kimi Cavabdeh vermiş olduğu apelyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin şikayətin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Mirzəağa qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il il tarixli, 2(060)-3127/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar