Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1958/2022 05.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-nə qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-120/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, DEN-00029-08/19 A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, DEN-A0029- 08/1A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 149698,99 manat manat əsas borc, 15344,03 manat faiz borcu, 500 manat dəbbə borcu, ümumilikdə 165543,02 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan xx.xx.2019-cu il tarixli, DENG-00029-08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti 280000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinin boşaldılması, məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 05 oktyabr 2020-ci il tarixli, 9/2861 saylı mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesabAZ34CTRE********************, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 MMC-dən tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(012)-120/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)- 120/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh1 nümayəndəsi vəkil X2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-120/2021 saylı qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, DEN-00029- 08/19 A saylı əsas kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli, DEN-A0029-08/1A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019- cu il tarixinə olan 149699 manat əsas borc, 15344,04 manat faiz borcu, 18420,39 manat dəbbə borcu, ümumilikdə 183463,43 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan xx.xx.2019-cu il tarixli, DENG-00029-08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abbasov X3 Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə cavabdehin qətnamədən şikayəti elektron qaydada verdiyini, şikayətin qanunvericiliyin tələblərinə uyğun verildiyini nəzərə almamış, düzgün olmayan qərardad qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını elektron kabinet vasitəsilə verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli və onunla bağlı 04 avqust 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1958/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1958/2022
05.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver