Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2014/2021 03.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-88/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-88/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh mebel dəsti-zal üçün stenka (qorka), kamot, televizor altlığı, stol, stul; yataq otağı üçün dəst- taxt, güzgülü tumba, stulu, 2 ədəd balaca tumba (Türkiyə istehsalı) - 6000 manat, künc divan, jurnal stolu- 1500 manat, 3 dəst pərdə (tül, qalın pərdə) - 800 manat, 2 ədəd çılçıraq- 500 manat, 3 ədəd xalça -600 manat, tək açılan kreslo-300 manat, 3 dəst yorğan-döşək, (4 ədəd tük- 6 ədəd sintifon) yastıq- 1000 manat, örtük- 500 manat, qalın ədyal - 70 manat, 2 ədəd gecə paltarı-40 manat, 5 ədəd çexol dəsti-250 manat, 3 ədəd süfrə- 45 manat, dəsmallar (15 ədəd) 150 manat, nahar servizi-150 manat, 5 ədəd qənd qabı sadə-50 manat, şəkər qabı dəsti- 40 manat, sini dəsti-80 manat, 3 ədəd bohemiya bülluru-100 manat, 3 ədəd fincan dəsti-70 manat, 4 ədəd bokal dəsti-80 manat, 12 ədəd büllur stəkan- 70 manat, 12 ədəd armudu stəkan-30 manat, 24 ədəd nəlbəki - 60 manat, bıçaq dəsti- 35 manat, mikser - 20 manat, ət çəkən maşın- 200 manat, qoz çəkən maşın- 15 manat, paltar qabı, - 30 manat, paltar sərgisi- 50 manat, ütü altlığı-50 manat, çörək qabı, üçlü süzgəc (tvyorka), tək jarovnik- 40 manat, ütü- 80 manat, bıçaqlar, tort kəsən-20 manat, 12 ədəd araq stəkanı-30 manat, 12 ədəd rozet-15 manat, 2 ədəd ləpə qabı-10 manat, 3 ədəd meyvə qabı-50 manat, çaydan, balıq qoymaq üçün qab, şotka, ipəzor qabı, duz qabı, göyərti doğramaq üçün taxta, tualet təmizləmək üçün şotka, parç, palaz çırpan-50 manat, Qrafin (su qabı), güldan, qəhvə bişirən-qaşıqla-50 manat, kəfkirqaşıq naboru- 30 manat, manqal-şiş-40 manat, şirəçəkən maşın-20 manat, təzyiq ölçən aparat, oyun lotosu-20 manat, 2 ədəd palto- 250 manat, şuba- 70 manat, 2 ədəd gödəkçə -70 manat, 3 ədəd pencək- 50 manat, plaş-30 manat, 6 ədəd şalvar- 100 manat, 11 ədəd don- 600 manat, 5 dəst ev paltarı-150 manat, 20 ədəd kofta -300 manat, 8 ədəd çanta-180 manat, 3 ədəd eynək-150 manat, bijuteriya, alt paltarı, gecəlik 300 manat, 15 ədəd papaq, şərf-150 manat, 3 ədəd jilet-30 manat, 6 ədəd çəkmə-200 manat, 7 ədəd ayaqqabı-400 manat, 8 ədəd idman və yay ayaqqabıları-150 manat, 5 ədəd evdə geyinmək üçün tərlik- 70 manat dəyərində cehiz əmlakların, qızıl dəst (750 əyarlı (boyunbağı, bilərzik, sırğa və üzük))-2700 manat dəyərində qızıl-zinət əşyasının, həmçinin iddiaçıya məxsus sənədlər -diplomun (X1 Tibb Bacısı kursu), kompyuter kursundan aldığı sertifikatın, doğum haqqında şəhadətnamənin, ailə şəkillərinin və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim A.İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv olunmasını, bu hissədə də iddianın rədd edilməsini və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunduğunu, onların artıq ailə kimi yenidən birlikdə yaşadıqlarını və Cavabdeh qarşı hazırkı iddiasından imtina etdiyini, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh da ərizəni müdafiə edərək və məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunduğunu, ailəsilə birlikdə yaşadığını bildirdi və İddiaçı iddiasından imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, verilmiş ərizələri nəzərə alaraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-88/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 88/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261-262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-88/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2014/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2014/2021
03.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver