Məhkəmə qərarları › İş №2(105)-2015/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2015/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2015/2022 14.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, X8 cavabdeh Əliyeva (Aşurova) Hüsniyyə Hüseyn qızına qarşı uşağın ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsindən iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsi iddiaçı X8 cavabdeh Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına qarşı uşaqın ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi və s tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Etibar Hümbətov). Qətnamədən iddiaçı X13 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-64/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı X13 cavabdeh X4 qarşı uşağın ananın himayəsindən alınaraq atanın himayəsinə verilməsi tələbinə dair iddia qaldıraraq, cavabdeh Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı ilə birgə nikahlarından yetkinlik yaşına çatmayan övladı 27 iyun 2013-cü il təvəllüdlü X14 cavabdehin rəsmi himayəsindən alınaraq yetkinlik yaşına çatanadək onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladları 27 iyun 2013-cü il təvəllüdlü X14 cavabdehin rəsmi himayəsindən alınaraq yetkinlik yaşına çatanadək atası X8 himayəsinə verilməsi və cavabdeh Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızından iddiaçı X8 xeyrinə birgə nikahdan dünyaya gəlmiş 27 iyun 2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına qədər saxlanılması üçün 193 (yüz doxsan üç) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Cavabdeh X13 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddiaçı onun oğludur və Azərbaycandadır. Aliment borcuna görə barəsində axtarış qərarı var, həmin qərar da qərəzlidir. Çünki oğlunun aliment borcu yoxdur. Uşaq doğulan gündən onların himayəsindədir. Sadəcə çox qısa bir müddət anada olub, onda da yanıq və s. formasında xəsarətlər alıb. O, bununla bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb. Uşağın 10 yaşı olacaq, bu günə qədər ana onunla maraqlanmayıb. Cavabdeh 1 yaş 3 aylıq olarkən uşağı qoyaraq ailə qurub. Həmin ailəsi ilə də ayrılandan sonra gəlib onlardan uşağı və aliment istəməyə başladı. Cavabdehin məqsədi uşağa analıq etmək deyil, onlardan aliment almaqdır. Hesab edir ki, məhkəmə uşağın fikrini əsas götürməlidir. Uşaq nənə-babanın yox, atanın himayəsindədir. Ata da onlarla bir mənzildə yaşayır. Axtarışda olduğundan məhkəməyə gəlmir. Növbəti məhkəmə iclasına iddiaçını da, uşağı da gətirə bilər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əliyeva (Aşurova) Hüsniyyə Hüseyn qızı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, oğlu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun himayəsindədir. Amma qətnamə icrasız qalmaqdadır. Övladı indiyədək iddiaçının və ailəsinin himayəsindədir. İddiaçı axtarışdadır. İcra məmuru ilə dəfələrlə iddiaçının yaşadığı ünvana gedilib, amma iddiaçının atası onu polisə təhvil verməkdən imtina edib. Övladını 5 il olar ki, görmür, onunla heç bir münasibəti, əlaqəsi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının cavabdeh X10 qarşı nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment tələbinə dair ilk iddiası qismən təmin edilərək, X13 ilə Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, ilk iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh X8 Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X14 atası X8 himayəsində saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1845/2017 saylı, 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, 13 fevral 2017-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilmişdir. İlk iddia qismən təmin edilərək xx.xx.2013-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın atası X8 himayəsindən alınaraq anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin tərəflər arasında bağlanmış 17 avqust 2012-ci il tarixli nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7005/17 saylı, 11 oktyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 iyun 2017-ci il tarixli, 2(105)1845/2017 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-360/2018 saylı, 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X6 qarşı “valideyinlik hüquqlarından məhrum etməyə dair” iddiası təmin edilməmiişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin 07 iyun 2022-ci il tarixli, 7177-198134/2018-5-39 saylı məlumat xarakterli məktubundan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş Ayxan adlı uşaq atası X9 himayəsindən alınaraq anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməli, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 hər ay 136,6 manat sabit pul məbləğində aliment alınaraq Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına ödənilməlidir. Bundan başqa əldə olunmuş şifahi məlumata əsasən Şamaxı Rayon Məhkəməsinin icraatında borclu X8 tərəf olduğu mülki iş vardır, hal-hazırda bununla əlaqədar məhkəmə prosesləri davam etdirilir. Məlumat üçün bildirilmişdir ki, borclu X8 olduğu yer və yaşayış yeri müəyyən edilmədiyindən Nəsimi rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən borclu barəsində axtarış elan olunaraq, müvafiq polis orqanına göndərilmişdir. Odur ki, borclu X8 məhkəmə proseslərində iştirakı təmin olunduğu təqdirdə, uzun müddətli axtarışda olduğunu nəzərə alaraq, onun Nəsimi rayon İcra şöbəsinə təhvil verilməsinin təmin olunması üçün dərhal polis orqanlarına məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan mediasiya prosesinə xitam verilməsi barədə 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X7 Əliyeva (Aşurova) Hüsniyyə Hüseyn qızına qarşı övlad tələbinə dair müraciəti ilə əlaqədar tərəflər mediasiya prosesində iştirak etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən, yəni mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2022-ci il tarixli, 11/114 saylı ekspert rəyindən görünür ki, 27 iyun 2013-cü il təvəllüdlü X14 psixoloji və emosional vəziyyəti qənaətbəxş olmaqla, onun fərdi-psixoloji xüsusiyyətlərində aqressivlik əlamətləri müəyyən olunmur, əqli və psixi inkişafına görə özü ilə əlaqədar yaranmış şəraiti qavramaq və anlamaq qabiliyyətinə malikdir. X14 atası X10 bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası X6 bağlılığı, emosional tələbatı və mütəmadi ünsiyyətdə olmağa meyilliliyi müəyyən olunmur. X8 və X2 fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. xx.xx.2013-cü il təvəllüdlü X15 anası X6 qarşı “yadlaşma fenomeni”nin psixoloji təzahürləri mövcuddur. X1 təsəvvür və qavrayışında X11 “ana” obrazı kimi formalaşmamışdır. 27 iyun 2013-cü il təvəllüdlü X3 dövrlər atası, nənəsi və babasının himayəsində yaşaması, onlarla mütəmadi təmasda olaraq əqli, emosional və sosial cəhətdən formalaşması nəzərə alınaraq hazırda adaptasiya olunduğu mühitdən ayrılması onun emosional-iradi sferasına neqativ təsir göstərə bilər. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, Ş-06-147 saylı rəyinə əsasən Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya 27 iyun 2013-cü il təvəllüdlü X14 atası X8 yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Müəyyən edilmişdir ki, tərəflər nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmi qeyd etdirmiş, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ayxan doğulmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının X10 qarşı “nikahın pozulması, uşağın himayəsində saxlanılması və aliment tələbi”nə dair ilk iddiası qismən təmin edilərək, ər-arvad arasındakı nikah pozulmuş, ilk iddia qalan hissədə rədd edilmişdir. X8 Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına qarşı “uşağın atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, Ayxanın atası X8 himayəsində saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1845/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 252/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilmiş, ilk iddia qismən təmin edilərək Ayxanın atası X8 himayəsindən alınaraq, anası Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızının himayəsinə verilməsi, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 alimentin tutularaq Aşurova (Əliyeva) Hüsniyyə Hüseyn qızına verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikahın pozulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7005/17 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(105)-1845/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh X6 qarşı “valideyinlik hüquqlarından məhrum etməyə dair” iddiası təmin edilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.6-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırmışdır. Belə ki, iddiaçı tələbini Ayxanın cavabdehin yanında qalmasına etiraz etdiyindən hal-hazıra qədər onun yanında himayəsində qalması, anası ilə yaşamaqdan qəti şəkildə imtina etməsi, dəfələrlə Ayxanla anası ilə yaşaması və anasının yanına göndərilməsi barədə söhbət edilsə də uşağın, buna qəti şəkildə etiraz etməsi və anasını tanımadığını, onunla yaşamayacağını bildirməsi, anadan olandan faktiki olaraq onun yanında və himayəsində olması, eləcə də artıq 9 yaşına keçməsi ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının bu dəlillərinin iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, iddiaçının dəfələrlə Ayxanın anası ilə yaşaması və anasının yanına göndərilməsi üçün cəhd etməsi, lakin bunun uşağın qəti etirazı ilə bağlı baş tutmaması təsdiq edilməmişdir. Əksinə işdə surətləri olan məhkəmələrin yekun aktlarının surətindən görünür ki, iddiaçı Ayxanın anası ilə yaşamasına əvvəldən razı olmamış, bunun baş tutmaması üçün uşağın onun yanında qalması tələbinə dair qarşılıqlı iddia ilə müraciət etmiş, iddiasının rədd edilməsinə və uşağın anasına verməli olduğu barədə məhkəmə qətnaməsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minməsinə baxmayaraq, həmin vaxtdan hal-hazıradək məhkəmə qətnaməsini icra etməyərək uşağı anasına verməmiş, ananın valiydenlik hüququnu mübahisələndirmiş, onun bu iddiası da xx.xx.2018-ci il tarixdən rədd edilsə də iddiaçı xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş və uşağın anasına verilməsini nəzərdə tutan məhkəmə aktının icrasından yayınmış və sonradan hazırkı iddia ilə müraciət etmişdir. İddiaçının özü ümumiyyətlə məhkəmə prosesində iştirak etməmiş və axtarışda olduğu müəyyən olunmuşdur. Qeyd edilən hallar isə Ayxanın anası ilə yaşamamasına iddiaçının yaratdığı çox saylı məhkəmə mübahisələrinin səbəb olduğunu, uşağın ifadə edilmiş iradəsi ilə bağlı olmadığını təsdiq etmişdir. Məhkəmə xüsusi biliyi olan orqanın və qəyyumluq orqanının rəylərini də hazırkı iddianın təmin edilməsinə əsas saymamışdır. İlk öncə xüsusi biliyi olan orqan öz rəyi ilə Ayxanın cavabdehə bağlılığının olmamasını, Ayxanda cavabdehə qarşı “yadlaşma fenomeni”nin psixoloji təzahürlərinin mövcud olmasını, onun təsəvvür və qavrayışında cavabdehin “ana” obrazı kimi formalaşmamasını müəyyən etsə də cavabdehin fərdipsixoloji xüsusiyyətlərində azyaşlı uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətlərin olmadığını da müəyyən etmiş, eyni zamanda uşağın hazırda adaptasiya olunduğu mühitdən ayrılmasının onun emosional-iradi sferasına neqativ təsir göstərə biləcəyini qeyd etmişdir. Uşağın hazırda adaptasiya olunduğu mühitdən ayrılmasının onun emosional-iradi sferasına neqativ təsir göstərə biləcəyinə dair qeyd onun qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası qaydasında anasına verilməsini istisna etmir. Ayxanda cavabdehə qarşı “yadlaşma fenomeni”nin psixoloji təzahürlərinin mövcudluğu, onun təsəvvür və qavrayışında cavabdehin “ana” obrazı kimi formalaşmaması isə iddiaçının Abşeron Rayon Məhkəməsinin 2(012)-252/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qəbul edilməsi ilə yekunlaşmış işin mahiyyəti üzrə həll edildiyi vaxt 3 yaş 8 aylıq olan Ayxanın cavabdehlə yaşamasına razılaşmayıb, onun yaşayış yerini mübahisələndirməsi və həmin mübahisə üzrə xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş məhkəmənin yekun aktını icra etməməsi səbəbindən əmələ gəlmişdir. Belə ki, azyaşlı 3 yaş 8 aylıq uşağın valideynlərindən hansının yanında qalması məsələsinin həllində şəraiti qavraması və anlamaq qabiliyyətinə malik olması ağlabatan deyil. İddiaçının bu davranışı faktiki olaraq Ayxanı öz anasını tanımaq, onunla hətta ekstremal hallar olmuş olsa belə, ünsiyyətdə olmaq hüququndan məhrum edir. İddiaçının davranışı eyni zamanda cavabdehi Ayxanın tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququndan və vəzifəsinin icrasından məhrum edir. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Məhkəmə hesaöb etmişdir ki, xüsusi biliyi olan orqan və qəyyumluq orqanı rəylərini verərkən bu halları nəzərə almamışlar. Xüsusi biliyi olan orqan həmçinin müəyyən etmişdir ki, Ayxanın son dövrlər atası ilə yanaşı, nənəsi və babasının da himayəsindədir. Bu hal isə onu təsdiq edir ki, Ayxanın tərbiyəsinə, sağlamlığına və psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyan iddiaçı onu, məhkəmə aktının icrası qaydasında digər şəxslərlə müqayisədə Ayxana münasibətdə daha üstün hüquqlara malik olan anasına deyil, onun tərbiyəsinə, sağlamlığına və psixi, fiziki, mənəvi inkişafına görə heç bir məsuliyyət daşımayan şəxslərin himayəsinə vermişdir ki, bu hərəkət də anası sağ olan Ayxanı valideyn himayəsindən məhrum etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi”nin 6-cı prirnsipinə əsasən, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olmadıqda, vaideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə hesab etmişdir ki, Ayxanda cavabdehə qarşı “yadlaşma fenomeni”nin psixoloji təzahürlərinin mövcudluğunun, onun təsəvvür və qavrayışında cavabdehin “ana” obrazı kimi formalaşmamasının, cavabdehin hərəkətləri ilə bağlı olması təsdiq olunmadığından, əksinə iddiaçının xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş və uşağın anasına verilməsini nəzərdə tutan məhkəmə aktını icra etməməsi ilə əlaqədar olduğundan, cavabdehin fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri olmadığından, iddianın təmin edilməsi faktiki olaraq anası sağ olduğu halda Ayxanın baba və nənənin himayəsində saxlanılması-valideyn himayəsindən məhrum edilməsi xarakteri daşıdığından, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi uşağın dindirilməsini xahiş etmiş, onun bu xahişi təmin olunsa da o, növbəti məhkəmə iclasına gəlməmiş və uşağı gətirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 64/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar