Məhkəmə qərarları › İş №2(105)-2025/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2025/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2025/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-617/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-617/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək 15 oktaybr 1986-cı ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-617/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19 oktyabr 2016-cı il təvəllüdlü X2 üçün, hər ay onun aylıq qazancının dörddə bir hissəsi məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilərək 19 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : İddiaçı apellyasiya şikayətini nonunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin rədd olunan hissəsinə belə haqq qazandırmışdır, Cavabdeh iddiaçı ilə boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan onun xx.xx.2021-ci il təvəllüdlü Emin adlı bir uşağı anadan olmuşdur. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə cavabdehdən tutulacaq alimentin miqdarının dörddə bir hissə müəyyən olunması onun maddi və ailə vəziyyətinin pisləşməsinə, öhdəsində olan Emin adlı uşağın və digər şəxsləri, yəni arvadı, ana-atasının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Məhkəmənin bu mövqeyindən belə çıxır ki, cavabdehin növbəti uşağı doğulanda alimentin məbləği aşağı – 1/8 hissəyə, 3-cü uşağın doğuluşunda isə, yəqin ki, 1/10 hissəyə düşməsi ehtimalı var. Axı, cavabdehin nə qədər əmək haqqı almasından, ümumiyyətlə onun işləyibişləməməsindən asılı olmayaraq, hətta onun digər nikahdan doğulan uşağının, eləcə də uşaqlarının doğulmasına baxmayaraq o, övladına aliment ödəməlidir, o həddə ki, ödənilən aliment uşağın zəruri hesab olunan xərclərini qarşılasın. Əgər cavabdehin əmək haqqı bu zəruri xərci ödəməyə kifayət etmirsə o zaman cavabdeh əlavə iş yerində çalışmaqla, yaxud digər qanuni əsaslarla öz aylıq gəlirini artırmağa məcburdur. Cavabdehin aylıq gəlirinin az olması, yaxud onun himayəsində olan digər şəxslərin olmasına görə hazırda aliment tələbi olunan uşağın heç bir məsuliyyəti yoxdur və uşaq buna görə hər hansı bir çətinlik çəkməməlidir. Məhkəmənin gəldiyi nəticəyə görə cavabdeh aldığı 900 manat əmək haqqı ilə 6 nəfər saxlayır – özü, ata, ana, həyat yoldaşı, ikinci nikahdan doğulan uşaq və hazırkı aliment tələbi olunan uşaq. Ümumiyyətlə məhkəmə bu nəticəyə gələrkən 900 manat pulla 6 nəfərlik bir toplumun yaşayış üçün zəruri olan halları həyata keçirməsinin mümkün olub-olmamasını araşdırmamışdır. Araşdırmamışdır və cavabdehin 900 manatını 6 hissəyə bölmüşdür. Bu isə öz növbəsində tamam absurd yanaşmadır, çünki uşağa düşən pay mütləq şəkildə ata-anaya, yaxud həyat yoldaşa düşən paydan üstün olmalıdır. Belə ki, uşaqdan fərqli olaraq ata, ana, həyat yoldaşı işləyə və aylıq gəlir əldə edə bilərlər və öz yaşayışları üçün bunu etməyə hətta məcburdurlar, amma uşağın belə bir imkanı tamamilə yoxdur. Odur ki, Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)- 617/2022 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyin hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Məhkəmə Ailə Məcəlləsinin tələblərini pozaraq bir uşağa görə əmək haqqının 1/6 hissəsinin aliment olaraq tutulmasını qət edib. Halbuki qanunvericilik həmin məbləği əmək haqqının ¼ -i həcmində müəyyən edir. Uşağın 3 yaşı tamam olduğu üçün ona əlavə xərclər üçün cavabdeh tərəfindən ödənilən 100 manat da artıq qüvvəsini itirib. Bu səbəbdən bir uşaq üçün 136 manat alimentin tutulması ağlabatan deyil. Cavabdehin himayəsində yaşlı valideynlərinin və başqa övladının olması, yaxud ikinci dəfə ailə qurması onu aliment öhdəliyindən azad etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-617/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, ata-anası təqaüd almır, xəstədirlər, onların müalicəsinə, övladının saxlanılmasına pul xərcləyir. Uşaq 8 ay onun evində olub. Həmin müddətdə sağlam olub. Onun əlilliyindən xəbəri yoxdur. Maaşından və maaşına əlavə olan mükafatlardan aliment üçün müxtəlif məbləğlər tutulur. Həmin tutmalar mükafatlara şamil olunmamalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-617/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi,qətnamənin alimentin miqdarı dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda alimentin tutulması hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni qeyd edilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası iddiaçının vəkilini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda alimentin tutulması hissəsində ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, işdə olan Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)1486/2017 saylı qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında 01 dekabr 2014-cü il tarixdə Xaçmaz rayonu Xudat şəhəri İƏD üzrə nümayəndəliyində bağlanaraq 72 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları- 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X18 X4 yanında saxlanılmış, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq azyaşlı 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 19 oktyabr 2016-cı il tarixdə anadan olmuş X12 üç yaşı tamam olunana kimi əlavə xərclərin ödənilməsinə cəlb olunması, əlavə xərcin miqdarı hər ay sabit pul məbləğində 100 (yüz) manat müəyyən edilərək Cavabdeh tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından 19 oktyabr 2016-cı il tarixdə Zəhra adlı uşaq doğulmuş, iş üzrə tərəflərin nikahına xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İş də olan Xaçmaz rayon İHB-nın Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 758 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yaşayır və onun aşağıdakı ailə üzvləri var: 1. Arvadı: X19-xx.xx.1989, 2. Atası: X13xx.xx.1960, 3. Anası: X9xx.xx.1960, 4. Oğlu: X23-xx.xx.2021. İş də olan xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X10 haqqında arayışlardan görünür ki, X19, X13 və X3 Məşğulluq Xidməti mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) qismində qeydiyyatdadırlar. İş materiallarından müəyyən edilir ki, Cavabdeh ilə X15 xx.xx.2021-ci il tarixdə nikaha girmiş, birgə nikahılarından xx.xx.2021-ci il tarixdə Emin adlı uşaq doğulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Daxili İşlər orqanlarında xidmət edir və onun aylıq müntəzəm, sabit və tez-tez dəyişməyən qazancı (gəliri) vardır, məhkəmə qətnaməsi ilə aliment tutularkən də, alimenti məhz həmin gəlirləri hesabına ödəmiş, avabdeh Cavabdeh iddiaçı ilə boşandıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan onun xx.xx.2021-ci il təvəllüdlü Emin adlı bir uşağı anadan olmuş, Cavabdeh ailədə yeganə qazanc gətirən şəxsdir, arvadı və valideynləri də onunla birlikdə yaşayır və cavabdehdən başqa ailənin digər üzvlərinin heç biri işləmir, hazırda cavabdehin bir deyil, iki uşağı var və cavabdeh ikinci nikahdan doğulmuş uşağını da saxlamağa, onun maddi və digər ehtiyaclarını ödəməyə borcludur. Cavabdehdən tutulacaq alimentin miqdarının dörddə bir hissə müəyyən olunması onun maddi və ailə vəziyyətinin pisləşməsinə, öhdəsində olan Emin adlı uşağın və digər şəxslərin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, iddiaçı özü də işləməklə aylıq qazancı 300 manat təşkil edir. İddiaçı tərəf Zəhra adlı uşağın xəstə olduğunu qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd edilən maddələrini tətbiq etsə də yekunda düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(029)1486/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan Zəhranın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi, 25 oktyabr 2017-ci il tarixdən başlayaraq hər ay cavabdehdən Zəhranın üç yaşı tamam olunana kimi 100 manat əlavə xərclərin ödənilməsinə cəlb olunmuşdur. Qeyd edilən 100 manat əlavə xərcin tutulması 19 oktyabr 2019-cu il tarixində dayandırılmışdır. Hazırda isə iddiaçı tutulan alimentin cavabdehin qazancının dörddə bir hissəsində müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəf qətnamə ilə müəyyən edilmiş alimentin hər ay cavabdehin qazancının (başqa gəlirinin) dörddə bir hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir ki, bu da iddiaçının qanunla tənzimlənən hüququdur. Uşaqların saxlanması üçün tutulacaq alimentin formasını müəyyən etmək iddiaçının öz istəyindən asılıdır. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miüdarında aliment tutulur. İş materiallarından müəyyən edilir ki, cavabdehin aylıq gəliri 900 manat təşkil edir. Həmin məbləğin 1/6 hissəsi isə 150 manat təşkil edir ki, bu da 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 136 manat alimentdən 14 manat artıqdır. Həmçinin 136 manat aliment tutularkən azyaşlının 1 yaşı olmuş, hazırda isə azyaşlı 6 yaşındadır. 2017-ci ildə aliment tutulduğu vaxtdan sonra ölkə əraqzisində uşaqlar üçün yaşayış minimumu dəfələrlə artmış, eyni zamanda azyaşlının də tələbatları artmışdır. Məhkəmənin müəyyən etdiyi aylıq qazancın 1/6 hissəsi, yəni 150 manat məbləğində aliment bir uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının cavabdehin aylıq qazanc və gəlirlərinin 1/6 hissəsində tutulması qənaətinə gəlməkdə əsaslı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflərin birgə nikahından olan Zəhranın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehin aylıq qazanc və gəlirlərinin ¼ hissəsin miqdarında alimentin tutulması müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin yenidən ailə qurması, həmin nikahından bir uşağın doğulması, həmçinin cavabdehin valideynlərinin də onun himayəsində olması barədə dəlilləri hazırki iddia tələbinin təmin edilməməsi üçün əsas sayıla bilməz. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin məhkəmə kollegiyası azyaşlının xəstə olmasına dair hər hansı sübutun təqdim edilməməsi ilə bağlı dəlilə qiymət verərək qeyd edir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, azyaşlı Zəhra Muradova sağlamlıq imkanları məhdud uşaqdır. Göründüyü kimi, azyaşlının xəstə olması qeyd edilən arayışla təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən, alimentin məbləği hisssində ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-617/2022 nömrəli qətnaməsi qismən, Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(029)-1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda alimentin tutulması hissəsində ləğv edilməli, iddia tələbi təmin edilməli, Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(029)-1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarda alimentin tutulması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-617/2022 nömrəli qətnaməsi qismən, Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(029)- 1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin altıda bir (1/6) hissəsi miqdarda alimentin tutulması hissəsində ləğv edilsin. İddia tələbi təmin edilsin. Qusar Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(029)-1486/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 19 oktyabr 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarda alimentin tutulması müəyyən edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar