Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-204/2022 30.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı Ləğv prosesində olan ”knabṅ ımaZ“ Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə» dair iddia qismən təmin edilib, Cavabdeh kredit öhdəliyi üzrə qalan 40.750,69 manat əsas borc, müddət sonuna hesablanan 7431.34 manat faiz borcu, 500 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 53.917,36 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin 170.000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi A.M.Əmirov apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsinin qismən - faiz, cərimə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş hissələrində ləğv edilib, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit öhdəliyi üzrə qalan 40750.69 manat əsas borc, müddət sonuna hesablanan 7458.27 manat faiz borcu, 24173.73 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 78838.28 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12mkr. sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 27.11.2014-cü il tarixli, 148 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 24 faiz ödənilmək şərti ilə 50000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 126 saylı ipoteka müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayon sonunda, Çerkassi küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0.065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun nümayəndəsi A.M.Əmirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 16 iyun 2021-ci il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 88, 103.1-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – faiz, cərimə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilmiş hissələrində ləğv edilib, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 16 iyun 2021-ci il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan ”knabṅ ımaZ“ Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə, cavabdehin verdiyi apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məhkəmə bildirişi göndərilmiş zərf “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin olunub, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, 27.11.2014-cü il tarixli,148 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 22 faiz ödəmək şərtilə 50000 manat məbləğində kredit verilmişdir. 27.11.2014-cü il tarixli,126 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. Xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdeh müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. 25.06.2019-cu il tarixli,**********336 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 22.06.2019-cu il tarixə 40750.69 manat əsas borc, 7458.27 manat hesablanmış faizlər, 25393.99 manat cərimə borcu, 5235.33 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla 78838.28 manat ümumi borcu vardır. Kredit müqaviləsi üzrə son ödəniş müddəti 27.11.2016-cı il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 08.06.2020-ci il tarixli, 9/1666 saylı rəy ilə müəyyən olur ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu kredit borcu 44.449,58 manat əsas borc və 7431.34 manat faiz borcu təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 27.11.2014cü il tarixli, 148 saylı kredit müqaviləsi üzrə 19.04.2019-cu il tarixdə 3.699.31 manat məbləğində ödəniş olmuşdur. Lakin hazırki ekspertiza tədqiqatı ilə borcun 27.11.2016-cı il tarixinə hesablandığından, yuxarıda qeyd olunan məbləğ nəzərə alınmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 21.05.2021-ci il tarixli, G-05/21-232 nömrəli rəydən görünür ki, Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 180.000 manat, likvid dəyəri 170.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 09.12.2021-ci il tarixli, 9/8583 saylı rəy ilə müəyyən olur ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu kredit borcu 44.449,58 manat əsas borc və 7431.34 manat faiz borcu təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 27.11.2014cü il tarixli, 148 saylı kredit müqaviləsi üzrə 19.04.2019-cu il tarixdə 3.699.31 manat məbləğində ödəniş olmuşdur. Lakin hazırki ekspertiza tədqiqatı ilə borcun 27.11.2016-cı il tarixinə hesablandığından, yuxarıda qeyd olunan məbləğ nəzərə alınmamışdır. "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, PL/G-94/2022 saylı rəydən görünür ki, Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 160.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 27.11.2014-cü il tarixli,148 saylı kredit müqaviləsi üzrə 44.449,58 manat əsas borc və 7431.34 manat faiz borcunun olması müəyyən edilmişdir. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyləri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 24.173,73 cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcunun 500 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 05 iyul 2019-cu il tarixə (iddia tarixinə) 5 illik hesablanmaqla 5235,33 manat tələbi təmin etmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissə də əsaslı olaraq təmin edilmişdir. İlk iddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə evinə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6-cı maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.3, 39.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasında keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır. İpoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət 39.3.3-cü maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, son alınmış rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, PL/G-94/2022 saylı rəy qanuni və əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə maddi sübut kimi qəbul edilməli və ipoteka predmeti olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 160.000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun verdiyi apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsi - «ipoteka predmeti olan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 170.000 manat müəyyən edilsin» hissəsində dəyişdirilib, ipoteka predmetinin ilkin satış qiyməti - likvid dəyər olaraq 160.000 manat məbləğində müəyyən edilməli, qətnamə – «Cavabdeh kredit öhdəliyi üzrə qalan 40.750,69 manat əsas borc, müddət sonuna hesablanan 7431.34 manat faiz borcu, 500 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 53.917,36 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait ödənişə yönəldilsin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün, iddia tələbi qalan hissədə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən 09.12.2021-ci il tarixli, 9/8583 saylı rəyin veriməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat, "xxxx" MMC tərəfindən 11 fevral 2022-ci il tarixli, PL/G-94/2022 saylı rəyin veriməsi üçün aparılmış tədqiqatın dəyəri 400 (dörd yüz) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 50 manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22 hesabına və 400 manat alınıb "xxxx" ASC, "xxxx" MMC VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ013501**********71944 SWİFT BİK PAHAAZ22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun verdiyi apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-34/2021 saylı qətnaməsi - «ipoteka predmeti olan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 170.000 manat müəyyən edilsin» hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti - likvid dəyər olaraq 160.000 manat məbləğində müəyyən edilsin. Qətnamə – «Cavabdeh kredit öhdəliyi üzrə qalan 40.750,69 manat əsas borc, müddət sonuna hesablanan 7431.34 manat faiz borcu, 500 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5235.33 manat faiz olmaqla, cəmi 53.917,36 manat məbləğində kredit borcu və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin, ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 12 mikrorayonun sonunda, Çerkass küçəsinin cənubunda, Bakı-Rostov dəmir yolunun şimalında 0,065 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait ödənişə yönəldilsin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün, iddia tələbi qalan hissədə rədd edilsin» hissəsində dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatlarına xərclənmiş 50 (əlli) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ0**********000003944 SWİFT BİK CTREAZ 22 hesabına və 400 (dörd yüz) manat pul alınıb "xxxx" ASC, "xxxx" MMC VÖEN **********, KOD 505141 müxbir hesab AZ 82 NABZ013501**********71944 SWİFT BİK PAHAAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-204/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-204/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver