Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2056/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı heab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6068/2016 nömrəli, 06 dekabr 2016-ci il tarixli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6068/2016 nömrəli, 06 dekabr 2016-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus olan Xaçmaz rayonu, Krasnı-xutor kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin alğı-satıqısına dair 15 may 2003-cü ildə bağlanmış əqdin İddiaçı tərəfindən tamamilə icra olunduğundan etibarlı hesab edilərək həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması müəyyən edilmişdir (hakim Rövşən Xəlilov). Qətnamədən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6068/2016 nömrəli, 06 dekabr 2016-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonu, Krasnı-xutor kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlə aralarında 2003-cü ilin may ayının 15-də torpaq sahəsinin alğı-satıqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: . Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində Cavabdeh hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərln notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-oimamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6068/2016 nömrəli, 06 dekabr 2016-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, mübahisəli torpaq sahəsi Bahadurov Ənvər tərəfindən ona satılıb, torpağı alarkən həmin torpaq sahəsinin Ənvər Bahadurova məxsus olması barədə bələdiyənin qərarı və torpaq sahəsinə görə bələdiyyəyə ödənişə dair kassa məxaric orderi olub. Torpağı ona Ənvər Bahadurovun arvadı satmalı idi, adına etibarnamə olmadığı üçün məhkəməyə müraciət edib. Torpağı 2016-cı ildə alıb, torpağın pulunu da 2016-cı ildə verib. Torpaq sahəsində çiy kərpicdən 4 otaqlı ev tikib. Hazırda həmin torpaq sahəsindəki evi başqa şəxsə satıb. Bu barədə həmin şəxsə 10 illik etibarnamə verib. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X4 iddianı qəbul edərək göstərmişdir ki, Xaçmaz rayonu, Krasnı-xutor kəndi ərazisində yerləşən özlərinə məxsus 0,10 ha torpaq sahəsini 2003-cü ildə iddiaçıya satmışdır. iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan Xaçmaz rayonu Yataqoba bələdiyyəsinin 16 may 2002-ci il tarixli 3 saylı qərarından müəyyən olunur ki, Cavabdeh Yataqoba bələdiyyəsinin ehtiyat fondundan fərdi yaşayış evi tikmək üçün Krasnı-xutor kəndi ərazisindən 0,10 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Cavabdeh 2002-ci il tarixdə Yataqoba bələdiyyəsinə torpaq almaq məqsədilə müraciət etmiş və torpaq satılması barədə 16 may 2002-ci il tarixi 3 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən Yataqoba bələdiyyəsinin hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatına və iş materiallarına istina edərək müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2003-cü ildə Xaçmaz rayonu, Krasnı-Xutor kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsini iddiaçı X1, iddiaçı torpaq sahəsinin dəyərini ödəmiş, həmin əmlaka faktiki sahiblik həyata keçirmiş və hazırki vaxtadək torpaq sahəsi iddiaçının istifadəsindədir. Alğı-satqı müqaviləsi mülkiyyətçinin yayınması səbəbindən dövlət nbotariat kontorunda rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə xx.xx.2005-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 335-2-ci maddəsinə istiadə edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonu, Krasnı-xutor kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair cavabdehlə aralarında 2003-cü ilin may ayının 15-də torpaq sahəsinin alğısatıqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, qeyd edilən 2003-cü ilin may ayının 15də tərəflər arasında hər hansı müqavilə bağlanmamış, həmin tarixdə Cavabdeh Yataqoba bələdiyyəsinin ehtiyat fondundan fərdi yaşayış evi tikmək üçün Krasnı-xutor kəndi ərazisindən 0,10 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən iddiaçı X5 izahatında göstərdi ki, mübahisəli torpaq sahəsini 2016-cı ildə cavabdehdən almış, torpaq sahəsinə görə pulu da 2016-cı ildə ödəmişdir. Bununla da müəyyən edilir ki, tərəflər arasında torpaq sahəsinin alğı-satqısına dair münasibətlər 2016-cı ildə yaranmışdır. Lakin məhkəmə tərəflər arasında münasibətlərin 2003-cü ildə yaranmasını müəyyən edərək xx.xx.2005-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 335-2-ci maddəsinə istiadə etməklə iddianı təmin etmişdir. AR MPM-nin 217-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasıdna münasibələrin 2016-cı ildə yaranmasına baxmayaraq mübahisəyə xx.xx.2005-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 335-2-ci maddəsini tətbiq etməklə qanunvericilik normalarını koud şəkildə pozmudur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona satıldığını iddia etdiyi torpaq sahəsinin üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Həmin torpaq sahəsi cavabdehə ev tikintisi üçün bələdiyyənin qərarı ilə ayrılmışdır. Belə olduqda isə həmin torpaq sahəsi ümumiyyətlə alğı-satqı predmeti ola bilməzdi. Belə ki, Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qaraçın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgeninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbş qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyəvə ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notärial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təstiqlənməlidir. Həmin Məcəllənin146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərln notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təstiqlənməlidir. Bununla da müəyyən edilir ki, cavabdehin iddiaçıya satdığı torpaq sahəsi adına dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda da mülkiyyətində olmayan torpaq sahəsini başqa bir şəxsə satılması qanunvericiliyə uyğun deyildir. Bundan başqa birinci instansiya məhkəməsi torpağın satılmasına dair cavabdehin nümayəndəsinin etirafına istinadən iddianı təmin etmişdir. Bundan başqa iş materiallarında olan 20 fevral 2014-cü il tarixli 78AA5103937 nömrəli etibarnamədən görünür ki, Cavabdeh Ajdaroviç özünə məxsus Xaçmaz rayonu, Krasni Xutor kəndində yerləşən torpaq sahəsini və üstündə yerləşən daşınmaz əmlakı satmaq səlahiyyətini X3 etibar edir. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində torpaq sahəsinin satılması ona 2013-cü ildə məlum olmuşdur. Göründüyü kimi, iddiaçının aldığı iddia etdiyi torpaq sahəsi 2013-cü ildə cavabdehin istifadəsində olmuş, həmin torpaq sahəsinin satılmasını 2013-cü ildə bilmiş, həmçinin torpaq sahəsinin satılmasına dair etibarnamə də 2014-cü ildə verilmişdir. Bu da torpaq sahəsinin 2003-cü ildə satılması təkzib edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirafı qanuna zidd olduğu üçün qəbul edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı etiraf etdiyini qeyd etsə də o, məhkəmə əsaslı hesab etməyərək qeyd edir ki, əgər tərəflər arasında hər hansı bir alğı-satqıya dair razılaşma varsa bunu məhkəmə qaydasında deyil, notarial qaydada həll edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mlki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İş materiallarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir torpaq alğı-satqı müqaviləsi mövcud deyildir. Bundan başqa cavabdehin, iddiaçının ona satdığını iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübut yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və əsassız bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-6068/2016 nömrəli, 06 dekabr 2016-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı heab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2056/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2056/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver