Məhkəmə qərarları › İş №2(105)-2072/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2072/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2072/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 Cavabdeh1 Əlifikrət oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1870/2020 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-958/2020 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı aliment tələbinə dair mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim İ.Xəlilov) Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahatında bildirdi ki, Xaçmaz rayonunda qeydiyyatdadır, bir müddət Bakı şəhəri, Sabunçu rayonunda yaşamışdır. Hazırda Xaçmaz rayonunda yaşayır. Ona görə də işə tez baxılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 Əlifikrət oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan elektron sorğunun sistemdən çıxarışından görünür ki, İddiaçı1 Xaçmaz rayonu, Müşfiq kəndində qeydiyyatdadır. Yenə işdə olan sistemdən çıxarışdan görünür ki, cavabdeh Hacıəliyev X1 rayonu, Pavlovka kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, İddiaçı1 Cavabdeh1 Əlifikrət oğluna qarşı aliment tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yenə həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yenə həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə də həmin Qanunun 9-cu maddəsinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, şəxsin yaşayış yeri onun daimi və ya daha çox yaşadığı yer hesab olunur və o bu yer üzrə qeydiyyata alınmalıdır. Əgər şəxs daimi yaşayış yerini dəyişdirərsə bu barədə müvafiq dövlət orqanına müraciət etməklə əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, yeni yaşayış yeri üzrə qeydiyyata alınır və onun yeni yaşayış yeri artıq həmin ünvan hesab olunur. Beləliklə, şəxsin qeydiyyatsız yaşadığı yer onun yaşayış yeri hesab olunmur. İş materiallarını tədqiq edən məhkəmə kollegiyası müəyyən etdi ki, tərəflərin rəsmi qeydiyyatda olmaqla yaşayış yeri Xaçmaz rayonudur. İddiaçı1 müvəqqəti Bakı şəhəriSabunçu Rayonunda yaşasa da məhkəmə kollegiyası onun rəsmi qeydiyyatda olduğu Xaçmaz rayonu, Müşfiq kəndini onun yaşayış yeri hesab edir. Beləliklə, mülki işə ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddələrinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35,36, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 Cavabdeh1 Əlifikrət oğluna qarşı aliment tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar