Məhkəmə qərarları › İş №2(105)-2078/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2078/2020

13.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2078/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxx» MMCyəqarşıişdənazadolunmabarədəəmrinləğvedilməsivə məcburi işburaxma müddəti üçün əməkhaqqının və məzuniyyət pulunun ödənliməsitələbinədairmülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-543/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-543/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxxxxxxx” MMC-dən 2019-cu ilin may ayından iyul ayınadək ödənilməmiş əmək haqqı kimi-12 593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10 947 manat 04 qəpik, ümumilikdə 23 540 manat 36 qəpik məbləğində pulun tutularaq İddiaçı verilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-543/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxx” MMC-dən ödənilməmiş əmək haqqı olaraq 25 648 manat və məzuniyyət haqqı olaraq 3 341 manat məbləğində pulun tutularaq ona ödənilməsi, habelə işdən çıxarılma haqqında xx.xx.2019-cu il tarixli əmrin ləğvedilməsihaqqındaqətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin gedişində iddiaçıiddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 5 aylıq hər ay 4600 manat maaş olmaqla 23 000 manat məbləğində ödənilməmiş əmək haqqı, 70 gün ödənilməmiş məzuniyyət pulu olaraq 10733 manat, 150 gün əmək müqaviləsində hər günə 45 manat cərimə tətbiq edilməklə gecikdirmə nəticəsində 6750 manat pulun tutulması, xx.xx.2019-cu il tarixli işdən çıxarılma haqqında əmrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o,xx.xx.2014-cü il tarixdən “xxxxxxxxxxxxx” MMC-də işləmiş, bu müddət ərzində orada satış nümayəndəsi, baş mütəxəssis, daha sonra isə məhsul satışı şöbəsinin müdiri vəzifəsində çalışmış, xx.xx.2019cu il tarixdə məzuniyyətə çıxmışdır. xx.xx.2019-cu il tarixdə məhsul satışı şöbəsinin işçiləri onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq otağın qapısının plomblandığını, içəri daxil olmalarına icazə verilmədiyini bildirmişlər. Bundan sonra o, MMC-nin ofisinə gələn zamannəzarət buraxılış məntəqəsində xidmət edən şəxs ona ofisin inzibati binasına daxil olmağına məhdudiyyət qoyulduğunu bildirmiş, onun vəzifəsini müvəqqəti icra edən Rəşad Rzayev məzuniyyət müddəti bitdikdən sonra, iş yerinə qayıda biləcəyini ona izah etmişdir. xx.xx.2019-cu il tarixdə könüllü olaraq işdən çıxmağı ilə bağlı ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə məzuniyyətinin başa çatdığı tarixin onun işdən çıxdığı gün hesab olunmasını xahiş etmişdir. “xxxxxxxxxxxxx” MMC tərəfindən ona göndərilmiş xx.xx.2019cu il tarixli məktubda vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr olması əsas gətirilərək öz ərizəsi ilə işdən azad oliunmağının məqbul hesab edilməməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdən onun həmin MMC-in ofisinin inzibati binasına daxil olmağına qadağa qoyulmuş, xx.xx.2019-cu il tarixdən hal-hazırkı günədək MMC tərəfindən ona aylıq əmək haqqı və 70 gün üzrə məzuniyyət haqqı ödənilməmişdir. Bununla da, MMC tərəfindən ona 23000 manat əmək haqqı və 10733 manat məzuniyyət üzrə ödəmələr, əmək haqqının gecikdirilməsi ilə bağlı 6750 manat ödənilməlidir. xx.xx.2019-cu il tarixdən halhazırıkı günədək işdən azad olunma barədə əmrin surətini “xxxxxxxxxxxxx” MMC-dən tələb etməsinə baxmayaraq, həmin əmrin surəti ona verilməmişdir. MMC-nin binasında olan zaman onun xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində uyğun olaraq işdən azad olunmağı ilə bağlı şifahi məlumat verilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçıapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından qismən ləğv olunmalıdır. Beləki, məhkəmə baxışı zamanı onun tərəfindən təqdim edilmiş sübutlardan da görünür ki, xx.xx.2019-cu il tarixdə könüllü olaraq işdən çıxmaqla bağlı “xxxxxxxxxxxxx” MMC-yə müraciət etmişdir. Həmin müraciətə MMC tərəfindən heç bir cavab verilmədiyi üçün xx.xx.2019-cu il tarixdə iş yerinə gedən zaman mühafizəçilər inzibati binaya girişinə məhdudiyyət qoyulduğunu bildirmişlər. Bununla bağlı, yenidən ərizə ilə MMC rəhbərliyinə müraciətinə yenə də heç bir cavab verilməmiş, yalnız xx.xx.2019-cu il tarixdə ona göndərilmiş məktubda “xxxxxxxxxxxxx” MMC-də rəhbər və maddi məsul şəxs hesab olunduğu üçün işdən azad olunmağının məqbul hesab olunmaması qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsində aparılan araşdırma zamanı cavabdeh tərəfindən təqdim edilmiş əmrdən isə məlum olmuşdur ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, habelə, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin ”C” bəndinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ödənilməyən əmək haqları 2019-cu ilin may ayı üçün4676.77 manat, 2019-cu ilin iyun ayı üçün 3442.51 manat, iyul ayı üçün isə 4474.04 manat olmaqla, ümumilikdə 12.593 manat həcmində, ödənilməyən məzuniyyət günləri isə ümumilikdə 10.947 manat həcmində hesablanmışdır.Məhkəmə tərəfindən araşdırma birtərəfli aparılaraq yalnız cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında aparılmışdır. Belə ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş əmrlərə istinad edilərək onun işdən kənarlaşdırılmağı qənaətinə gəlinmişdir. ‘xxxxxxxxxxxxx” MMC tərəfindən fəaliyyətinin yoxlanılmasına dair komissiya təşkil edilməsini, həmin komissiyanın rəyinə əsasən onun şirkət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əmək müqaviləsində nəzərdə tutulan şərtləri kobud şəkildə pozduğunu, bunun nəticəsində şirkətə əhəmiyyətli zərər vurulması göstərilmişdir. Həmçinin, cavabdeh həmin komissiya tərəfindən aparılan araşdırmaya görə onun “xxxxxxxxxx” MMC-nin təsisçisi olmağını, cavabdehlə kontragent münasibətinə daxil olaraq, həmin əlaqələrdən istifadə edərək “xxxxxxxxxxxxx” MMC-nin maraqlarının əksinə istifadə etməyi göstərmişdir. Məhkəmə tərəfindən mübahisə üzrə araşdırma aparılan zaman cavabdehin təqdim etdiyi komissiya rəyi həqiqətə uyğun olmamış, cavabdehin maraqları naminə tərtib edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən onun “xxxxxxxxxx” MMC-nin təsisçisi olmağını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən yalnız elektron mail yazışmalarından çıxarışlar sübut kimi məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmu elektron mail yazışmaları hansı araşdırma ilə, eləcə də hansı üsulla məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi qeyri-müəyyəndir. Cavabdeh tərəfindən təşkil olunmuş komissiya həmin elektron yazışmaları əsasında onun guya şirkətin maraqlarına zidd olaraq fəaliyyət göstərməyilə bağlı nəticəyə gəlmişdir. Halbuki, həmin komissiya tərəfindən də elektron yazışmaların mənbəyi, onların iddiaçı tərəfindən yazılıb-yazılmaması barədə heç bir araşdırma aparılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, “xxxxxxxxxxxxx” MMC tərəfindən təşkil olunmuş komissiya onun digər MMCdə təsisçi olmağı barədə xx.xx.2019-cu il tarixdə nəticəyə gələrək rəy tərtib etmişdir. Halbuki, həmin rəy saxta olmaqla qanunvericiliyin təlbinə ziddir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, MMC xx.xx.2019-cu il tarixdən onun şirkətin inzibati binasına girişinə qadağa qoymuş, xidməti fəaliyyətini araşdırmaq üçün xx.xx.2019-cu il tarixdə komissiya təşkil etmiş, həmin gün işdən kənarlaşdırılması barədə əmr verilmiş, xx.xx.2019-cu il tarixdə isə inzibati və ya cinayət xarakterli əməl törətməyi barədə rəy tərtib edilmişdir. Belə olan halda, xx.xx.2019-cu il tarixli işdən kənarlaşdırılması ilə bağlı əmrin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə baxışı zamanı cavabdeh onun kommersiya sirrini yaymağı ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmr verilməsini, bu zaman blanket norma kimi həmin məcəllənin “d” bəndinə uyğun qərar qəbul edilməsini bildirmişdir. Halbuki, əmək kitabçasında işdən çıxarılma əsası kimi məlum Məcəllənin 72-ci maddəsnin “c” bəndi göstərilmişdir. Cavabdeh onun komerrsiya sirrinin nədən ibarət olmasını, məhz hansı kommersiya sirri hesab olunan məlumatın onun tərəfindən yayılmasını sübut edə bilməmişdir. Bundan başqa, məhkəmədə bu mübahisəyə təxminən 3 ay müddətində baxılmış və beləliklə də MPM-nin 172.2-ci maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyində yanında Dövlət Əmək Müfəttişliyi üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclaslarının yeri və vaxtı barədə Müfəttişliyə məlumat verilməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(12)-543/2020 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi X3 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mövcud problem üzrə Dövlət Əmək Müfəttişliyi məsələni araşdırmış və belə qənaətə gəlmişdir ki, iddiaçı işdən qanuni əsaslarla azad olunmamışdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X2 Nazirliyində yanında Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X6 da izahatında bildirdi ki, məhkəmənin qətnaməsi əsassızıdr, çünki İddiaçı qanunsuz əsaslarla işdən çıxarılmışdır və onun hüquqları pozulmuşdur. Apelyasiya baxışı zamanı cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edib göstərdi ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmış və ədalətli qərar qəbul etmişdir. Buna görə də şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Əmək və X2 Nazirliyini yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2019-cu il tarixli, **********9 saylı məktubundan görünür ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumat qeyd edilmişdir. Məktuba əlavə olunmuş sənədə əsasən “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Yenə iş materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, İddiaçı “xxxxxxxxxxxxx” MMC-yə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Yenə də iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilələrdən görünür ki, işçı işəgötürən qarşısında tam maddi məsuliyyət haqqında və kommersiya sirrinin açıqlanmamasına dair öhdəlik götürmüşdür. İşdə olan çoxsaylı ərizələrdən (pretenziya) görünür ki, İddiaçı müxtəlif tarixlərdə “xxxxxxxxxxxxx” MMC-nin icraçı direktorundan işdən azad olunmasını və əmək prosesi ilə bağlı ödənilməli pulun ödənilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə bu barədə İddiaçı eyni məzmunlu ərizələrlə AR Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinə və Dövlət Əmək Müfəttişliyinə də müraciət etmişdir. İşə əlavə olunmuş “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, məhsul satışı şöbəsinin rəisi İddiaçı işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq həmin şöbənin və İddiaçı iş fəaliyyətinin yoxlanılması məqsədilə 4 nəfərlik komissiya yaradılmışdır. Yenə işə əlavə olunmuş “xxxxxxxxxxxxx” MMC-nin tərkibində yaradılan yoxlama komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı yoxlama komissiyasının fəaliyyəti müddəti ərzində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, 1 ay müddətinə işdən kənarlaşdırılması qərara alınmışdır. Yenə də işə əlavə olunmuş “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı yoxlama komissiyasının fəaliyyəti müddəti ərzində, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, 1 ay müddətinə işdən kənarlaşdırılmış, Əmək Məcəlləsinin 62ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilməməsi əmr edilmişdir. İş materiallarında “xxxxxxxxxxxxx” MMC-nin tərkibində yaradılan yoxlama komissiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı fəaliyyətinin tam və dəqiq araşdırılması məqsədilə yoxlama komissiyasının fəaliyyət müddətinin 1 ay, yəni xx.xx.2019-cu ilədək uzadılması barədə vəsatət qaldırılması qərara alınmışdır. Yenə iş materiallarında olan “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı yoxlama komissiyasının fəaliyyəti müddəti ərzində, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək, 1 ay müddətinə işdən kənarlaşdırılmış, Əmək Məcəlləsinin 62ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilməməsi əmr edilmişdir. İşə əlavə edilmiş “xxxxxxxxxxxxx” MMC-nin tərkibində yaradılan yoxlama komissiyasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin müvafiq maddələrilə işdən azad olunma məsələsinin şirkətin kadrlar departamenti tərəfindən həll edilməsi, onun fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərinin pozulması nəticəsində şirkətə dəymiş zərərin müəyyən edilməsi məqsədilə müstəqil auditin cəlb edilməsi qərara alınmışdır. İşdə olan “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətlıri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam verilmiş, 76 təqvim günü məzuniyyət günləri istifadə edilmədiyindən son haqq-hesab ödənilməsi qeyd olunmuşdur. Yenə işdə olan “xxxxxxxxxxxxx” MMC-nin son haqq-hesab cədvəlindən görünür ki, ödənilməyən məzuniyyət günləri 2015-2016-ci il üçün 1008.28, 2017-2018-ci il üçün 3168.88, 2018-2019-cu il üçün 4321.20, 2019-2020-ci il üçün 2448.68 manat, ödənilməyən əmək haqları 2019-cu ilin may ayı üçün 4676.77, 2019-cu ilin iyun ayı üçün 3442.51, 2019cu ilin iyul ayı üçün 4474.04 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətlıri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam verilmiş, işdən azad edilmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2019-cu il tarixli son haqq hesab cədvəlindən görünür ki, İddiaçı məhsul satışı şöbəsinin rəisi kimi “xxxxxxxxxxxxx” MMC-də vəzifə maaşı 5209,80 manat, cari aydakı iş saatı norması 184 saat, istifadə edilməmiş məzuniyyət günü 2015-2016-cı illər üzrə 7, 2017-2018-ci illər üzrə 22, 2018-2019-cu illər üzrə 30, 2019- 2020-ci illər üzrə 17 gün təşkil etmişdir. İş materiallarında olan çoxsaylı yazışmalardan görünür ki, “xxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxx” MMC-ni yaranmış borc məbləğinin ödənişinin gecikdirməsi ilə bağlı məlumatlandırmış və həmin borc məbləğinin ödənilməsini tələb etməklə, əks təqdirdə onları tərəflərin imzaladığı xx xxxxxx 2015-ci il tarixli müqaviləyə xx xxxx 2019-cu il tarixdən birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar etmişdir. Yenə işdə olan “xxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxx” MMC arasında təchizat haqqında xx xxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında 5 milyon avroluq Total məhsullarının çatdırılması barədə razılıq əldə olunmuşdur. Yenə işdə olan kommersiya qurumunun dövlət reyetsrindən xx xxxxxx 2018-ci il tarixli çıxarışından görünür ki, “xxxxxxxxxx” MMC-nin təsisçiləri Z.V.Salmanlı (n/k 50 %) və İddiaçıdur (n/k 50 %). M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə tərəfləri arasında 2014cü ildən əmək münasibətləri yaranmışdır və iddiaçı sonuncu olaraq “xxxxxxxxxxxxx” MMC-də məhsul satışı şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə növbəti məzuniyyətə çıxmışdır. xx.xx.2019-cu il tarixdə ona məlumat verilmişdir ki, məhsul satışı şöbəsinin qapısı plomblanmışdır. Bu məsələ ilə əlaqədar MMC-yə gələndə ona məzuniyyət müddəti bitənədək MMC-yə gəlməməsi bildirilmiş, o isə məzuniyyət müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən işdən azad olunması barədə rəhbərliyə xx xxxx 2019-cu il tarixli ərizə yazmışdır. Lakin xx.xx.2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr vardır və buna görə də öz ərizəsi ilə işdən azad olunması məqbul hesab edilmir. “xxxxxxxxxxxxx” MMC-də xx.xx.2019-cu il tarixli əmrlə məhsul satışı şöbəsinin rəisi İddiaçı işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq həmin şöbənin və İddiaçı iş fəaliyyətinin yoxlanılması məqsədilə 4 nəfərlik komissiya yaradılmışdır. Bu komissiya tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəydə göstərilmişdir ki, İddiaçı tərəfindən "xxxxxxxxxx" MMC yaradılmış və həmin Cəmiyyət xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Araşdırma materiallarında olan "xxxxxxxxxx" MMC-nin təsis sənədlərinin surətlərindən görünür ki, İddiaçı həmin Cəmiyyətin təsisçilərinin biridir və onun nizamnamə kapitaldakı payı 50% təşkil edir. İddiaçı "xxxxxxxxxx" şirkətinin “xxxxxxxxxxxxx” MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq “xxxxxxxxxxxxx” MMC-nin maraqlarına ziddinə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. İddiaçı öz xahişi ilə vəzifədən azad edilməsi məqsədə müvafiq deyil, əksinə əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəliiklərinin kobud şəkildə pozduğuna görə işə götürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən əmək müqaviləsi ləğv edilməlidir. Komissiya bu zaman İddiaçı "xxxxxxxxxx.az" domenində e-mail ünvana sahib olmasına, bir sıra elektron yazışmalara istinad etmişdir. Komissiaynın rəyini rəhbər tutaraq “xxxxxxxxxxxxx” MMC xx.xx.2019-cu il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixidən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətlıri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Yenə həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yenə də həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır Qeyd edildiyi kimi, iddiaçının fəaliyyətinin yoxlanılması barədə yaradılmış komissiya hesab etmişdir ki, İddiaçı tərəfindən təsisçisi olduğu "xxxxxxxxxx" MMC yaradılmış, bu şirkət “xxxxxxxxxxxxx” MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə, lakin “xxxxxxxxxxxxx” MMC-nin maraqlarına ziddinə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. Lakin iş materiallarında iddiaçının “xxxxxxxxxxxxx” MMC qarşısında götürdüyü hansı öhdəlikləri pozması, “xxxxxxxxxxxxx” MMC-yə hansı əhəmiyyətli zərər vurması barədə hər hansı sübut yoxdur. Onun hər hansı MMC-nin təsisçisi olması, bu Cəmiyyətin hər hansı şirkətlə kontragent münasibətinə daxil olması, müqavilələr bağlaması, elektron poçt ünvanı ilə məktub göndərməsi və ümumiyyətlə, kommersiya fəaliyyəti göstərməsi qüvvədə olan qanunvericiliyə zidd deyildir və iddiaçının əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozması kimi qəbul edilə bilməz. İddiaçının öz fəaliyyətilə “xxxxxxxxxxxxx” MMC qarşısında götürdüyü hər hansı öhdəlikləri pozmasını, “xxxxxxxxxxxxx” MMC-yə hər hansı əhəmiyyətli zərər vurmasını isə Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən sübuta yetirməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “xxxxxxxxxxxxx” MMC-nin tərkibində yaradılan yoxlama komissiyasının xx.xx.2019-cu il tarixli rəyi ilə İddiaçı fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərinin pozulması nəticəsində şirkətə dəymiş zərərin müəyyən edilməsi məqsədilə müstəqil auditin cəlb edilməsi qərara alınsa da, işə bu zərər və onun məbləği barədə heç bir mötəbər sübut əlavə edilməmişdir. İşin bu hallarına qiymət verən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla xitam verilə bilməz və buna görə də həmin əsaslarla iddiaçının işdən azad olunması barədə “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli əmri ləğv olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsindən narazı olduğunu, onunla olan əmək müqaviləsinə işçi olaraq öz təşəbbüsü ilə xitam verilməsini istədiyini bildirmişdir. Məcburi işburaxma müddətinə görə əmək haqqının, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının gecikdirilməsinə görə əlavə ödəniş verilməsi barədə İddiaçı tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalıdır. İddia ərizəsi və ona əlavədən görünür ki, İddiaçı“xxxxxxxxxxxxx” MMC-dən ödənilməmiş əmək haqqı olaraq 23000 manat, məzuniyyət haqqı olaraq 10733 manat və əlavə olaraq 6750 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İşdən görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən, 22446,92 manat hissədə etiraf etmiş, məhkəmə isə borcu, əmək haqqına görə 12593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10947 manat 04 qəpik, ümumilikdə, 23540 manat 36 qəpik məbləğində müəyyən etmişdir. Məhkəmə məcburi işburaxma müddətini 2019-cu ilin may ayından iyul ayınadək müəyyən etmiş və əmək haqqını bu müddət üçün hesablamışdır. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçının “xxxxxxxxxxxxx” MMC ilə əmək münasibətlərində olduğu sonuncu müddət xx xxxxxxx 2019-cu ildir və əmək haqqının hesablanması da bu tarixədək aparılmalıdır. Qeyd edildiyi kimi “xxxxxxxxxxxxx” MMC üzrə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli əmrlərlə İddiaçı yoxlama komissiyasının fəaliyyəti müddəti ərzində, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək işdən kənarlaşdırılmış, Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilməməsi əmr edilmişdir. İşçının işdən kənarlaşdırılması Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. Yenə həmin maddənin 2-ci bəndinin tələblərinə görəişçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İstinad olunan maddənin əsas dispozitiv şərtlərindən göründüyü kimi işdən kənarlaşdırma daha öncə sadalanan halların mövcudluğu halında müvafiq iş vaxtı ərzində ola bilər. Göründüyü kimi qanunverici işdən kənarlaşdırmanı daha öncə sadalanan halların mövcud olması halında mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə həmin iş vaxtı üçün müəyyən etmişdir. Başqa sözlə, qanunda hazırki iş üzrə olduğu kimi uzun müddət üçün işdən kənarlaşdırma nəzərdə tutulmamışdır. Digər tərəfdən, işin faktiki hallarından göründüyü kimi iddiaçının hərəkətlərində daha öncə istinad olunan maddənin dispozisiyasında sadalanan hallar da olmamışdır. Belə olan halda işçini uzun müddət işdən kənarlaşdırmaq və ona həmin müddət üçün əmək haqqı ödəməmək absurddur. AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələblərinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Yenə həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd edildiyi kimi, hazırkı mərhələdə iddiaçının sonuncu iş günü, yəni işdən azad olunma tarixi xx xxxxxxx 2019-cu il olduğundan həm əmək haqqı, həm də istifadə edilməmiş məzuniyyət pulu məhz bu tarixədək olan dövr üçün hesablanmalı və onun xeyrinə tutulmalıdır. Qeyd edildiyi kimi iddiaçı ona əlavə olaraq 6750 manat məbləğində pulun ödənilməli olmasını da iddia etmiş, lakin bu barədə məhkəməyə hər hansı bir əsaslandırılmış sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia təmin oluna bilməz. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları əsasən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, istər iddiaçının tələb etdiyi məcburi iş buraxmaya görə tutulmalı əmək haqqının məbləğini düzgün müəyyən etməmiş, iddiaçının əmrin ləğv edilməsi barədə iddiasını təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X7 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə----rə alaraq, işdə olan sübut---ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət--lən---dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» MMC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının və məzuniyyət pulunun ödənliməsi tələbinə dair iddiası qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumunun 10,00 manatı “xxxxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)- 543/2020 saylı qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin və iddia qismən təmin olunsun. İddiaçı işdən azad olunması barədə “xxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, AZT İR-1/274 saylı əmri ləğv edilsin. “xxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı xx xxxxxxx 2019-cu il tarixinə yaranmış məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu “xxxxxxxxxxxxx” MMC-dən tutularaq ona verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar