Məhkəmə qərarları › İş №2(105)-2090/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2090/2020

02.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2090/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon X4 xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus taxt - 1 ədəd, şifoner – 1 ədəd, servant – 1 ədəd, tirmo – 1 ədəd, sandıq – 1 ədəd, xalça – 3 ədəd, uşaq yatağı– 1 ədəd, beşik – 1 ədəd, ədyal – 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü, elektrik çayniki – 1 ədəd, xörək servizi – 1 ədəd, qrafin, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa, sinilər, süzgəclər, meyvə qabları, su qabları, stullar – 6 ədəd, nahar stulu, süfrələr, uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlakların çıxarılması qət edilmişdir. (hakim R.Həsənov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon X4 xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə ona verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus taxt - 1 ədəd, şifoner – 1 ədəd, servant – 1 ədəd, tirmo – 1 ədəd, sandıq – 1 ədəd, xalça – 3 ədəd, uşaq yatağı– 1 ədəd, beşik – 1 ədəd, ədyal – 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü, elektrik çayniki – 1 ədəd, xörək servizi – 1 ədəd, qrafin, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa, sinilər, süzgəclər, meyvə qabları, su qabları, stullar – 6 ədəd, nahar stulu, süfrələr, uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, oğlu Şirinov Laçınla Cavabdeh xx.xx.2008ci il tarixdə rəsmi nikahla ailə qurmuşlar, nikahdan sonra cavabdeh onun evinə gəlin köçmüşdür. İlk zamanlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-348/2019 nömrəli qətnaməsinə əsasən, oğlu Şirinov Laçınla Cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahlarından olan azyaşlı uşaqlar anaları Cavabdeh yanında saxlanılmış və uşaqların saxlanılması üçün oğlundan aliment tutulmuşdur. Cavabdeh uşaqlarla birgə çıxıb getmişdir və hazırda onun evində yaşamır. Cavabdeh gəlin köçərkən gətirdiyi cehiz əşyaları ona məxsus evdədir. Bu səbəbdən o, evindən istifadə edə bilmir, ev darısqaldır. Ona görə də qeyd olunan əşyaların evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, guya cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etmişdir. Həmin məhkəmə iclasında onun özü iştirak etmiş, lakin iddianı qəbul etməmişdir. Vəkil və nümayəndəsi isə iddianı qismən qəbul etmiş, lakin bildirmişdir ki, əmlakların sayı iddia ərizəsində göstərilənlərdən çoxdur. Vəkil və nümayəndə iddia ərizəsində göstərilən əmlakların mübahisəli evdən çıxarılmasını, lakin birgə nikah dövründə inşa edilmiş Quba rayonunun Timiryazev qəsəbəsində yerləçən yeni ikimərtəbəli yaşayış evinə köçürülməsini xahiş etmişdir. Məhkəmədə digər hakimin icraatında birgə nikah zamanı əldə edilmiş əmlakların bölünməsi barədə başaqa mübahisəyə də baxılmış və Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsilə bu iddia təmin edilmişdir. İddiaçını evində qalan bütün əşyaların tələb edilməsi üçün ona şərait yaradılmalı, qətnamə ləğv edilərək iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iştirak etdikləri iclasında Cavabdeh, onun nümayəndəsi X1 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi X10 şikayətlə razılaşmadı və qətnamənin qanuni olduğunu bildirərək, şikayətin təmin edilməməsini, iş üzrə çıxarılmış qətnaməsini isə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədəlazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)- 348/2019 saylı qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X8 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 anaları Cavabdeh yanında saxlanılmalarıı, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 120 manat olmaqla, X6 hər ay 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Yenə iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-173F saylı, 30311018 kodlu şəhadətnamənin surətindən görünür ki, Quba rayon X4 xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə məxsusdur. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 750 saylı arayışından görünür ki, 09 saylı təsərrüfbaşına kitabının 736 nömrəli şəxsi hesabına əsasən İddiaçı Vladimirovka kəndində 0,06 ha həyətyanı torpaq sahəsində tikilmiş 1,5 mərtəbəli, bir balkonlu, üç otaqlı fərdi yaşayış evi vardır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdikləri izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətiqismən təmin edilməli,Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. İş materiallarındakı protokoldan, habelə qətnamədən görünür ki, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi A.H.Vəliyev iştirak etmiş, iddianı qəbul etdiyini bildirmişdir. Qüvvədə olan qanunvericiliyə görə iş üzrə tərəflərin nümayəndəliyini onların adlarından verilmiş etibarnamə, vəkilliyini isə Vəkillər Kollegiyasının verdiyi order təsdiq edir. Lakin iş materiallarında A.H.Vəliyevin adına nə order, nə də Cavabdeh tərəfindən səlahiyyət verilmiş etibarnamə yoxdur. İşdən görünür ki, keçirilmiş məhkəmə iclaslarında isə cavabdehin iştirakı ümumiyyətlə təmin edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası bu halı, prosessual normaların kobud pozuntusu kimi qəbul edərək, hesab edir ki, MPM-nin 387.2.2-ci maddəsinin tələbinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)- 2021/2020 saylı qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Quba rayon X4 xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə həmin rayonun Vladimirovka kəndindəki 0,06 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İşin faktiki hallarından görünür ki, bu torpaq sahəsinə dair JN-173F saylı, 30311018 kodlu şəhadətnamə mövcuddur və torpaq sahəsində 1,5 mərtəbəli yaşayaış evi inşa edilmişdir. Cavabdeh iddiaçının oğlu L.Şirinovla xx xxxxxx 2008-ci il tarixdə nikaha girmiş və cehiz əmlaklarını bu evə gətirmişdir. Onların nikahları məhkəmə qaydasında xx xxxxxx 2019-cu ildə pozulmuşdur və cavabedeh hazırda bu evdə yaşamır. İddiaçı evin ona məxsus olduğunu və cavabdehə məxsus əmlakın oradan çıxarılmasını tələb edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli yaşayış evinin hüququ statusu müəyyən edilməlidir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan əmlakların çıxarılması tələb olunan yaşayış evi daşınmaz əmlakın dövlət reyrestrində qeydiyyata alınmamışdır və tikilinin inşa olunması barədə müvafiq icra hakimiyyəti orqanının icazəsi də mövcud deyildir. Lakin onun yerləşdiyi torpaq sahəsi iddiaçının və 4 nəfərdən ibarət ailə üzvlərinin paylı mülkiyyətindədir. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasəniddiaçıəşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı mübahisəli əmlakların çıxarılması tələb edilən evə “qanuni gözləntiyə” malik hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülkiyyət toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbbi xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İşin faktiki hallarından görünür ki, qeyd edilən yaşayış evinin mülkiyyətçisi olmasa belə, iddiaçının həmin evə dair sahiblik və istifadə hüquqları vardır və cavabdeh əmlaklarını bu evdə saxlamaqla iddiaçının həmin hüquqlarını pozmaqdadır. Bu isə Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçının tələbinin əsaslı olduğunu göstərir vu bu iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, hazırda cavabdeh tərəfindən əmlakın iddiaçının sahibliyində olan yaşayış evində saxlanmasının əsaslı olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübut edilə bilinməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı hesab olunmaqla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi prosessual normaları pozduğundan qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 5,40 manat məbləğində dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2021/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. Quba rayon X4 xx.xx.1998-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən Cavabdeh məxsus taxt - 1 ədəd, şifoner – 1 ədəd, servant – 1 ədəd, tirmo – 1 ədəd, sandıq – 1 ədəd, xalça – 3 ədəd, uşaq yatağı– 1 ədəd, beşik – 1 ədəd, ədyal – 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü, elektrik çayniki – 1 ədəd, xörək servizi – 1 ədəd, qrafin, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa, sinilər, süzgəclər, meyvə qabları, su qabları, stullar – 6 ədəd, nahar stulu, süfrələr, uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlakları çıxarılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 5,40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar