Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2102/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)-857/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)-857/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Vüqar Seyidov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə nikahlarından dünyaya gəlmiş 26.03.2007-ci il təvəllüdlü X5 və 01.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqadrı sabit pul məbləğində müəyyən olunmaqla, yetkinlik yaşına çatmayan şəxslər X5 və X8 oölunun saxlanılması üçün nənəsi Cavabdeh hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X6 ilə 29 dekabr 2006-cı il tarixli rəsmi nikah əsasında evlənib ailə qurmuş, birgə nikahlarından Aytac və Nurəddin adında iki uşaqları doğlulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)-1134/2013 saylı qətnaməsi ilə X6 ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilmısi qət olunmuşdur. Apelaysiya şikayəti əsasında Quba Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(027)-1134/2013 saylı qətnaməsi dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqadrı artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdehin oğlu Kamil Hacıyev keçən müddət ərzində alimenti müntəzəm ödəməmiş, 2017-ci ilin aprel ayından sonra ümumiyytələ aliment ödəməmiş, uşaqları ilə maraqlanmamışdır. Məhkəmə qətnaməsi ilə qət olunmuş aliment məbləği uşaqların bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Belə ki, o, kirayədə qalır, aylıq 235 manat əmək haqqı var, 200 manat kirayə pulu ödəyir, uşaqlar oxuyur, onların tələbatlarını ödəyə bilmir. Bu vaxta kimi valideynlərinin köməyi ilə dolanır. X1 ona aliment borcu 5120 təşkil edir. Dəfələrlə ondan aliment bocunu tələb etsə də heç bir ödəniş etməmiş, xəstə olduğunu, işləyə bilmədiyini bəhanə gətirərək alimenti ödəməmişdir. Cavabdeh da bu müddətdə nəvələri ilə maraqlanmamış, onların hansı şəraitdə və necə böyüdüklərini soruşmamışdır. Məhkəmə iddianın rədd olunmasını əsaslandırmamışdır. Odur ki, Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)- 857/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına çağırılmış iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının 12.02.2018-ci il tarixdə verilmiş 2(105)-1524/2013 saylı icra vərəqəsindən görünür ki, Quba Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2013-cü il tarixli, 2(027)- 1151/2013 saylı qətnaməsi dəyişdirilmiş, 26 mart 2007-ci ildə doğulmuş X5 və 01 iyul 2008ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 02 avqust 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı icra vərəqəsindən görünür ki, 26.03.2007-ci il təvəllüdlü X5 və 01.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellaysiya Məhkəməsinin 02 sentyabr 12.02.2018-ci il tarixli, 2(105)-1524 nömrəli qətnaməsi ilə cavabdeh X2 tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə 320 manat miqdarında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, xeyrinə aliment tutulması xahiş edilən uşaqlar cavabdehin nəvələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin iş materialları ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı icra vərəqəsinə əsasən 26.03.2007-ci il təvəllüdlü X5 və 01.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellaysiya Məhkəməsinin 02 sentyabr 12.02.2018-ci il tarixli, 2(105)-1524 nömrəli qətnaməsi ilə cavabdeh X2 tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə 320 manat miqdarında müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladı olan 26.03.2007-ci il təvəllüdlü X5 və 01.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün valideyni, atası X2 hər uşaq üçün 160 manat olmaqla, 320 manat alimentin tutulması barədə məhkəmə qətnaməsi mövcuddur və hazırki gündə də həmin qətnamə qüvvəsindədir Məhkəmə kollegiyası qeyd edir ki, azyaşlıların atasından tutulan alimenti ödəməməsi, keçmiş yoldaşının 5120 manat məbləğində ödənilməmiş aliment borcu qalması barədə iddiaçının dəlillərini hazırki iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə tutulan aliment üzrə yaranmış borcun ödənilməsi üçün icra və probasiya şöbəsinə müraciət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(027)-857/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2102/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2102/2021
06.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver