Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2114/2022 03.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə, həyətyanı və özəl torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Quba rayonu, Ağbil kəndində yerləşən yaşayış evinə, həyətyanı və özəl torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsilə iddia təmin edilmişdir. (hakim E.Camalov) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnamədən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 10.1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi üçün geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(027)- 606/2009 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(027)- 606/2009 saylı qərardadından şikayəti həmin şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi üçün geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 08 avqust 2022-ci il tarixli qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 2(027)-606/2009 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən veilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmişdir. Quba Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim Vüqar Seyidov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli, 2(027)-606/2009 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi üçün geri qaytarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qərardaddan şikayət verərək, Quba Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verilmədiyi üçün əsalı olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. İdarə tərəfindən şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun (elektron kabinet vasitəsilə) verildiyi qeyd olunsa da, bu iş materialları ilə təsdiqlənmir. Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(027)-606/2009 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2114/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2114/2022
03.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver