Məhkəmə qərarları › İş №2(105)-511/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-511/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-511/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı Cavabdeh MMC-dən 10000 manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri 3500 manat və ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 13530 (on üç min beş yüz otuz) manat pulun alınaraq ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksində Cavabdeh MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187 kv.metr sahə arasındakı fərqin hər 1 kv.metrinin 550 manat vurulmaqla müəyyən edilən məbləğin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi, mülkiyyətində olan 0.0278 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin sahəsi dəqiq müəyyən edildikdən sonra həmin hissənin dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10000 manat, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri 3500 manat və ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 13530 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi ev inşa edilməsi üçün Cavabdeh MMC-nin təkliflərini qəbul edərək, həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə razılığa gəlmişlər. Cavabdeh MMC-nin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin "xxxx" ASC tərəfindən həyata keçirildiyini, bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, onunla yanaşı digər şəxslər də Cavabdeh MMC tərəfindən inşa edilən həmin yaşayış kompleksində fərdi ev alınması üçün "xxxx" ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Kredit alınan zaman pul vəsaitləri bank tərəfindən birbaşa Cavabdeh MMC-nin nümayəndəsinə verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Tikinti başa çatdıqdan sonra Cavabdeh MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. Ev təhvil verildikdən sonra məlum olmuşdur ki, inşa edilmiş fərdi evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Belə ki, razılaşmaya əsasən, ona təhvil verilməli olan evin sahəsi 187 kv.metr olmalı idi, lakin evə köçdükdən sonra məlum olmuşdur ki, evin faktiki sahəsi 140 kv.metrdir. Cavabdeh MMC-nin özünün verdiyi maliyyə arayışından da görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Park Solero evlər kompleksi Cavabdeh MMC-yə məxsusdur, həmin kompleksdə tikilən fərdi yaşayış evlərindən biri də ona məxsusdur və Cavabdeh MMC-yə onun tərəfindən pul vəsaiti ödənilmişdir. Qəbzlər və müqavilə "xxxx" ASC tərəfindən ondan alınsa da, qəbzin biri onda qalmışdır. Hətta hazırda məlum olmuşdur ki, Cavabdeh MMC ondan pul vəsaiti qəbul edərkən fəaliyyəti dayanmışdı. Evin inşasının başa çatmasından uzun müddət keçməsinə baxmayaraq, ona evə dair hər hansı hüquqverici sənəd verilməmişdir. Cavabdeh MMC ilə danışıqlar zamanı bildirmişdir ki, guya həmin binaya aidiyyəti yoxdur və bu səbəbdən mülkiyyət hüququna dair çıxarış alınması üçün heç bir məsuliyyət daşımır. Halbuki, eyni predmet barəsində digər sakinlərin məhkəmədə qaldırdığı iddia üzrə məhkəmə tərəfindən Abşeron rayon İcra hakimiyyətindən həmin binanın inşası üçün verilmiş sərəncam tələb edilmiş və məhkəmənin sorğusu əsasında təqdim edilmiş sənədlərdən də məlum olmuşdur ki, sərəncam Cavabdeh MMC-nin adına verilmişdir. O cümlədən cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tikintinin aparılması barədə sərəncam cavabdehin adına verilsə də tikintini cavabdeh aparmamış, həmin torpaq sahəsi 20-25 sot olaraq fiziki şəxslərə satılmış və tikintini də həmin şəxslər aparmışlar. Hazırda Cavabdeh MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guyahəmin evlərin tikintisinə aidiyyəti olmaması görüntüsü yaratmağa cəhd edir. Bundan əlavə Abşeron rayonu, Masazır kəndindəki 0.0278 ha torpaq sahəsi onun mülkiyyətindədir və Cavabdeh MMC tərəfindən də onun üçün inşa edilən fərdi yaşayış evi həmin torpaq sahəsində tikilməli idi. Lakin evin inşası prosesində həmin torpaq sahəsinin bir hissəsi Cavabdeh MMC tərəfindən zəbt edilərək, başqa məqsədlər üçün istifadə edilmişdir. Belə ki, hazırda onun fərdi evinin altındakı torpaq sahəsi də azalmışdır. Belə olan halda, xüsusi mülkiyyətində olan, Cavabdeh MMC tərəfindən zəbt edilmiş torpağın sahəsi də dəqiq müəyyən edilərək, ona qaytarılmalıdır. Göründüyü kimi onunla cavabdeh arasında faktiki olaraq podrat razılaşması olmuşdur və bu razılaşma əsasında evin tikintisi üçün onun "xxxx" ASC-dən aldığı vəsaitləri cavabdehin nümayəndəsi qəbul etməklə, tikintiyə başlamış, tikinti başa çatdıqdan sonra ev ona təhvil verilmişdir. Başqa sözlə desə razılaşmanın şərtləri onun tərəfindən tam yerinə yetirilərək, "xxxx" ASC-dən xx xxxxxx 2013-cü il tarixli Kredit müqaviləsi üzrə alınmış vəsaitlər tam olaraq, cavabdehə verilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona verilməli olan 187 kv.m sahəsi olan ev əvəzinə sahəsi 140 kv.m. olan ev verilmişdir, evin təhvil-təslimi həyata keçirilməmiş, iş qüsurla icra edilmişdir. Bundan əlavə onun xüsusi mülkiyyətində olan torpağın bir hissəsi də Cavabdeh MMC tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdeh tərəfindən həyətyanı sahə də abadlaşdırılmamışdır. Hazırki iş üzrə xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında heç bir müqavilə öhdəliyi olmamış və ödənilmiş pul vəsaitinin isə hansı şəraitdə və hansı əsasla iddiaçıdan qəbul edilməsini bilmir. Yəni, cavabdeh müqavilənin və ödəniş qəbzlərinin bir qismini onlarda olmadığını və artıq onlardan götürüldüyünü bildiyi üçün və bu barədə məhkəməyə sübut təqdim etmək iqtidarında olmamağımızı bildiyindən iddia tələbinə qarşı bu məzmunda etiraz təqdim etmişdir. Ona görə də hesab edir ki, onun tərəfindən cavabdehə ödənilmiş və çeki onda olan 10000 (on min) manat pul vəsaiti və həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri cavabdehdən alınaraq ona verilməlidir. Göründüyü kimi külli miqdarda ona məxsus pul vəsait cavabdehdə qalmış və onun mülkiyyəti olan pul vəsaiti hal-hazıra kimi geri qaytarılmamış, cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixdə 2(012)-1412/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmiqdir. Hazırda «xxxxsı» ASC ilə aralarında qarşılıqlı razılaşma əldə edilmişdir. Ona görə də verdiyi apellyasiya şikayətində imtina edir. Şərh olunanları nəzərə alaraq apellasiya şikayətindən imtinanı qəbul edib, apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəcini dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayətindən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, İddiaçı apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı oglunun Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar