Məhkəmə qərarları › İş №2(105)-2123/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2123/2020

16.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2123/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışda göstərilən ünvan 1 ünvanındakı 0.00756 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə olunan və ümumi hasara alınmış 0.0122 ha (122 kv.metr) torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikililərin (fərdi yaşayış evləri) Cavabdeh1 hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməmişdir (hakim H.Əhmədov). Qətnamədən iş üzrə Cavabdeh1 apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, ona vurulmuş 7000 manat maddi, 15000 manat mənəvi zərərin əvəzi kimi cəmi 22000 manat pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında yerləşən ümumi sahəsi 63.1 kv.metr, yaşayış sahəsi 31.2 kv.metr, yardımçı sahəsi 31.9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini (qanuni istifadədə olan 0.02737 ha torpaq sahəsi daxil olmaqla) AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx xxxxxxxx 2016-cı il tarixdə həmin alqı-satqı müqaviləsi əsasında ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (RX ******* saylı) və texniki pasport (Reyestr **********64-10301 saylı) vermişdir. O, Cavabdeh1 və ailə üzvlərinin xahişini nəzərə alaraq, onların yeni mənzilə köçənədək ona satdıqları evdə müvəqqəti yaşamalarına etiraz etməmişdir. Lakin bir müddətdən sonar, həmin evə gəldikdə görmüşdür ki, ona məxsus həyətyanı sahədə başqa iki ev tikilmişdir. O, Cavabdeh1 və onun ailə üzvlərindən soruşduqda, bildirmişlər ki, pula ehtiyacları olduğundan ona məxsus həyətyanı sahədən bir hissəsini “dəllallıq” edən Niyaməddin adlı şəxsə satmışlar. Sonradan öyrənmişdir ki, ona məxsus torpağın qanunsuz alqı-satqısı prosesində Niyaməddinlə yanaşı Aqil adlı dəllal da iştirak etmişdir. Dəfələrlə Cavabdeh1, onun oğlu Elxana, həmçinin dəllallara pozulmuş hüquqlarının bərpası üçün müraciətlər olunmuşdur. Həmin şəxslər hər dəfə müxtəlif bəhanələrlə günahı bir-birlərinin üzərinə atmağa çalışmışlar. Onlar gah qanunsuz zəbt edib ev tikdikləri torpaq sahəsinə görə pul ödəyəcəklərini bildirmiş, gah da bir-birilərini günahlandırmaqla kifayətlənmişlər. Ona məxsus torpaq sahəsində yardımçı tikililər, böyük, 10-15 illik bar verən ağaclar olmuş, cavabdehlər həmin tikililəri sökməklə və ağacları kəsməklə ona xeyli maddi ziyan vurmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, eləcə də beynəlxalq konvensiyalarla təsbit olunmuş mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mülkiyyət hüquqlarının pozulması onun və ailə üzvlərinin ciddi mənəvi sarsıntı və iztirab keçirmələrinə səbəb olmuşdur. Belə ki, onlar yeni əldə etdikləri evə köçməyi və həyətyanı torpaq sahəsini öz istəklərinə uyğun şəkildə səliqəyə salmağı planlaşdırmışlar. Lakin torpaq sahəsinin zəbt olunaraq üzərində qanunsuz evin tikilməsi bu planlarının həyata keçirilməsini mümkünsüz etmiş, onlarda məyusluq və sarsıntıya səbəb olmuşdur. O, mülkiyyətçi olaraq baş verən qanunsuzluqlardan xeyli əsəb gərginliyi keçirmişdir. Cavabdehlərin qeyri-qanuni hərəkətləri üzündən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus və qanuni istifadəsində olan yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Bu səbəbdən qanunsuz tikili cavabdehlərin hesabına sökülməli, ona dəymiş maddi və mənəvi zərər cavabdehlər tərəfindən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olunmasına baxmayaraq qanunsuz qətnamə ilə bi tələb təmin edilmişdir. Nə o, nə də onun etibarnamə əsasında nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, lakin məhkəmə qətnaməsində qeyd edilir ki, guya onun nümayəndəsi Azizovs Axmeds iclasda iştirak etmişdir. ünvan 1 ünvanındakı 0,0122 ha torpaq sahəsi onun istifadəsində deyildir, o, orada evlər tikməmişdir və onları kiməsə satmamışdır. Bu torpaq sahəsi heç iddiaçının da mülkiyyətində deyil və oradan istifadə etmir. Məhkəmənin qətnamədə istinad etdiyi ekspert rəyində göstərilmişdir ki, guya qeyd edilən ünvanda 0,00756 ha torpaq sahəsindən hər üç cavabdeh faktiki istifadə edirlər və ümumi hasara alınmış 0,0122 ha torpa sahəsində digər şəxslər tərəfindən tikilililər inşa edilmişdir, buna baxmayaraq məhkəmə iddianı yalnız ona dair hissədə təmin etmişdir. Bunun səbəbi isə naməlumdur. Məhkəmə mübahisəni araşdırarkən çəkişmə prinsipinə əməl etməmiş, tərəflərin bərabərliyini təmin etməmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilsəydi, onun tərəfindən torpaq sahəsindən istifadə olunmaması, orada hər hansı tikinti işlərini aparmaması aydın olardı. İş materiallarından 0,0122 ha torpaq sahəsinin iddiaçının müılkiyyətində olmasını və onun tərəfindən qanunsuz yollarla orada tikinti işlərinin aparılmasını təsdiq edən mötəbər sübutlar yoxdur, halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən bu yük, iddiaçının üzərinə düşür. Məhkəmə bu hallara düzgün qiymət verməmiş, yalnız iddiaçı tərəfin izahatına istinad etməklə yanlış nəticəyə gəlmişdir. Buna görə də qətnamə tamamilə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh3 ev almaq istədiyini, ona görə də hazırki mübahisəli evlərə baxdığını, lakin mübahisə olduğu üçün fikrindən daşındığını, hazırda həmin evlərdən tanımadığı şəxlərin istifadə etdiyini, hazırki mübahisənin ona heç bir aidiyyatı olmadığını və onun həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron rayonu 1 saylı notariat kontorunda xx xxxxxxxx 2016-cı il tarixdə təsdiqlənərək reyestrdə 4Ə-2270 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 (onun adından etibarnamə əsasında Əliyev Anar Möhtərəm oğlu) Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında yerləşən ümumi sahəsi 63,1 kv.metr, yaşayış sahəsi 31,2 kv.metr, yardımçı sahəsi 31,9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini 18.000 manata İddiaçı satmışdır. Yenə iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,00756 ha torpaq sahəsində yerləşən 63,1 kv.metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Çıxarışdan görünür ki, 0,00756 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Yenə də iş materiallarında olan xx xxxxxxxx 2011-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi 1 mərtəbəli, 2 yaşayış otağı, 1 dəhlizi olmaqla, ümumi sahəsi 63,1 kv.metr, yaşayış sahəsi 31,2 kv.metr, köməkçi sahəsi 31,9 kv.metrdir. Həyətyanı sahədə tikinti altı sahəsi 7,8 kv.metr olan sanitar qovşağı, tikinti altı sahəsi 6,2 kv.metr olan daş hasar (L=30,8m b=0,2m), 1 ədəd metal darvaza vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2018-ci il tarixli, 33270 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Əhmədov tərəfindən imzalanmış xx xxxxxx 2018-ci il tarixli, **********85 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 nömrəli ünvanda yerləşən 0,00756 ha torpaq sahəsinə çıxarış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2011-ci il tarixli reyestr nömrəsi **********64-10301 olan texniki pasport verilmişdir. Təqdim olunmuş iş materiallarında RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 nömrəli ünvanda yerləşən 0,00756 ha torpaq sahəsinin plan və ölçüsü olmadığından faktiki istifadəsində olan torpaq sahəsinin verilmiş sənədlərlə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, iddiaçının iştirakı ilə çöl ölçmə işləri aparılaraq kameral şəraitdə araşdırılaraq məlum oldu ki, İddiaçı faktiki istifadəsində olan 0,016 ha torpaq sahəsində 0,0075 ha (75 kv.metr) yaşayış evi mövcuddur. Qeyd edilən ünvanda yerləşən 0,000756 ha torpaq sahəsinin plan və ölçüsünün və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından cavabdehlər tərəfindən hər hansı müdaxilə, zəbt hallarının mövcud olub-olmamasının araşdırılması mümkün olmamışdır. Yenə işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında İddiaçı istifadəsində olan xx xxxxxxxx 2016-cı il tarixli, **********64-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,02737 ha torpaq sahəsinin koordinatları GPS mövqe təyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində əlavə olaraq fərdi yaşayış evləri inşa edilmişdir. Yenə də işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki eksperizasının xx xxxxxx 2020-ci il tarixli, 25497 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********45 saylı məktubla göndərilmiş, Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışla) Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 nömrəli ünvanda yerləşən 0,00756 ha torpaq sahəsində ümumi sahəsi 63,1 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsi hər hansı bir hissədə zəbt olunubolunmamasının aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə aid deyildir. Lakin qeyd edilən ünvanda yerləşən 0,000756 ha torpaq sahəsində ümumi sahəsi 63,1 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə olunur və ümumi hasara alınmış 0,0122 ha (122 kv.metr) torpaq sahəsində digər şəxslər tərəfindən tikililər (fərdi yaşayış evləri) inşa edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, İddiaçı qanunsuz tikililərin sökülməsi barədə iddiası təmin edilməməlidir. Məhkəməiddianıtəminedərkənonaəsaslanmışdırki, Abşeron rayonu 1 saylı notariat kontorunda xx xxxxxxxx 2016-cı il tarixdə təsdiqlənərək reyestrdə 4Ə-2270 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqaviləsinə əsasən Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında yerləşən ümumi sahəsi 63,1 kv.metr, yaşayış sahəsi 31,2 kv.metr, yardımçı sahəsi 31,9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini 18.000 manata İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən həmin ünvanda 0,00756 ha ölçüdə torpaq sahəsində yerləşən 63,1 kv.metr sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam payda xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz tikinti işləri aparıldığını müəyyən edərək qanunsuz tikililərin sökülməsi və digər tələblərlə bağlı iddia qaldırmışdır. Mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlinməsinin təmin olunması, yəni iddiaçının adına verilmiş reyestrdən çıxarışda əksini tapan, onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış torpaq sahəsində reyestrdə qeyd olunmayan hər hansı bir əlavə tikilinin mövcud olub-olmamasının, müsbət halda ölçü, təyinat və koordinatlarının müəyyən edilməsi, habelə digər suallara cavab alınması üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Müvafiq mütəxəssisin rəyi əsasında verilmiş eksperiza rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* nömrəli çıxarış) ünvan 3 nömrəli ünvanda yerləşən 0,00756 ha torpaq sahəsində ümumi sahəsi 63,1 kv.metr olan fərdi yaşayış evi və torpaq sahəsindən Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə olunur və ümumi hasara alınmış 0,0122 ha (122 kv.metr) torpaq sahəsində digər şəxslər tərəfindən tikililər (fərdi yaşayış evləri) inşa edilmişdir. Məhkəmə mübahisəni həll edərkən, Torpaq Məcəlləsinin bir sıra maddələrinə, habelə MülkiMəcəllənin152.1, 157.4 və 180-ci maddələrinə istinadetmişdir. Məhkəməningəldiyinəticəiləaşağıdagöstərilənlərəəsasənrazılaşmaqolmaz. İş materiallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında yerləşən ümumi sahəsi 63,1 kv.metr, yaşayış sahəsi 31,2 kv.metr, yardımçı sahəsi 31,9 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2016cı ildən İddiaçı məxsusdur, lakin bu evin yerləşdiyi 0,00756 ha torpaq sahəsi bələdiyyənin müılkiyyətindədir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində tikilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, ona vurulmuş 7000 manat maddi, 15000 manat mənəvi zərərin əvəzi kimi cəmi 22000 manat pulun cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(iddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə versə də, həmin ərizə icraata qəbul edilməmiş, iddiaçı bunu mübahisələndirməmişdir) Lakin iş materiallarında iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənədlər mövcud deyildir. İddiaçının istinad etdiyi RX ******* saylı reyestrdən çıxarıça gəlincə, yuxarıda qeyd edildiyi kimi, bu sənəd 63,1 kv.metrlik yaçayış evinin iddiaçıya məxsusluğu barədədir, evin yerləşdiyi torpaq sahəsi, eləcə də iddia etdiyi əlavə torpaq sahəsi iddiaçının deyil, bələdiyyənin mülkiyyətindədir. Digər tərəfdən iş üzrə cavabdehlərin dairəsi dəqiq müəyyən edilməmişdir. İddiaçı ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsində özbaşına da olsa, tikilmiş evlərin dəqiq sahiblərini müəyyən etməmiş, onlara qarşı tələb irəli sürmədən faktiki istifadə etdikləri evlərin sökülməsini artıq bu işə aidiyyatı olmayan şəxslərdən tələb edir. Məhkəmə baxışı zamanı Cavabdeh3 izahatında ev almaq istədiyini, ona görə də hazırki mübahisəli evlərə baxdığını, lakin mübahisə olduğu üçün fikrindən daşındığını, hazırda həmin evlərdən tanımadığı şəxlərin istifadə etdiyini, hazırki mübahisənin ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Digər Cavabdeh2 isə bu mübahisəyə hansı aidiyyatının olduğu aydın olmur. Başqa sözlə, iddiaçı cavabdeh ola biləcək subyektlərin dairəsini dəqiq müəyyən edə bilməmişdir. İşə baxan məhkəmə öz qətnaməsilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışda göstərilən ünvan 1 ünvanındakı 0.00756 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə olunan və ümumi hasara alınmış 0.0122 ha (122 kv.metr) torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikililərin (fərdi yaşayış evləri) Cavabdeh1 hesabına sökülməsi nəticəsinə gəlmişdir, halbuki İddiaçı belə bir tələblə məhkəməyə müraciət etməmişdir, başqa sözlə, məhkəmə iddiadan kənara çıxmışdır. MPM-nin 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı mübahisə üzrə isə heç bir müstəsna hal mövcud deyil. Qeyd edildiyi kimi, iş materiallarında İddiaçı məxsus hər hansı torpaq sahəsinin olması barədə mötəbər sübut olmadığından onun Cavabdeh1 və qeyrilərinə qarşı guya ona məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin onun tərəfindən sökülməsi barədə iddiası əsassızdır və təmin edilə bilməz. İşdə olan məhkəmə tikinti-texniki eksperizalarının rəylərinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, bu rəylər işin faktiki hallarına uyğun deyildir, çünki hər iki rəydə ekspertlər qeyd etmişlər ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur, halbuki reyestrdən çıxarışla bu fakt tamamilə təkzib olunur. Buna baxmayaraq, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, iddiaçının tələbini dəqiqləşdirməmiş və özbaşına hasarlanmış torpaq sahəsindəki tikintilərin kimə məxsusluğunu müəyyən etmədən, dolayısı ilə aidiyyatı olması ehtimal edilən Cavabdeh1 üzərinə həmin evlərin sökülməsinin qoyulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh1 apelyasiya şikayətində ünvan 1 ünvanındakı 0,0122 ha torpaq sahəsinin onun istifadəsində olmadığını, orada evlər tikmədiyini və onları kiməsə satmadığını bildirir. İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq məhkəməyə bunun əksini təsdiq edəcək heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi iddiaçının iddia ərizəsində göstərdiyi 0,02737 ha torpaq sahəsi barədə heç bir hüquq müəyyənedici sənədi yoxdur. Həmin torpaq sahəsi kimin tərəfindən hasara alınmağından asılı olmayaraq özbaşına tutulmuş torpaq sahəsidir. Daha öncə qeyd olunduğu kimi torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikililərin sökülməsi hissəsində iddia tələbinin əsası sübuta yetirilmədiyindən, bu tikintilər nəticəsində cavabdehlərin ona maddi və mənəvi zərər yetirmələri və bu zərərin əvəzinin tutulması barədə də İddiaçı iddiası təmin oluna bilməz. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hüquqi cəhətdən ona məxsus olmayan torpaq sahəsində aparılmış tikintilərin sökülməsi barədə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin 2(012)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı qarşı Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında ona məxsus torpaq sahəsində qanunsuz tikililərin sökülməsi barədə iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalı, keçirilmiş ekspertiza xərci kimi 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab N:AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin 2(012)-177/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 ünvanında ona məxsus torpaq sahəsində qanunsuz tikililərin sökülməsi barədə iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılsın, keçirilmiş ekspertiza xərci kimi 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab N:AZ34CTRE********************)ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar