Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2132/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)-1025/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)-1025/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdeh Nağıyev Cavabdeh qarş pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 444 manat pulun cavabdeh Nağıyev Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işə baxılarkən İddiaçı ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)-1025/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Cavabdeh Nağıyev Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı 08.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)- 1025/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)-1025/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur və o, qətnamədən verdiyi apellyasiya şikayətindən könüllü, öz iradəsinə uyğun olaraq imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(060)-1025/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, iddiaçının apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2132/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2132/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver