Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2153/2022 13.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, maraqlı şəxs Zəngilan rayon İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verılməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərzə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmiş, lakin sonradan qızı Ləman atası ilə qalmaq istəmişdir. Qızı 2005-ci il təvəllüdlüdür, sərbəst qərar verəcək vəziyyətdə deyil, kənar müdaxilə nəticəsində atasının yanında qalmaq qərarını verıb. 3 ildir ki, qızı iddiaçının yanında yaşayır. Hazırki günədək qızının onun himayəsinə qaytarılması barədə iddiası olmayıb. 11-ci sinifi bitirənə qədər qızı ilə ünsiyyəti olub, ondan sonra uşağın ona qarşı münasibəti dəyişib. İddiaçı alimenti ödəmədiyinə görə hazırda həbsdədir. İddiaçı həbs olunduqdan sonra qızı onunla ünsiyyət qurmur. Ona görə də Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, uşaq onunla yaşayır, sərbəst uşaqdır, ona hər hansı təsir göstərilmir. Atası həbs olunduqdan sonra anası ilə ünsiyyət qurmaq istəmir. 2 il onu ali məktəb üçün hazırlığa qoyub, ailə arasındakı münasibətlər ona təsir edib, ali məktəbə də daxil ola bilməyib. Uşaq dindirilsə öz fikrini bildirəcək. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 19 may 2022ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Zəngilan rayon İHB yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Kərəmov X6 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)4943/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılmışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, tərəflər xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanının 21 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, azyaşlıların mənafeləri, onların fikirləri əsas kimi qəbul edilərək məsələyə hüquqi qiymətin verilməsini məhkəmənin mülahizəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)480/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı valildeynlik hüququndan məhrum etmə tələbinə dair iddiasını təmin etməmiş mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(034)-206/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanlımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 56-cı maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Həmin Məcəllənin 58-ci maddəsində isə təsbit edilmişdir ki, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuş, məhkəmənin qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsinə verilmiş və uşaqların saxlanması üçün iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında qalması müəyyən edilsə də tərəflərin birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X5 üç ilə yaxındır ki, atası ilə birlikdə yaşayır. Belə ki, o, həm sərbəst ifadəsində, həm də ona verilən sual-cavablarda nənəsi, babası və atası ilə birgə yaşamasını, 11-ci sinifdə oxumasını, anasının onlarla eyni binada qalmasını, onların 9-cu mərtəbədə, anasının isə 8-ci mərtəbədə yaşamasını, qardaşının anası ilə qalmasını, anasının əvvəllər onunla maraqlanmamasını, tələbatlarını ödəməməsini, lakin axır zamanlarda onunla maraqlanmasını, tələbatlarını ödəməsinə baxmayaraq atası ilə yaşamaq istəməsini bildirmişdir. Məhkəmə işin diqqətəlayiq hallarını, tərəflərin fikrini və uşağın mənafeyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X5 atası İddiaçı himayəsinə verilməlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılamaq olmaz. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)4943/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları Cavabdeh himayəsində saxlanılmışlar. Məhkəmə kollegiyasının qərardadına əsasən Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının vermiş olduğu 22 noyabr 2022-ci il tarixli, 822 saylı rəyindən görünür ki, komissiya onun istəyini nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsində qalmasını azyaşlının gələcəyi naminə məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baxmayaraq ki, uşaq atasının yanında qalmaq istədiyini bildirmiş, Qəyyumluq və Himayəçilik komissiyası da uşağın atasının yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir, lakin iddianın təmin edilməsi məqsədəuyğun deyildir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 1(002)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəza çəkmə müddətinin əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmışdır, cəzasının sonu 14 may 2023-cü il tarixdə bitir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə uşağın həbsdə olan atasının himayəsinə verilməsi məqsədəuyğun hesab edilə bilməz. Belə ki, uşağın hazırki gündə, eləcə də 14 may 2023-cü il tarixinədək həbsdə olan atasının himayəsinə verilməsi onun faktiki olaraq valiydeyn himayəsindən məhrum edilməsi kimi qəbul edilməlidir. Uşaq atasının himayəsinə verilərsə himayəçi olan atası həbsdə olduğundan uşağa dair valideynlik hüquqlarını həyata keçirə bilməyəcəkdir. Bununla da məhkəmə kollegiyası iş materiallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin hallarına uyğun qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(034)-6/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2153/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2153/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver