Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2159/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Zəngilan Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia təmin edilib, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı Şuriyyə qızının xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 22 avqust 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Zəngilan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsini 12 may 2022-ci il tarixdə rəsmi olaraq almış və 19 may 2022-ci il tarixdə həmin qətnamədən apellyasiya sikayəti vermişdir. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətində prosesual nöqsanlar olması səbəbi ilə geri qaytarılmışdır. Bundan sonra apellyasiya şikayətinə mövcud nöqsanlar aradan qaldırılmış və yenidən ümumi qaydada apellyasiya şikayəti vermişdir. Göründüyü kimi apellyasiya şikayətini qanunla müəyyən edimiş vaxta vermişdir. Lakin məkəmə onun xx.xx.2022-ci il tarixdə göndərdiyi apellyasiya sikayətinə münasibət bildirmədən mükli işi cavabdehin apellyasiya şikayətinə əsasən işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə baxılacağını zənn etdiyindən işin baxışa təyin edilməsini gözləmişdir. Lakin Apellyasiya Məhkəməsində iş baxışa təyin olunduqdan sonra ona məlum olmuşdur ki, onun apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə yenidən müddütin üzürlü səbəblərdən buraxıldığından bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 saylı qətnaməsindən təkrar olaraq elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə apellyasiya şikayətini nəzərdən keçirərək hesab etmişdir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsi İddiaçı 06 may 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmiş, lakin İddiaçı prosessual müddətin bərpa olunması barədə məhkəməyə ərizə vermədən, məhkəmənin 19 aprel 2022-ci il tarixli, 2(034)- 207/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə, elektron kabinet vasitəsi ilə göndərilmiş apellyasiya şikayətinə diqqət yetirməmiş, apellyasiya şikayətinə əlavə edilmiş müddətin bərpa edilməsi barədə ərizə olduğu halda apellyasiya şikayətinin geri qaytarılması barədə 22 avqust 2022-ci il tarixdə qərardad qəbul etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsi İddiaçı 06 may 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Lakin, İddiaçı prossesual müddətin bərpa olunması barədə məhkəməyə ərizə vermədən, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu da onu göstərir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq prosessual müddət ötürülmüş və həmin müddətin bərpası ilə bağlı məhkəməyə ərizə ilə müraciət olunmamışdır. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materialları ilə müəyyən edilir ki, Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsi İddiaçı 20 may 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmiş, iddiaçı 19 may 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya sikayəti vermişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən 27 may 2022-ci il tarixdə apellyasiya şikayəti verilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən təkrar olaraq elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayətinin mülki prosessual qanunvericiylinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli sorğusu ilə geri tələb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 1539/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddialar üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli mülki işin apellyasiya baxışından çıxarılması və birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən olur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli qərardadının surəti 26 may 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. Poçt göndərişinin reyestrindən görünür ki, qeyd olunan qərardadın surətinin sifarişli poçt zərfi ilə tərəflərə göndərilməsi və alınmasını təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2022-ci il tarixli qərardadının surəti 06 iyun 2022-ci il tarixdə tərəflərə göndərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş poçt göndərişinin reyestrindən görünür ki, qeyd olunan qərardadın surəti sifarişli poçt zərfi ilə tərəflərə göndərilməmiş və alınmasını təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunan mülki iş birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılması üçün 10 iyun 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1539/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsində işə baxılan zaman İddiaçı məlum olmuşdur ki, onun apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarının 126-cı səhifəsində olan zərfdən görünür ki, İddiaçı poşt vasitəsi ilə göndərilmiş məhkəmə zərfi “ünvan tam deyil” qeydi ilə ünvançıya təqdim edilməmiş və geri qaytarılmışdır. İddiaçı tərəfindən isə elektron qaydada tərtib olunmuş apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. İddiaçı Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Mülki-Prosessual Məcəllə Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən İddiaçı verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytararkən prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi qanuni və əsaslı olub. işin hallarına uyğun olduğu üçün təmin edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilib, birinci instansiya məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 02 sentyabr 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)- 207/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti icraata qəbul olunmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 02 sentyabr 2022-ci il tarixli 2(034)-207/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçının apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(034)-207/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə prosessual müddət bərpa edilsin və apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2159/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2159/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver