Məhkəmə qərarları › İş №2(105)-2181/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2181/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2181/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadı ilə iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(067)-970/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadından İddiaçı şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2020ci il tarixli 2(067)-970/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)2052/2020 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadı ləğv edilərək İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadından verilmiş şikayətin müddəti ötürülməmiş hesab edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı vəkili X1 şikayətin dəlillərioni müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsinin mahiyyətinin iddiaçının xx.xx.2009-cu il təvəllüdlü X2 atası olmamasının müəyyən edilməsi olmasını,bu halın müəyyən edilməsinin iddiaçının şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsini şərtləndirməsini, iddiaçının Sumqayıt şəhərində qeydiyyatda olmasını, AR MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməli olmasını müəyyən edərək iddia ərizəsini geri qaytarmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152. 307, 309cu maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəsi hazırki iddia ərizəsini hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə kimi qəbul etmiş və bu barədə ərizələrin ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməli olması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırki ərizədən görünür ki, iddia tələbi Cavabdeh qarşı qaldırılmış, iddia cavadbeh tələbində Cavabdeh ilə birgə nikahda olan zaman doğulmuş X2 atası olmamasına dair, yəni atalığın ləğvi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı iddia tələbi hesab edilə bilməz və ərizə xüsusi icraat qaydasında baxılmalı olan ərizə kimi deyil, ümumi icraat qaydasında baxılmalı ərizə hesab edilməlidir. Bu səbəbdən də hazırki iddia ərizəsinin məhkəmə aidiyyətınə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsi şamil edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi qanunvericilik norması bir qayda olaraq iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilməsini müəyyən etmişdir və hazırki işdə də başqa hal, yəni müstəsna hal nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbi baxımından, ərizənin iddiaçının yaşadığı Sumqayıt şəhəri üzrə Sumqayıt Şəhər Məhkəməsinə məhkəməsinə verilməsinə əsas ola bilməz. Bu səbəbdən də iddiaçı cavabdehin yaşadığı yer yer üzrə məhkəməyə müraciət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Xaçmaz rayonu, Xanoba kəndində rəsmi qeydiyyatdadır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi iddiaçının yaşadığı yer üzrə deyil, cavabdehin rəsmi qeydə alındığı yer, yəni Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-970/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar