Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2184/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı uşağın saxlanılması üçün tələb olunan pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, 15.10.2013-cü il təvəllüdlü X1 müalicə olunması üçün hər ay 500 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli, 2(012)-5571/2018 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)- 5571/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(105)1791/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli, 2(012)-5571/2018 saylı qərardadı dəişdirilmədən saxlanılmışdır. Cavabdeh 01.12.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsindən təkrarən apelyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(012)5571/2018 saylı məktubu ilə müddətin bərpasına dair ərizənin əlavə edilməməsi səsəbi ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh 05.03.2021-ci il tarixdə buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadına əsasən Cavabdeh Abşeron Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti və müddətin bərpa olunmasına dair ərizəsi cavabdehin öz xahişi ilə geri qaytarılmışdır. Cavabdeh Hətəmov X2 Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)- 5571/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)- 5571/2018 saylı qətnaməsi rəsmi qaydada ona təqdim edilməmişdir. Mülki iş materiallarında olan məhkəmə qətnaməsinin alınması barədə qəbzlərdəki imzalar ona məxsus deyildir. Qətnaməni rəsmi qaydada almadığına görə apelyasiya şikayəti vermək imkanı olmamışdır. Bu səbəbdən də məhkəmə qəbzindəki imzaların saxta hesab olunması və məhkəmə qətnaməsinin onun tərəfindən rəsmi qaydada alınmadığı nəzərə alınaraq qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Ona görə də ərizənin təmin olunması xahiş olunur. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). Qərardaddan Cavabdeh şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı qeyriobyektiv, qanuna zidd və əsassızdır. Həmin qərardaddan qeyd edilmişdir ki, tərəfindən heç bir dəlil sübut təqdim olunmamışdır. Məhkəmə iclasları barədə ona heç bir bildiriş gəlməmişdir. İclas barədə məlumatı olmamışdır. Halbuki iştirak etsə idi, dəlillərini, sübutlarını təqdim edərdi. Bundan başqa ərizəsində də qeyd etmişdir ki, məhkəmə qətnaməsini almamışdır. Odur ki, şikayətin təmin edilərək Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, 15.10.2013-cü il təvəllüdlü X1 müalicə olunması üçün hər ay 500 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri və müddətin bərpa olunmasına dair ərizələr Abşeron Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli, 2(012)-5571/2018 saylı Abşeron Rayon Məhkəməsinin 22.02.2019-cu il tarixli, 2(012)-5571/2018 saylı və Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(012)- 5571/2018 saylı qərardadlarına əsasən geri qaytarılmışdır. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəmə qətnaməsinin onun ailə üzvü tərəfindən qəbul edilməsini, hazırda məhkəməyə təqdim olunmuş ərizəsində isə məhkəmə qəbzindəki imzanın ona məxsus olmadığını qeyd etsə də buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi 20.12.2018-ci il tarixdə qəbzə imza edilməklə Cavabdeh tərəfindən alınmış, həmin qətnamədən 28.01.2019-cu il tarixdə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Qətnamədən verilmiş apelyasiya şikayəti Abşeron Rayon Məhkəməsini 31.01.2019-cu il tarixli qərardadı ilə müddət ötürülməsi səbəbindən geri qaytarılmış, həmin qərardaddan cavadbeh tərəfindən şikayət verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(105)1791/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31.01.2019-cu il tarixli, 2(012)-5571/2018 saylı qərardadı dəişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh 01.12.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(012)-5571/2018 saylı qətnaməsindən təkrarən apelyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli, 2(012)5571/2018 saylı məktubu ilə müddətin bərpasına dair ərizənin əlavə edilməməsi səsəbi ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra Cavabdeh 05.03.2021-ci il tarixdə buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmaması, məhkəmə iclasında iştirak etməməsi səbəbdindən sübutları təqdim edə bilməməsini bildirsə də, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasına dair sübutları apelyasiya instansiyasında da təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apelyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-5571/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2184/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2184/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver