Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-219/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X14, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Yusifov Rövşən Mahmud oğlu, İddiaçı3, Cavabdeh1, cavabdeh K.K.Yusubov və qəbul edilmiş qətnamə ilə hüquq və mənafeyinə toxunulan şəxs S.Ö.Yusifovanın nümayəndəsi və vəkili X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsindən Cavabdeh1, cavabdeh K.K.Yusubov və qəbul edilmiş qətnamə ilə hüquq və mənafeyinə toxunulan şəxs S.Ö.Yusifova tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçılar “xxxx” MMC, X12 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 qarşı “pul, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 “xxxx” MMC-nin adına olan 432668,43 manat borc pul tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2-dən 83552,28 manat məbləğində borc pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pul tutularaq X7 verilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə saxlanması üçün müvafiq şəxsə təhvil verilmiş 122 baş dana və ya onların dəyəri 80 danaya nisbətdə X4 və 42 danaya nisbətdə Cavabdeh1 alınaraq X7 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2-dən və X4 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq X7 verilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh K.K.Yusubov və qəbul edilmiş qətnamə ilə hüquq və mənafeyinə toxunulan şəxs S.Ö.Yusifova birgə qaydada apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, X13 “xxxx” MMC-nin direktoru təyin olunmamışdan qabaq Cavabdeh1 balıq ticarəti ilə məşğul olmuşdur. 2014-cü ildə “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin olduqdan sonra onunla tanış olmuşdur. Pərvizin balıq ticarəti ilə məşğul olan “Aqro İnvest” firması onlarla 2019-cu ilə qədər balıq alğı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayında Cavabdeh1 ona müraciyət edərək bildirmişdir ki, əvvəlki firmada işləmir və oradan uzaqlaşmışdır. Cavabdeh2 adında yeni kompaniya yaratmışdır. Kompaniyanın 100%-i ona məxsusdur, amma maliyyə vəziyyəti ağır olduğuna görə istəyir ki, onların zavoduna aid olan məhsulların satışını əvvəldən əlaqə qurduğu ticarət şəbəkələri vasitəsi ilə həyata keçirsin. Pərviz ondan xahiş etmişdir ki, onu da “xxxx” MMC-nin topdan satış müştərilərinin sıralarına daxil etsin, ona nisyə balıq məhsulları satsın, onunla iş birliyi qursun və onun vasitəsilə müxtəlif adda mal (balıq, ət, toyuq və s.) gətirib satışını həyata keçirərək, müştərək bizneslə məşğul olsunlar. Pərviz həmçinin ona bildirmişdir ki, böyük ticarət şəbəkələri ilə yaxşı əlaqələri var və balıq məhsullarının satışını həmin supermarket şəbəkələrinin vasitəsilə tez bir zamanda həyata keçirəcək. Pərvizə bildirmişdir ki, “Aqro İnvest”in direktoru işləyərkən “xxxx” MMC-dən aldığın mallardan 59178.43 AZN borcun qalmışdır, indiki müdir ona cavab vermişdir ki, bu malları Cavabdeh1 alıb, o, bu malları görməmişdir, bu məsələyə Cavabdeh1 cavabdehlik daşıyır. Buna cavab olaraq Cavabdeh1 ona demişdir ki, iş birliyi qurduqdan sonra o, bu borcu da ödəyəcək. xx xxxxxx 2019-cu il tarixində balıq məhsullarının alğı-satqısına dair Cavabdeh2 ilə 17 №-li Müqavilə imzalanmış və “xxxx” Cavabdeh2-yə 112672,67 manat dəyərində müxtəlif çeşiddə balıq məhsullarını satmışdır. Bu günə kimi cavabdehlər onlara cəmi 17592.48 manat, o cümlədən 15000 manat əsas borc və 2592,48 manat ƏDV ödəmişdir. Bundan başqa Cavabdeh1 aldığı malın dəyərindən bir manat da olsun “xxxx” MMC-yə ödəməmişdir. Baxmayaraq ki, aldıqları malların satışını həyata keçirib. Onun hazırki borcu 95080,28 AZN təşkil edir. Bundan əlavə Cavabdeh1 ona, xarici firmalarla yaxşı əlaqələri olduğunu (Rusiya Federasiyasının toyuq istehsalı və Qazaxıstan Respublikasının iri və xırda buynuzlu heyvanların satışı ilə məşğul olan), bu malların Azərbaycana gətirilməsindən ötrü ona məxsus olan Cavabdeh2-nin icazəsi olduğunu, ancaq pulu olmadığından onlardan mal alıb gətirə bilmədiyini qeyd etmişdir. Ona görə də xahiş etmişdir ki, iş birliyi qursunlar və yuxarıda göstərdiyi mallardan gətirib satışdan yaxşı qazanc əldə etsinlər. Eyni zamanda Pərviz ona toyuğun bir maşınının alış qiyməti ilə satış qiyməti arasındakı fərqi hesablamış və bildirmişdir ki, toyuğun bir maşınında minimum 5000 ABŞ dolları, iri buynuzlu danaların bir maşınında isə minimum 10000 ABŞ dolları məbləğində qazanc qalır. Pərvizin bir ədəd heyvandaşıyan 14 metrlik, 3 mərtəbəli yük maşını və heyvanları saxlamaq üçün Türkan qəsəbəsində ferması vardır. Bu məsələyə o tərəddüd etsə də, bu zaman bacısı oğlu İddiaçı3 ondan xahiş etmişdir ki, həmin işi atası və qohumları ilə birlikdə gedib həyata keçirə bilərlər. Ancaq bu işdə gərək ona maddi və mənəvi kömək olsun. O da buna razılıq vermişdir. Cavabdeh1 demişdir ki, şəriklik o deməkdir ki, şəriklərin hər biri şəriklik üçün müəyyən vəsait qoymalıdır. Bu zaman Pərviz ona bildirmişdir ki, hazırda onun maliyyə vəziyyəti çox pisdir, ancaq buna baxmayaraq özünə məxsus olan Quba balıq zavodunu özəlləşdirir və sənədləri əldə etdikdən sonra bu müəssisəni banka girov qoyaraq kredit götürdükdən sonra onun qoyduğu pul müqabilində eyni məbləği gələcək işləri üçün pay kimi qoyacaqdır. Pərviz bu işə şübhə ilə yanaşıldığını gördükdə bir maşın toyuq və iki maşın dana alıb gətirilməsindən ötrü qoyulmuş vəsaitin müqabilində mülkiyyət hüququ əsasında ona məxsus olan bir ədəd maldaşıyan xüsusi avtomaşını və yenə də onun mülkiyyətində olan Bakının Türkən kəndində müasir heyvandarlıq fermasını girov qoyduğunu bildirmişdir. Bundan sonra o, Cavabdeh1 onun təklifi ilə razılaşdığını, lakin aralarında bağlanacaq müqavilədən sonra Cavabdeh2-nin balansına alınacaq daşınar və daşınmaz əmlakların birgə şərikli mal olması barədə və Cavabdeh2-nin 50% payının ona məxsus olması barədə razılaşma imzalamalıdırlar. Pərviz buna razılıq vermiş və xx xxxxxxxx 2019-cu il tarixində aralarında 01 saylı “Müştərək iş birliyi müqaviləsi” bağlanmışdır. Bu müqavilənin imzalanmasından sonra Pərviz ona bildirmişdir ki, bir maşın toyuğun alınıb gətirilməsi üçün 60000 manat pul lazımdır. O, bu pulu Pərvizə verib Cavabdeh2-nin baş mühasibi X11 qəbzini və Cavabdeh2-nin bu məbləğə dair mədaxil orderini tələb etmişdir. Mühasib Bankın qəbzini ona vermiş, lakin mədaxil və məxaric orderi olmadığını bildirmişdir. Bu zaman Pərviz mühasibə göstəriş vermişdir ki, təcili Cavabdeh2-yə məxsus olan mədaxil və məxaric orderlərini sifariş etsin. Bundan bir gün sonra 03 sentyabrda Pəviz ona zəng vuraraq bildirmişdir ki, o, Qazaxıstanla danışıb, orada gözləyirlər və deyirlər ki, əgər dana almaq istəyirsinizsə təcili hesaba 20000 ABŞ dolları köçürün və 35000 ABŞ dolları da guya Qazaxıstana kimsə uçacaq, bu pulu nağd şəkildə ona vermək lazımdır ki, avans şəklində 2 maşın dananı əvvəlcədən alınaraq göndərilməsi təmin olunsun. O, 55000 ABŞ dollarını nağd şəkildə İddiaçı3la birlikdə Cavabdeh1 vermiş və ondan pula dair rəsmi sənəd və qəbz verilməsini tələb etmişdir. Bu zaman Cavabdeh2-nin baş mühasibi Ziyaddin Mirzəliyev ona bildirmişdir ki, pulları qəbul edirlər, lakin qəbzləri olmadığı üçün qəbz verə bilmirlər. Lakin qəbzləri olsa belə ona qəbz verə bilməyəcək, çünki o, bu müəssisənin nə təsisçisi, nə də rəhbər işçisidir. Bu zaman o, Pərvizə bildirmişdir ki, bu məsələni bilsəydi ona pul verməzdi .Ya onun pulu qaytarılmalı, ya da oğlu Cavabdeh2-nin təsisçisi və rəhbər işçisi kimi işə qəbul edilməlidir. Pərviz buna öz razılığını bildirmiş və Ziyaddin Mirzəliyevə göstəriş vermişdir ki, oğlunu Cavabdeh2nin direktor müavini vəzifəsinə təyin olunmasına dair xx xxxxxxxx 2019-cu il tarixindən əmrini hazırlasın. Həmin məsələ 3-4 günə və ya məksimum bir həftəyə yekunlaşmalı olduğu halda öz həllini tapmamışdır. Hesab edir ki, Cavabdeh1 onun yanında hüquqşunasına verdiyi tapşırıq onu inandırmaq, etibarını qazanmaq, birgə iş birliyindən imtina etməyinin qarşısını almaq məqsədini güdürdü. Münasibətlərin rəsmiləşdirilməsi istiqamətində Cavabdeh1lə oğlu Kənan Quluyev arasında xx xxxxxxxx 2019-cu il tarixində Razılaşma imzalandı. Həmin Razılaşmada göstərilmişdir ki, Cavabdeh2-nin 100% payı Cavabdeh1 məxsusdur, həmin payın 50%-i xx xxxxxxxx 2019-cu il tarixdən sonra Cavabdeh2-nin balansına qeydə alınacaq daşınar və daşınmaz əmlaklara münasibətdə X5 adına keçməyinə razıdır. X5 Cavabdeh2-nin direktor müavini təyin edilməsi barədə Cavabdeh1 əmr imzalamışdır. Bundan sonra Pərvizə xx xxxxxxxx 2019-cu il tarixdə 55000 ABŞ dolları pul vermişdir. Lakin sonradan görmüşdür ki, Cavabdeh1 onu aldatmış və Nizamnamədə bu məsələyə dair müvafiq dəyişikləri həyata keçirməmişdir. Bundan bir neçə gün sonra “xxxx” MMC-nin hesabı vergi orqanları tərəfindən bağlanıldığına görə Rusiya Federasiyasının balıq kompaniyası ilə əvvəlcədən müqavilə əsasında bağlanmış skumbriya balığının alğı-satqısına dair satıcıya pul köçürmələrini həyata keçirə bilməmişdir. Bu zaman satıcı təşkilat ona zəng vurararq bildirmişdir ki, əgər iki gün ərzində pul hesaba daxil olmasa o, həmin balığı başqasına satacaqdır. Məcburiyyət qarşısında qalıb o, Cavabdeh1 demişdir ki, “xxxx” MMC-nin alacağı malın dəyərini onun firmasının adından ödəsin, bunun müqabilində də həmin balıqdan ona lazım olan miqdarı topdan satış qiyməti ilə verəcək. O da buna razılıq verdi. Bu mal üçün o, şəxsi vəsaitindən Cavabdeh1 154432 ABŞ dolları vermiş və bu pul satıcının hesabına Cavabdeh2-nin adından köçürülmüşdür. Bundan əlavə 53200 manat gömrük rüsumu, 9200 dollar da Sankt-Peterburqdan malı gətirən 4 sürücünün haqlarını ödəmişdir. Cavabdeh1 bu malın alınması üçün bir manat da olsun pul xərcləməmişdir. Bu səbəblərdən də, balıq “xxxx” MMC-nin anbarına yığılmışdır. Bu pulların Cavabdeh2-nin adından onun tərəfindən ödənilməsini Cavabdeh1 öz imzası ilə təsdiq etmişdir. Pərvizin xeyri bu balıqla bağlı ondan ibarət olacaqdı ki, ona balıq digərlərindən daha ucuz qiymətə satılacaqdı, yəni balıq Pərvizə 1 kq 5.30 manata yox 4.90 manatdan satılmalı idi. Lakin Cavabdeh1 balığı 4.90 manatdan almaqdan imtina etmiş, satılıb-satılmamasından asılı olmayaraq hər kiloqramına 5.30 manatdan, 40000 manat pul istəmişdir. Cavabdeh1 həmin balığa şərik olmasını iddia etməsi əsassızdır. Bundan əlavə həmin qaydada o, Cavabdeh1 60000 AZN pul vermiş və o bu pulu Cavabdeh2-nin adından ödəyərək toyuq və toyuq filesi gətirtmişdir. Bunun üçün 8000 manat məbləğində gömrük haqqını da o ödəmişdir. Bu malların ümumi dəyəri 8691 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 artıq həm özünə çatmalı 2219 dolları, həm də ona məxsus 6473 ABŞ dolları pulu götürüb, qaytarmır və mənimsəyib. Baxmayaraq ki, toyuq və file hələ tam satılıb qurtarmayıb. Eyni zamanda mal-qaranın alınması üçün o, Cavabdeh1 55294 ABŞ dolları vermişdir (bu pulun bir hissəsi İddiaçı3 məxsusdur). Cavabdeh1 bu puldan 20000 ABŞ dollarını Cavabdeh2-nin adından Qazaxıstan Respublikasına köçürmüş, 35294 ABŞ dolları isə nağd şəkildə götürərək Qazaxıstan Respublikasına aparmış, oradan bir mal daşıyan avtomaşınla 71 baş diri iri buynuzlu mal (dana) gətirmişdir. Onlardan biri ölmüş, maşının sürücüsünün yol haqqını, yəni 400 ABŞ dollarını da o vermişdir. Bu heyvanların qidalanması üçün o, 2782 ABŞ dolları məbləğində yonca almış və yoncanı Cavabdeh1 fermasına qoymuşdur. Bu günə kimi həmin mallar Cavabdeh1dir və o, özü bildiyi kimi bu mallara dair sərəncam verir, satır, pulunu alır və ona bir manat da olsa nəinki xeyir, heç maya dəyərini də vermir. Pərviz İddiaçı3 zəng edərək bildirmişdir ki, fermada mallardan 18-nin satışı həyata keçiriləcəkdir və o da, gəlib malların tərəzidə çəkilməsində iştirak etsin. İddiaçı3 xalası oğlu X17 ilə birlikdə Türkana fermaya getmiş və fermada tərəzidə çəkilmədə iştirak etmişlər. Cəmi 18 baş dananın diri çəkisi 4540.5 kq olmuşdur. İddiaçı3 malın qiymətinin neçəyə olmasını soruşduqda və malın pulunu istəyəndə alıcı ona cavab vermişdir ki, malların pullarının hamısını Cavabdeh1 vermişdir. İddiaçı3 Cavabdeh1lə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu ona demişdir ki, “maşını saxlamayın, buraxın getsin, indi mən özüm ora gəlirəm”. Elə bu vaxt Qazaxıstandan göndərilmiş 73 baş danaları gətirən 2-ci mal daşıyan maşın da fermaya gəlmişdir. Bir az keçmiş Cavabdeh1 fermaya gəlmiş və İddiaçı3 ondan satılan 18 dananın maya dəyərini və onlara düşən gəlir payını istəmişdir. Əgər dananın diri çəkisinin hər kq-nın minimum qiymətinin 5.50 AZN olmasını nəzərə alaraq və bu qiymətdən hesablayaraq, satılmış malın ümumi qiyməti 24973.75 AZN təşkil etmişdir ki, bu pulları Pərviz ona verməli idi. Lakin Cavabdeh1 nə malın maya dəyərini nə də ki, gəlir payını vermişdir. Beləliklə də Cavabdeh1 onları aldatmış, etibarlarından suiistifadə edərək dələduzluq yolu ilə onlara çatmalı pulun hamısını mənimsəmişdir. Bundan əlavə sentyabr ayının sonunda o, Cavabdeh1 nağd şəkildə 18000 ABŞ dolları vermiş və o, bu pulu Cavabdeh2-nin adından Qazaxıstan Respublikasına köçürmüşdür. Oktyabr ayının əvvəlində oradan mal daşıyan avtomaşınla 73 baş diri iri buynuzlu mal (dana) gəlmiş, hansılar ki, bu günə kimi Cavabdeh1dir. Toyuq və file üçün o, Cavabdeh1 cəmi 40000 ABŞ dolları pul vermişdir. Bundan 33063.49 ABŞ dolları dəyərində malı o götürmüşdür. Dana üçün Cavabdeh1 cəmi 76182 ABŞ dolları (20 000+35 000+18 000+400+2782=76182) pul vermişdir. Toyuq və dana üçün cəmi 76182 ABŞ dolları + 40000 ABŞ dolları = 116183 ABŞ dolları pul vermişdir. Çəkdiyi xərclərdən götürdüyü malların qiymətini çıxdıqdan sonra Pərvizin ona 116183 ABŞ dolları - 33063 ABŞ dolları = 82944.45 ABŞ dolları borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 həmçinin ona gətirilən mallardan əldə olunacaq qazancdan onun payına düşən hissəni də ödəməlidir, o cümlədən 2 avtomaşın danadan (142 baş) 20000 ABŞ dolları xeyir əldə olunmalıdır. Bunun 50%-i 10000 ABŞ dolları ona çatmalıdır, toyuq və filenin satışından onun payıma düşən gəlir 2219 ABŞ dolları təşkil edir. Beləliklə dana və toyuq-filedən əldə olunan gəlirdən Cavabdeh1 ona cəmi 12219 ABŞ dolları pul verməlidir. Qeyd olunanlara əsasən Cavabdeh1 ona borcu 82944 ABŞ dolları + 2219 ABŞ dolları 10 000 ABŞ dolları = 95163 ABŞ dolları = 161777.1 AZN təşkil edir. Bundan başqa Cavabdeh2-nin və Cavabdeh1 “xxxx” MMC-yə 95080.28 AZN məbləğində müştərək borcu vardır. Bundan əlavə Cavabdeh1 müqavilənin şərtlərini dəfələrlə bir tərəfli qaydada pozduğuna görə 100000 AZN məbləğində cərimə ödəməlidir. Bununla əlaqədar xx xxxxxxxx 2019-cu il tarixində Cavabdeh1, Cavabdeh2-nin baş mühasibi Ziyafəddin Mirzəliyevin, Cavabdeh2-nin digər işçisi Adnan Orucovun və onun iştirakı ilə 1 saylı Akt tərtib edilmiş və aktda göstərilmişdir ki, Cavabdeh2-nin ona 244584 ABŞ dolları məbləğində borcu vardır. Bu akta bütün iştirakçılar tərəfindən imza edilmiş və Cavabdeh2-nin dairəvi möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə xx xxxxxxxx 2019-cu il tarixində Cavabdeh1 və onun iştirakı ilə 2 saylı Akt tərtib edilmiş və göstərilmişdir ki, Cavabdeh2-nin X7 244584 ABŞ dolları məbləğində borcu vardır. O, sonradan bilmişdir ki, Cavabdeh1 məqsədi onu aldadaraq etibarını qazanmaq, etibarından sui-istifadə edərək onu aldatmaq, pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Hər dəfə o, Cavabdeh1 pul verdikdə və o, bu pulu Cavabdeh2-nin bank hesabına köçürdükdə ondan kassa mədaxil orderini istəmişdir. Onlar isə cavab vermişlər ki, pulu verməyi barədə sənədlərə imza etmişlər, kassa mədaxil orderləri vergi orqanlarında qeydiyyata düşür və aparılmış əməliyyatlara görə vergi ödənilmir. İndi başa düşmüşdür ki, onların məqsədləri tək onu yox, həm də vergi orqanlarını aldatmaq olmuşdur. Cavabdeh1 onun pulları hesabına müxtəlif malları gətirdikdən sonra onları banklara və ayrı-ayrı insanlara nümayiş etdirərək, özünü etibarlı, ödəniş qabiliyyəti olan sahibkar kimi göstərərək, əlinə kredit və nağd şəkildə pul vəsaiti keçirmiş, bundan sonra ona bildirmişdir ki, onunla apardığı bütün razılaşmaları, danışıqları və müqavilələri tanımır. Həmçinin İddiaçı3 öz vəsaiti hesabına işçilər cəlb etmiş, fermanın içini sildirib-süpürtmüş, təmizlik yaratmış, yenə də öz vəsaiti hesabına santexniklər və elektriklər cəlb edərək fermaya su və elektrik xətləri çəkdirmişdir. 8-10 gün bu insanlar orada iş görüb, əziyyət çəkmişlər, lakin Cavabdeh1 onlara heç bir ödəniş etməmişdir. Halbuki bu gün o, onların gördükləri işin nəticələrindən bəhrələnir və xeyir götürür. Həmçinin öz əməllərini gizlətmək və müqavilələrə zidd əməllərini bilməyinin qarşısını almaq məqsədi ilə o, İddiaçı3 və onun fermaya çoban və gözətçi kimi qoyduğu adamları onunla razılaşdırmadan, əmək haqqlarını tam ödəmədən uzaqlaşdırmışdır. Həmçinin Cavabdeh1 firmasında tam yararsız halda köhnə “ZİL” markalı avtomaşın da olmuşdur ki, ondan aldığı pulun və İddiaçı3 vəsaiti hesabına həmin avtomaşını təmir etdirərək ondan soyuducu avtomaşın düzəltdirmişdir. Cavabdeh1 söz vermişdir ki, “X27 95 480 Yük” avtomaşınının sürücüsü kimi bu və soyuducu maşının yararlı vəziyyətə gətirilməsində əməyi olan Elxan Qocayevi qoyacaq, bunun üçün Xaçmaz rayonu DAM şöbəsindən “E” kateqoriyalı sürücülük vəsiqəsinin alınmasında ona köməklik göstərəcək. Lakin maşınlar yararlı hala salındıqdan sonra o, sözünə əməl etmədi və həmin şəxsi də aldatdı. Müqaviləyə əsasən Cavabdeh1 ona bu hərəkətlərinə görə 50000 AZN məbləğində cərimə də ödəməlidir. O, Cavabdeh1 bildirmişdir ki, bu hərəkətlərinə görə ondan məhkəməyə müraciət edəcək. Cavabdehin bu hərəkətləri nəticəsində “xxxx” MMC-yə və onlara xüsusi ilə külli miqdarda maddi, mənəvi və işgüzar nüfuzlarına əhəmiyyətli və təsirli zərər yetirilmişdir. Belə ki, o, Cavabdeh1lə iş birliyi qurmaq ərəfəsində “xxxx” MMC-nin işçiləri ilə iclas keçirmiş və onlara bu barədə məlumat vermişdir ki “xxxx” MMC-nin ərazisində mal-heyvan kəsilməsi üçün tam avadanlıqlı xüsusi yer var, malların kəsilməsi burada həyata keçiriləcək, onlara münasib qiymətə ət satılacaq, içalatlarını isə pulsuz yeməkxanalarında bişirtdirib işçilərə pulsuz yemək verəcəklər. Cavabdeh1 əməlləri nəticəsində o, işçilərə verdiyi sözü yerinə yetirə bilməmişdir. Cavabdeh1 verdiyi pulların çox hissəsini o, yaxın adamlarından borc almışdı ki, bu pulların hesabına mal gətirib satsın. Lakin göstərilən səbəblərdən aldıqları borcları qaytara və işçilərin əmək haqqlarını ödəyə bilmədiyindən, şəxsi əmlakını Banka girov qoyaraq 100000 ABŞ dollarını kredit götürmüşdür. İddiaçılar “xxxx” MMC, X13 və İddiaçı3 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişlər ki, 120 baş dananın bugünkü bazar qiymətinə uyğun satılaraq əldə olunan vəsaitin “xxxx” MMC-nin xəzinədarlığına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “xxxx” MMCnin və iddiaçı X6 xeyrinə, vurduqları əsas maddi zərərə görə 83552,28 manat, “Aqro İnvest”dən qalan borca görə 432668 manat, “xxxx” MMC-nin hesabına öz adından ödənilmiş 8000 manat, dəbbə puluna görə 50000 manat, işgüzar nüfuza vurulan zərər görə 10000 manat olmaqla, cəmi 584220,28 manat, həmçinin Cavabdeh1 və Cavabdeh2-nin müştərək qaydada iddiaçı X7 və İddiaçı3 vurduqları əsas maddi zərərə görə 221348,50 manat, mənəvi zərərə görə 20000 manat, uçot faiz dərəcəsi üzrə 17707,88 manat, dəbbə puluna görə 40000 manat, cərimə məbləğinə görə 100000 manat olmaqla, cəmi 399056,38 manat, X8 qanuna zidd əməlləri nəticəsində cavabdehlərə vurulmuş maddi və mənəvi zərərə görə ondan iddiaçıların xeyrinə maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “xxxx” MMCnin və iddiaçılara vurduqları zərərin ödənilməsinin “X27 95 480 YÜK” markalı, 99JR595 dövlət nömrə nişanı olan göy rəngli yəhərli dartıcı avtomobilinə, açıq boz rəngli 10JZ694 dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı, furqon tipli, menke xüsusi təyinatlı yarımqoşquya, qırmızı rəngli, “Ford” markalı **-JM-*** dövlət nişanlı soyuducu avtomaşına, ağ rəngli “ZİL” markalı, **-JM-*** dövlət nişanlı soyuducu avtomaşınına, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ünvanında yerləşən, ümumi sahəsi 2 ha torpaq sahəsində yerləşən fermada olan cavabdehlərə məxsus əmlaka, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən balıq zavodunun üzərinə və orada olan balıq məhsullarına, Xırdalan şəhəri, Binəqədi rayonu ərazisi, Binəqədi şossesi-5, ev 34 H ünvanında yerləşən ofisinin zirzəmisində yerləşən soyuducuda saxlanan balıqlar və digər mallara, Xırdalan şəhəri, Binəqədi rayonu ərazisi, Binəqədi şossesi-5, ev 34 H ünvanında yerləşən ofisində və onun zirzəmisində olan avadanlığa və digər əmlaka, cavabdehlərin adlarına olan Respublikanın bütün bank hesablarına, digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, məhkəmənin qəbul edəcək qərarı qanuni qüvvəyə minənədək cavabdehlərə bu əmlakları istənilən (alğı-satqı, bağışlama, girov qoymaq, ipoteka ilə yüklü etmək, icarəyə vermək və s.) üsullarla özgəninkiləşdirməsinə qadağan edilməsi, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisindən girişi-çıxışının məhdudlaşdırılması və Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi, onun barəsində cinayət işinin başlanılması haqqında xüsusi qərardad çıxarılması, araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişlər ki, X15 cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ünvanında, ümumi sahəsi 2 ha torpaq sahəsindəki fermada saxladıqları mübahisə predmeti olan olan 122 baş dananın satılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qadağan edilmişdir. X2 qeyd olunan mübahisədən xəbəri olmasına baxmayaraq xx.xx.2019-cu ildə Cavabdeh1 107744 manat ödəniş edərək 80 baş inək almışdır. Onun bu hərəkətləri nəticəsində iddiaçılara 10000 manat maddi zərər və 20000 manat mənəvi zərər dəymişdir. Buna görə də digər iddia tələbi ilə bərabər X4 qeyd olunan zərərin tutularaq iddiaçılara verilməsi, saxlanca verilmiş danaların və ya onların dəyərinin cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh K.K.Yusubov və qəbul edilmiş qətnamə ilə hüquq və mənafeyinə toxunulan şəxs S.Ö.Yusifova apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ondan “xxxx” MMCnin adına olan 432.668,43 manat borc tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi açıq-aşkar qərəzlilik və qanunsuzluğunun bariz nümunəsidir. Çünki qeyd edilən məbləğin qarşılığında “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə müxtəlif çeşiddə məhsullar verilmiş və bütün bunlar qaimə fakturalarda göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən xüsusuatla bağlı heç bir araşdırma aparmamışdır. Bundan başqa Cavabdeh2-dən 83552,28 manat məbləğində borc pul tutularaq “xxxx” MMC-yə ödənilməsi də tamamilə əsassız və qanunsuzdur. Əslində isə həmin həmin borc məbləği 70.000 manatdır. Həmin məbləğ isə birgə biznes fəaliyyətləri zamanı C.Y.Quluyevin əldə olunan gəlirindən ona yaranmış borcu ilə əvəzləşdirilmişdir. Ondan toyuq, ət daha və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manat məbləğində pulun tutularaq C.Y.Quluyevə verilməsi qanunsuzdur. Belə ki, həmin məbləğ həqiqətən də, iddia ərizəsində göstərildiyi kimi 244.584 ABŞ dolları olmuş, lakin düzgün hüquqi qiymət verilsəydi C.Y.Quluyevin də iş materiallarında mövcud olan əl yazısında həmin məbləğin 229.534,2 ABŞ dolları məbləğində malların onun anbarına təhvil verilməsi hissəsinə qiymət verilər və nəticədə qanuni qətnamə qəbul edilərdi. Cavabdeh2 tərəfindən gətirilmiş122 baş dananın alınaraq C.Y.Quluyevə verilməsi də tamamilə qanunsuz və əsassızdır. Çünki həmin 122 baş dananın nə onların müştərək iş birliyilə müqavilələrinə, nə C.Y.Quluyevin özünə, nə də “xxxx” MMC-yə heç bir aidiyyatı yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh K.K.Yusubov və qəbul edilmiş qətnamə ilə hüquq və mənafeyinə toxunulan şəxs S.Ö.Yusifovanın nümayəndəsi və vəkili X10 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili E.C.Azadəliyev apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar “xxxx” MMC-nin nümayəndəsi Yusifov Rövşən Mahmud oğlu apelyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 apelyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hisədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2014cü il tarixli əmrindən görünür ki, X13 həmin tarixdən MMC-nin direktoru təyin edilmişdir. “Satıcı” “xxxx” MMC-nin direktor X13 ilə “alıcı” Cavabdeh2-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, “satıcı” tərəfindən balıq və balıq məhsullarının “alıcı”ya satılması, “alıcı” tərəfindən isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “satıcı”ya ödənilməsi qaydaları tənzimlənmişdir. Belə ki, həmin mallar alındıqdan sonra 60 gün müddətində dəyəri ödənilməlidir. xx.xx.2019-xx.xx.2019-cu illəri əhatə edən X26-fakturalarından görünür ki, “xxxx” MMC Cavabdeh2-yə müxtəlif növ, cəmi 112672,74 manat dəyərində balıq məhsulları satmışdır. Cavabdeh2-nin direktoru Cavabdeh1 ilə X13 arasında xx.xx.2019-cu ildə 2029-cu ilə kimi Müştərək iş birliyi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 ortaq bizneslərinin həyata keçirilməsini X6 birgə qərarı ilə müəyyən edir. Bu biznes əməliyyatları iki tərəfin də razılığı ilə həyata keşirilə bilər. Həmin razılaşmalar yazılı surətdə olmalıdır. Cavabdeh2-nin təsisçisi Cavabdeh1 və X13 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həmin tarixə Cavabdeh2” MMC-nin X7 244584 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh2-nin təsisçisi Cavabdeh1, baş mühasib Mirzəyev Ziyəddin və aparıcı işçi Orucov Adnan tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X13 tərəfindən iş birliyi müqaviləsinin şərtlərinə əsasən skumbriya balıqları üçün 154290 ABŞ dolları, toyuq əti üçün 35000 ABŞ dolları, dana və qoyunu diri gətirmək üçün 60000 manat (35294 ABŞ dolları), dana və qoyunlar üçün əlavə xərclərə görə 20000 ABŞ dolları olmaqla, cəmi 244584 ABŞ dolları məbləğində pul Cavabdeh2-nin xəzinədarlığına ödənilmişdir. X13 və Cavabdeh1 tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, “Camal” “Pərvizə” toyuq file üçün xx.xx.2019-cu ildə 35295 ABŞ dolları, dana üçün xx.xx.2019-cu ildə 20000 və 18000 ABŞ dolları, skumbriya üçün xx.xx.2019-cu ildə 154290 və 14118 ABŞ dolları və həmin tarixdə 35000 ABŞ dolları pul vermişdir. xx.xx.2019-cu il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh2-nin 100%-lik pay təmsilçiliyi Cavabdeh1 məxsusdur. Bu payın 50%-lik hissəsini X5 adına keçirilməsinə razılıq vermişdir. “xxxx” MMC-nin xx.xx.2017xx.xx.2019-cu illər üzrə 62.1 saylı hesab kartoçkasından görünür ki, 608931,50 manat satış üzrə 176263,07 manat pul daxil olmuşdur. Qalıq məbləğ isə 432668,43 manat təşkil etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ünvanında, ümumi sahəsi 2 ha torpaq sahəsindəki fermada saxladıqları mübahisə predmeti olan olan 122 baş dananın satılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ə qadağan edilmişdir. X8 və digər şəxsin xx.xx.2019-cu ildə qeydiyyatdan keçmiş etiraz ərizəsindən görünür ki, onlar xx.xx.2019cu ildə Cavabdeh1 107744 manat ödəniş edərək 80 baş inək almışdır. Alğı-satqı zamanı X6 adamları fermada olmuş və o, qeyd olunan məsələ ilə əlaqədar mübahisə olduğunu görmüşdür. Bununla əlaqədar Cavabdeh1 ilə telefon əlaqəsi saxlamışdır. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddianın verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənmişdir. Mərkəzi bankın www.cbar.az elektron ünvanından görünür ki, xx.xx.2020-ci il tarixinə olan məzənnəyə əsasən 1,70 manat 1 ABŞ dolları müəyyən edilmişdir. İddianı qismən təmin edən birinci instnsiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 182.1, 385.1, 425, 441, 442, 567, 600.1, 1096.1, 1097.1, 1115, 1091.1-1091.2 və 1092.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Cavabdeh2 və “xxxx” MMC arasında xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək balıq və balıq məhsullarının alğı-satqısı nəticəsində Cavabdeh2 112672,76 manat dəyərəndə malları “xxxx” MMC-dən satın alımış və həmin məbləğdən cəmi 29120 manat ödəniş etmişdir. Cavabdeh2-nin iddiaçı “xxxx” MMC-yə olan 83552,28 manat məbləğində borcu ondan tutularaq iddiaçı şirkətin hesabına ödənilməlidir. Bundan başqa iddiaçı X6 müştərək iş birliyi müqaviləsinə əsasən toyuq əti gətirmək üçün Cavabdeh1 35000 ABŞ dolları pul verməsi və gömrük xərci üçün isə 4705 ABŞ dolları pul ödəməsi təqdim edilmiş aktlar və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Həmin maldan 2219 ABŞ dolları gəlir əldə etməli olduğu halda, hazırda 33062 ABŞ dolları dəyərində mal “xxxx” MMC-nin anbarında qalmışdır. Bu hesabla Cavabdeh1 hazırda həmin sövdələşmədən 8862 ABŞ dolları (35000+4705+2219-33062) (15065,4 manat) məbləğində pulu Camaləddin Quluyevə qaytarmalıdır. X16 skumbriya növlü balıq gətirilməsi üçün Cavabdeh1 məxsus olan Cavabdeh2 ilə razılığa gəlmiş, bunun üçün Cavabdeh2-nin adından həmin xarici kompaniyaya 154290 ABŞ dolları məbləğində pul ödənilmişdir. Bu faktı Cavabdeh1 tərtib etdiyi aktda təsdiqləmişdir. Lakin həmin əməliyyat aparılarkən gömrük xərcinə görə MMC-nin hesabına əlavə olaraq ödənilmiş 16200 manat pulun qaytarılmasından əsassız olaraq yayınmışdır. Eyni zamanda X19 Hacıyevə Qazaxıstan Respublikasından dana və qoyun gətirmək üçün bank vasitəsilə müxtəlif vaxtlarda 20000 ABŞ dolları (34000 manat) və 18000 ABŞ dolları (30600 manat), nağd şəkildə 60000 manat və əlavə xərclərə görə 20000 ABŞ dolları (34000 manat) məbləğində pul vermişdir. Həmçinin həmin malların gətirilməsi üçün əlavə olaraq, sürücüyə 400 ABŞ dolları (680 manat), yoncaya 2782 ABŞ dolları (4729,4 manat), yol pulu 88 ABŞ dolları (149,6 manat) və kabelə 250 ABŞ dolları (425 manat) məbləğində pul xərclənmişdir. Bununla yanaşı toyuq və dana üçün köçürmələr (4705+4705) 9410 ABŞ dolları (15997 manat) təşkil etmişdir. Həmin məbləğ ümumilikdə dolların manata məzənnəsi nəzərə alınmaqla 211846,4 manat təşkil edir. Qeyd olunan faktlar iş materiallarına əlavə edilmiş, tərəflər arasında təsdiq edilmiş aktlar, sadə yazılı formada imzalanmış qəbzlər, whatsapp danışıqları və digər təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsinin bununla əlaqədar irəli sürdüyü hallar şəxsi fikir və fərziyyələrindən ibarət olmuş, iddiaçı tərəfindən ödənilmiş pulların qaytarılmasını təsdiq edəcək hər-hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdehə məxsus şirkət tərəfindən alınmış malların bir hissəsinin indi də, iddiaçıya məxsus anbarlarda saxlanması həmin əməliyyatların yuxarıda göstərilən formada aparıldığını bir daha təsdiq edir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin qərardadı ilə üzərinə məhdudiyyət qoyulmuş 122 baş dana və ya onun dəyəri cavabdehlər X4 və Cavabdeh1 alınaraq Camaləddin Quluyevə verilməlidir. Belə ki, məhkəmənin iddianın təmini tədbiri barədə qərardadının olmasına baxmayaraq Cavabdeh1 107744 manat müqabilində 80 baş dananı X1 zamanı sonuncunun qeyd olunan mübahisədən xəbərdar olması onun vicdanlı alıcı hesab edilməsini istisna etmişdir. Belə ki, Kamran Yusubov verdiyi etiraz ərizəsində etiraf etmişdir ki, danalar alındığı zaman Camaləddin Quluyevin adamları buna mane olmağa çalışmışlar. Bu zaman ona məlum olmuşdur ki, qeyd olunan predmet üzrə mübahisə mövcuddur, lakin o, buna əhəmiyyət vermədən danaların alınmasını həyata keçirmişdir. Eyni zamanda Cavabdeh1 danaların satılmasından 107744 manat pul almasına baxmayaraq həmin pulun taleyi məlum deyildir. Belə ki, müştərək iş birliyi müqaviləsinə əsasən tərəflərin bir-birindən xəbərsiz iş görməsi onun tələblərinə ziddir. Lakin iddianın Kamran Yusubovdan maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 20000 manat tutulması hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, bununla əlaqədar hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materialları ilə müəyyən olur ki, 432668.43 manat dəyərində balıq məhsullarını “Aqro İnvest”in direktoru Cavabdeh1 “xxxx” tərəfindən X26-Fakturaları əsasında verilmişdir, lakin Cavabdeh1 bu malların qarşılığında “xxxx” MMC-yə hər hansısa məbləğdə mal verilməsini və həmin əməliyyatlara dair X26-Fakturaları məhkəməyə təqdim etməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qərardadından görünür ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh1 və Cavabdeh2-yə qarşı nəqliyyat vasitələrinin malların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, digər əmlaklarla yanaşı 296.428 manat məbləğində balıq və balıq məhsullarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən alınaraq «xxxx» MMC-yə qaytarılmasını tələb etmişlər. Sonradan tərəflər arasında barışıq əldə olunmuş, barışıq sazişi məhkəmənin qeyd olunan qərardadı ilə təsdiq edilmiş, tərəflər aralarında əmlak və mal bölgüsü aparılmış və bu bölgüyə əsasən «xxxx» MMC-nin saxlancına verilmiş müxtəlif növdə balıq və balıq məhsulları Cavabdeh1 mülkiyyətinə verilmişdir. Cavabdeh1 Cavabdeh2-nin “xxxx” MMC-yə borclu olmasını etiraf edib, bu borcun 83.552.28 manat məbləğində deyil 70.000 manat olmasını və bu borcun hansısa əməliyyatlarla əvəzləşdirilməsini göstərmişdir. Lakin bu barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Cavabdeh1 “xxxx” MMC-nin adına olan 432668,43 manat borc pul tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2-dən 83552,28 manat məbləğində borc pul tutularaq “xxxx” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pul tutularaq X7 verilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə saxlanması üçün müvafiq şəxsə təhvil verilmiş 42 baş dananın dəyəri Cavabdeh1 alınaraq X7 verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən və X4 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq X7 verilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçılar “xxxx” MMC-nin direktoru və təsisçisi X12 və İddiaçı3 ərizə ilə məhkəmə kollegiyasına müraciət edib, cavabdeh X9 qarşı iddiadan imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və həmin hissədə ayrıca qərardadla iş üzrə icraata xitam veriıməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuş, cavabdeh həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehə münasibətdə iş materiallarını hərtərəfli araşdırıb, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün heç bir əsas yoxdur, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş və Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən Cavabdeh1 aid hissədə apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.4, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsi qismən ləğv edilsin. Qətnamə - «Cavabdeh1 “xxxx” MMC-nin adına olan 432668,43 manat borc pul tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin, Cavabdeh2-dən 83552,28 manat məbləğində borc pul tutularaq “xxxx” MMC-yə ödənilsin, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pul tutularaq X7 verilsin, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə saxlanması üçün müvafiq şəxsə təhvil verilmiş 42 baş dananın dəyəri Cavabdeh1 alınaraq X7 verilsin, iddia qalan hissədə təmin edilməsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən və X4 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq X7 verilsin» hissəsində dəyişdirilmədən saxlansın. İddia tələbinə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə saxlanması üçün müvafiq şəxsə təhvil verilmiş 80 baş dananın dəyərinin X4 alınaraq X7 verilməsi hissəsində ayrıca qərardad çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-219/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-219/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver