Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-22/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Elman Gülbaba oğlu Rəhimov (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyəti və X2 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair Sumqayıt şəhər məhkəməsinin 2(060)-3894/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt şəhər məhkəməsinin 2(060)-3894/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyəti və X2 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim İ.A.Məmmədov). Qətnamədən iddiaçılar apelyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı1 cavabdehlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyəti və X2 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağ massivi 105/210 nömrəli 600,0 kv.metr torpaq sahəsi şorlar su xəttindən 30 metr kənarda yerləşməklə qanuni əsaslarla ölçülərək İddiaçı2 verilmişdir. M.X7 X6 xx.xx.1990-cı il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən «Şirvan-Yaşma» Kollektiv BY-nm üzvlüyünə qəbul edilmişdir. Sözügedən torpaq sahəsindən İddiaçı2 bağ bostan sahəsi kimi istifadə etmiş və nəzərdə tutulan torpaq vergisini ödəmişdir. Daha sonra İddiaçı2 ilə aralarında olan razılaşmaya əsasən 2004-cü ildən başlayaraq həmin torpaq sahəsindən istifadə etmiş, torpaq sahəsində ağaclar əkərək ağaclara aqrotexniki qulluq etmişdir. Torpaq sahəsinə su xətti çəkdirərək abadlaşdırmışdır. Sözügedən torpaq sahəsinə dair tələb olunan vergiləri Sumqayıt Bələdiyyəsinə vaxtlı-vaxtmda ödəmişdir. 2009-cü ildə sözügedən torpaq sahəsi tərəfindən 30 metr uzunluğunda daş hasara alınmış, torpaq sahəsinin girişinə dəmir darvaza qoyulmuşdur. Eyni zamanda torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evinin təməli tökülmüş və 1 metr 20 santimetr hündürlükdə tikinti işlərinə başlanılmışdır. 2004-cü ildən xx xxxxxxxx 2016-cı il tarixədək sözügedən torpaq sahənə dair hər hansı mübahisə olmamış, hər hansı şəxs həmin torpaq sahəsinin onun mülkiyyətində olması barədə iddia və mübahisə etməmişdir. xx xxxxxx 2016-cı ildə istifadə etdiyi torpaq sahəsinə dair 3000 ABŞ dolları pulu İddiaçı2 ödəmiş, o, da öz növbəsində ona torpaq sahəsini özəlləşdirməyə, sərəncam verməyə, satmağa, sənədləşdirməyə və sairə dair etibarnamə təqdim etmişdir. O, istifadəsində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Səhhəti ilə bağlı 4-5 ay bağ torpaq sahəsinə gedə bilməmişdir. Bağda olmadığı müddətdə istifadəsində olan torpaq sahəsinin daş hasarının 20 metrinin qeyriqanuni dağıdılmasını eşidib, maraqlananda ona məlum olmuşdur ki, bağ torpaq sahəmin 20 metr daş hasarı həqiqətən dağıdılmış, bağda olan 16 ədəd dəmir armaturlar, müxtəlif tikinti materialları, meyvə ağacları və sair oğurlanmışdır. Sumqayıt şəhər «Şirvan» Bağçılıq Cəmiyyətinin sədri kimi tanıdığı İnqilab adlı şəxs isə adı, soyadı və atasının adı məlum olmayan bir nəfər qadının bir neçə nəfərlə gəlib onun istifadəsində olan torpaq sahəsinin ona məxsus olmasını iddia etdiyini bildirmiş, daş hasarımın da həmin qadın və onunla gələn şəxslər tərəfindən dağıdıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin **********80 №-li, xx xxxxxxxx 2016-cı il tarixli cavab məktubundan isə mənə məlum oldu ki, Sumqayıt şəhəri, Yaşma bağ massivi, 105/210 saylı ünvanda yerləşən 600,0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə daxil olmuş ərizəsinə və əlavə edilmiş sənədlərə baxılmış və aparılan araşdırma zamanı torpaq sahəsinə baxış keçirilmiş və istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində «Şirvan Yaşma KBY 106» nömrəsi ilə başqa şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Bundan sonra o, həmin şəxsin kimliyinin müəyyən edilməsi, onun istifadəsində olan torpaq sahəsinin hansı əsasla, həmin şəxsin adına sənədləşdirilməsi və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə Sumqayıt şəhər Prokurorluğuna, 2 saylı Ərazi İdarəsinə, Sumqayıt Bələdiyyəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Yalnız bundan sonra rəsmi olmasa da, ona şifahi olaraq məlum olmuşdur ki, 106 nömrəli torpaq sahəsinin sahibi X3r və vərəsəlik əsasında torpağı atası Güləhmədov Məmmədovun adından öz adına sənədləşdirmişdir. Eyni zamanda istifadəsində olan torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən şorlar su xəttindən 30 metr kənarda ölçülərək İddiaçı2 təqdim edilsə də, S,Məmmədovaya məxsus torpaq sahəsi şorlar su xəttindən qanunvericiliyin tələbləri pozulmaqla 10 metr kənarda ölçülərək S. Məmmədovaya təhvil verilmiş, nəticədə mövcüd mübahisə yaranmışdır. Sumqayıt Bələdiyyəsinin 685 №-li, xx xxxx 2017-ci il tarixli məktubunda Sumqayıt Bələdiyyəsi ona «Şirvan» bağçılıq cəmiyyətinə müraciət etməyini tövsiyyə etmiş, Sumqayıt şəhər «Şirvan» Bağçılıq Cəmiyyətinin sədri kimi tanıdığı İnqilab adlı şəxs isə ona müraciət edərkən bütün sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təhvil verildiyini bildirərək ona hər hansı cavab verməmiş və onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etməyini tövsiyyə etmişdir. Bu günə qədər istifadəsində olan torpaq sahəsindən qeyd olunan səbəblərə görə heç bir iş görə bilmir. Yaranmış mübahisənin məhkəmədənkənar həlli mümkün deyildir. Hesab edir ki, məhkəmə tərəfindən Sumqayıt şəhəri Yaşma bağ massivində yerləşən 105/210 və 106/211 nömrəli torpaq sahələrinin ərazi sərhədləri müəyyən edilməli, X2 məxsus «Şirvan Yaşma KBY 106» nömrəli torpaq sahəsinə verilmiş çıxarış və texniki pasport ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri Yaşma bağ massivində yerləşən 105/210 və 106/211 nömrəli torpaq sahələrinin ərazi sərhədlərini müəyyən edərək X2 məxsus «Şirvan Yaşma KBY 106» nömrəli torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı2 da (səh.42) iddiaçı qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək göstərmişlər ki, birinci instansiya məhkəməsinin qətnamə əsassız və qanunsuzdur. Belə ki, Qasımov X5 Cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 N-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağından sahəsi 600 kv.m olan 105/210 N-li bağ sahəsi xx.xx.1991-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Lakin DƏDRX 2 saylı Ərazi İdarəsinin İddiaçı1 ünvanlandığı xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağ massivi 105/2010 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrə ilə qeydiyyata alınmış ərizəyə və əlavə edilmiş sənədlərə baxılmış, aparılan araşdırma zamanı, torpaq sahəsinə baxış keçirilmiş və onların faktiki istifadələrində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Şirvan Yaşma KBY 106” nömrəsi ilə başqa fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət reyestrindən RX seriyalı, N-0809400 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, Şirvan Yaşma b\y 106 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına dövlət reyestrində 128 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.Birinci instansiya məhkəməsi ətrafı araşdırma aparmadan onların cavabdehlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyəti və X2 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddianın təmini barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)-3894/2018 saylı, xx xxx 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3894/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRX-nin 2 saylı Ərazi İdarəsi, Sumqayıt şəhər “Şirvan” Bağçılıq Cəmiyyəti və X2 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinə verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.1990-cı il tarxili kitabçanın surətindən görünür ki, Qasımov X5 Cəmiyyəti üzvlərinin 1991-ci il tarixli 02 N-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və “Şirvan” Nasosnu Bağçılıq Cəmiyyəti bağından sahəsi 600 kv.m olan 105/210 N-li bağ sahəsi xx.xx.1991-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX 2 saylı Ərazi İdarəsinin İddiaçı1 ünvanlandığı xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağ massivi 105/2010 saylı ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxxxxxx 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə daxil olmuş və ********** nömrə ilə qeydiyyata alınmış ərizəyə və əlavə edilmiş sənədlərə baxılmış, aparılan araşdırma zamanı, torpaq sahəsinə baxış keçirilmiş və onların faktiki istifadələrində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində “Şirvan Yaşma KBY 106” nömrəsi ilə başqa fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət reyestrindən RX seriyalı, N-0809400 saylı çıxarışın surətindən müəyyən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, Şirvan Yaşma b\y 106 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına dövlət reyestrində 128 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iddiaçının vəsatətini və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq “Şirvan” bağçılıq cəmiyyət tərəfindən İddiaçı2 verilmiş 105/210 saylı torpaq sahəsinin və RX ******* saylı reyestrdən çıxarışla X1 adına xx xxxxx 2016-cı il tarixdə qeydə alınmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi. “Şirvan Yaşma" B/Y, 106 saylı 0,06 torpaq sahəsi naturada öz sərhədləri daxilində olması və torpaq sahələrinin hər hansı nöqtədə kəsişib-kəsişməməsinin müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ”16" sentyabr 2019-cü il tarixli,22150 saylı rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, “Şirvan” bağçılıq cəmiyyəti tərəfindən İddiaçı2 verilmiş 105/210 saylı torpaq sahəsinin texniki kadastr sənədləri, döngə nöqtələrinin koordinatları təqdim edilmədiyindən naturada öz yerində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən X1 RX ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə 0.047 ha hissəsi üst-üstə düşür. “Şirvan” bağçılıq cəmiyyəti tərəfindən İddiaçı2 verilmiş 105/210 saylı torpaq sahəsinin texniki kadastr sənədləri, döngə nöqtələrinin koordinatları təqdim edilmədiyindən, torpaq sahələrinin naturada öz yerlərində olmalarını müəyyən etmək mümkün olmadığından, torpaq sahələrinin hansı nöqtələrdə kəsişmələrini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı1 vəsatəti nəzərə alınaraq alternativ mütəxəssislər cəlb edilməklə iş üzrə əlavə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ”26" yanvar 2021-ci il tarixli, 10/3639 22150 saylı rəyində göstərilmişdir ki, “Şirvan” bağçılıq cəmiyyət tərəfindən İddiaçı2 verilmiş 105/210 saylı torpaq sahəsi naturada öz yerindədir. RX ******* saylı reyestrdən çıxarışla X1 adına xx xxxxx 2016-cı il tarixdə qeydə alınmış Sumqayıt şəhəri, Yaşma bağları ərazisi. “Şirvan Yaşma" B/Y, 106 saylı 0,06 torpaq sahəsi naturada öz yerindədir. Göstərilən torpaq sahələri bitişik olmaqla həmsərhəddir, kəsişmir.Yəni ekspert rəyləri ilə iddia tələbində göstərilən xususatlar öz təsdiqini tapmamışdır. Azərbayçan Respublikası MPM-nin 14.2-çi maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiacılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt şəhər məhkəməsinin 2(060)-3894/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci iddiacılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-22/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-22/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver