Məhkəmə qərarları › İş №2(105)-2230/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2230/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2230/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4028/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 22 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 aprel 2011-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün 250 manat olmaqla, hər ay cəmi 500 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 434/2014 saylı, 12 mart 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində 08 noyabr 2008- ci il tarixdə bağlanmış və 997 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 28 aprel 2011-ci il təvəllüdlü X3, 22 yanvar 2010-cu il təvəllüdlü X2 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə 14 yanvar 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra o, cavabdehlə qarşılıqlı razılğa gəldiyi üçün 27 may 2019-cu il tarixində ərizə yazaraq icra şöbəsində olan icra sənədinə xitam verilərək məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bununla da icra sənədinə xitam verilmişdir. Lakin bundan sonra cavabdeh qarşılıqlı razılaşmaya əməl etməyərək verdiyi vədləri yerinə yetirməmişdir. Nəzərə çatdırmaq istəyir ki, o, 2 azyaşlı övladları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. O, maddi cəhətdən əziyyət çəkir. Övladlarının çatışmayan tələbatını ahıl yaşlı valideynləri ödəyir. Cavabdeh maddi cəhətdən vəziyyəti isə olduqca yaxşıdır. Üumiyyətlə cavabdeh övladları ilə maraqlanmır və öz doğma övladlarına pul ödəmək istəmir. Lakin onun aliment almağa ehtiyacı var. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4028/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iş üzrə Cavabdeh barəsində axtarış elan edilməsi, qərardadın icrasının Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsi və qərardadın icrası barədə Abşeron rayon məhkəməsinə rəsmi məlumat verilməsi, 2(012)- 4028/2023 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır (X9). Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin yeri məlum olmadığından məhkəmə sənədlərinin təqdim edilməsi və cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Hazırda iddia tələbi “alimentin təyin edilməsi” olduğundan və məhkəmə iclasında iştirakı zəruri olduğundan onun barəsində axtarış verilməli və onun yeri müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılmalıdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 4028/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixində şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4028/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan 22 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 aprel 2011-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün 250 manat olmaqla, hər ay cəmi 500 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4028/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Cavabdeh barəsində axtarış elan edilmiş, 2(012)- 4028/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə onu dinləyib, iş materiallarını tədqiq edib hesab etmişdir ki, onun Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iş üzrə Cavabdeh barəsində axtarış elan edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin yeri məlum olmadığından məhkəmə sənədlərinin təqdim edilməsi və cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Hazırda iddia tələbi “alimentin təyin edilməsi” olduğundan və məhkəmə iclasında iştirakı zəruri olduğundan onun barəsində axtarış verilməli və onun yeri müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulan hallar nəzərə alnmadan və tələblərə əməl edilmədən Cavabdeh barəsində axtarış elan edilməsi və 2(012)- 4028/2023 saylı mülki iş üzrə icraatın dayandırılması haqqında qərardad qəbul edilmişdir. Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır. Cavabdehin axırıncı yaşayış ünvanı ünvan 1 qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclası və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin yeri məlum olmadığından məhkəmə sənədlərinin təqdim edilməsi və cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Maddənin tələbinə əsasən cavabdeh öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verməli olduğu halda verməmişdirsə məhkəmə bildirişi onun axırıncı ünvanına çatdırılır ki, bu zaman məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə cavabdehin axtarışı haqqında qərardad qəbul edərkən bu halı nəzərə almamışdır. Qeyd olunanlara əsasən, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4028/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-4028/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 4028/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından xx.xx.2023-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4028/2023 nömrəli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə icraatın dayandırılması qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 148.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi alimentin təyin edilməsi ilə bağlı olmaqla, baxılma müddəti 2 aydan çox olmamaqla müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mülki prosessual qanunvericilikdə hazırkı iddia tələbinin xüsusi kateqoriya işlərə aid olunmasına diqqət yetitmədən mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4028/2023 nömrəli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4028/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment təyin edilməsi tələbinə dair mülki iş sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar