Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2239/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi,X1, vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması vəəlavə xərcin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 30 iyun 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(059)-396/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdi (hakim B.R.Ələkbərov) Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən iddiaçının vəkili Nümayəndə bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən elektron Məhkəmə sistemi vasitəsilə apelyasiya şikayəti vermişdir. Lakin apelyasiya şikayəti iş materiallarına əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin iş materiallarına əlavə edilməsi üçün işin apelyasiya baxışından çıxarılaraq Siyəzən Rayon Məhkəməsinə göndərilməsini xahi etdi. Məhkəmə kollegiyasının iclasında idiaçı İddiaçı, nümayəndəsi X3 və Cavabdeh vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə kollegiyası iddiaçının vəkili Nümayəndə vəsatətini nəzərə alaraq hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)- 226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Siyəzən Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-226/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2239/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2239/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver