Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2247/2023 29.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsində alimentin və mediasiya xərcinin yarısını təşkil edən 25 manat pulun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1423/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim N.Musayev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh ünvanı Şamaxı rayonuna aid olduğundan, həmin mülki işə ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1270/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim F.Yaqubov). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Eyni zamanda həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İş materiallarında olan Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Mənzil İstismaq Sahəsinin xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-620/2023 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş seçim hüququndan istifadə edərək, iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2247/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2247/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver