Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2248/2020 29.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1/2011 saylı qərardadından Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimovun verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1/2011 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı cavabdehlər “xxxxxxxx” MMC-yə və qeyrilərinə qarşı müqavilənin hissəvi ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq sahibinə qaytarılması, torpaq sahəsinin mülkiyyət hüququna dair sənədlərin mülkiyyətçiyə qaytarılması və vurulan zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimovun verdiyi apelyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmiş və apelyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimov şikayət verərək qərardadın ləğv edilib, apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1/2011 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh xx.xx.2005-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiklərinə görə həmin müqavilənin tikilməli binanın 4-9-cu bloklara aid hissəsi ləğv edilməsi, xx.xx.2005-ci il tarixli müqavilə üzrə tikintisi başa çatmış binanın 1-3-cü blokların altındakı və ona zəruri olan torpaq sahələri çıxılmaqla qalan bütün torpaq sahəsi iddiaçıya qaytarılması, tikilmiş binanın 1-3-cü bloklarında olan, 1-ci blokun 6- 10-cu mərtəbələrindəki, hər birinin ümumi sahəsi 45,3 kv. metr olan 1 otaqlı 23, 27, 31, 35, 39 nömrəli, 2-ci blokun 1-10-cu mərtəbələrindəki, hər birinin ümumi sahəsi 70,28 kv.metr olan 2 otaqlı 58, 62, 66, 70, 74, 78, 82, 86, 90, 94 nömrəli, 2-ci blokun 11-ci mərtəbəsindəki ümumi sahəsi 112,71 kv.metr olan 3 otaqlı 100 saylı mənzillərin, 3 ədəd yeraltı qarajın iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin mülkiyyət hüququna dair sənədlərin mülkiyyətçiyə-iddiaçıya qaytarılması öhdəliyinin icra edilməsi Cavabdeh1 MMC-yə həvalə edilməsi, Cavabdeh1 MMC-dən əldən çıxmış fayda kimi 642 833 (altı yüz qırx iki min səkkiz yüz otuz üç) manat tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatı Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimov qətnamədən apelyasiya şikayəti və qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəyə baxdıqda onların məhkəmə iclasında iştirakını təmin etməmiş, buna görə də müddətin bərpa edilməsi sübut təqdim etmək hüququndan məhrum olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən şikayət verilməsi, qanunla məyyən olunmuş və ötrülmüş prosesual müdətin bərpa olunmsı barədə vəsatət verməməsi, qeyd olunan qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizədə götərilən hallar üzrlü hesab edilə bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-nin hazırki məhkəmə qətnaməsinin mövcudluğundan Abşeron rayon İcra və probasiya şöbəsinin qətnaməsinin icrasını təmin edilməsinin izahı ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etdikdən sonra xəbər tutub və həmin qətnamə yaxın günlərdə Cəmiyyətə tədim edilmişdir. Mövcud qətnamə Cavabdeh1 MMC barəsində qəbul olunmasına baxmayaraq və hazırda Cavabdeh1 MMC-nin baş mühasibi Ramin İbrahimov və digər vəzifəli şəxsləri barəsində Azəbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində aparılan cinayət işinin araşdırma nəticələrini nəzərə alınmadan Cavabdeh2 MMC-dən bu gün Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsinin icrasının tələb edilməsinin yolverilməzliyidir və qanuna ziddir. Bununla yanaşı apelyasiya şikayətinin geri aytarılması və apelyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizədən imtina edərkən nəzərə alınmayıb ki, Cavabdeh1 MMC Cavabdeh2 MMC-nin hüquqi varisi sayıla bilməz. Ona görə də Cavabdeh2 MMC-nin apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən apelyasiya şikayəti verilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli, 2(012)-1/2011 saylı qərardadı ilə qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 MMC-nin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən 2017-ci il tarixdə xəbərləri olmuş və həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bütün bunlar Cavabdeh1 MMC-nin hüquqi varisi olan Cavabdeh2 MMC-nin prosessual müddətin bərpa edilməsinə dair ərizəsində göstərdikləri dəlillər əsassızdır. Hazırda uzun müddət keçmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(012)-1/2011 saylı qətnaməsindən apelyasiya şikayəti verilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(012)-1/2011 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, həmin qərardad qüvvədədir və ləğv edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. X3 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh2 MMC-nin nümayəndəsi A.Ə.Abduləzimovun verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-1/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2248/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2248/2020
29.07.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver