Məhkəmə qərarları › İş №2(105)-2262/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2262/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2262/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X19 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsinin nümayəndəsi X10, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs DƏDRX-nin 2 saylı X13 nümayəndəsi X3, Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunun şəxs X1, onun vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsinə qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsindən qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunun şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Sumqayıt şəhər Corat Bələdiyyəsi arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab edilməsi qət olunmuşdur. (hakim İ.Mahmudov) Qətnamədən narazı qalan işə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunun şəxs X5 apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunlaSumqayıt şəhər Corat Bələdiyyəsi arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona torpaq sahəsi lazım olduğu üçün Sumqayıt şəhər Corat Bələdiyyəsinə müraciət etmiş, bundan sonra, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində 100 kv.metr torpaq sahəsi ayrılaraq ona təhvil verilmişdir. Təsdiq edilən qeydiyyat vəsiqəsinə uyğun olaraq ayrılmış torpaq sahəsini hasara almışdır. 2005-ci ildən həmin torpaq sahəsini əkib becərməyə və istifaəd etməyə başlamışdır. Lakin səhlənkarlıq səbəbindən torpaq sahəsinə dair sənədləşmə ilə bağlı müvafiq orqanlara müraciət edilməmişdir. Bu səbəbdən torpaq sahəsi barədə akt verilməmiş və müvafiq olaraq həmin sənəd olmadan torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alındıqdan sonra əmlakın strukturunda bəzi dəyişikliklər etmişdir. Bunun nəticəsində binanın ümumi sahəsi bir qədər artmışdır. Həmin dəyişikliklər nəzərə alınmaqla əmlak üzərində mülkiyyət hüquqlarının təkrar qeydiyyata alınması üçün müraciət etdik də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi hüquqların qeydiyyatını həyata keçirməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən İddiaçı ərizə ilə məhəkəməyə müraciət edərək, işə qiyabi icraatda baxılmasını xahiş etmiş, məhkəmə işə qiyabi icraat qaydasında baxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 1A ərazisində yerləşən, ümumi sahəsi 70.7 kv.metr olan fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi ilə birlikdə AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli reyestr çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin evi, evin keçmiş mülkiyyətçisi X7 dəyərini tam ödəməklə almışdır. Evi aldıqdan təqribən 1 il sonra 1 nəfər şəxs ona yaxınlaşaraq, İddiaçı olduğunu bildirdi və söylədi ki, bu ev vaxtı ilə ona məxsus olmuş, Quliyeva Səidə bu evi ələ keçirmişdir. Həmin şəxs söylədi ki, bu həyət 0.2 ha deyil, 60 kvadrat metr artıqdır. Həmin zəbt olunmuş ərazi ona məxsusdur. O isə həmin şəxsə bildirmişdir ki, torpaq sahəsini hasarın içində almışdır. 2020-ci ilin əvvələrində isə həmin şəxs yenidən ona yaxınlaşıb bildirmişdir ki, bu torpağa çıxarış almışdır və 60 kvadrat metr sahədə ev inşa etdirəcəkdir. Mübahisəli toprağı öz adına rəsmiləşdirmək üçün müvafiq qurumlara, o cümlədən AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin qurumdan ona xx.xx.2020-ci il tarixli cavab məktubu verilmişdir. Bu məktubla ona aydın olmuşdur ki, mübahisəli əraziyə dair qiyabi qətnamə mövcuddur. Bu qiyabi qətnamənin çıxarılması üçün nə prosessual, nə də maddi norma mövcud deyildir. İddiaçı iddiası heç nə ilə sübuta yetmir. Əgər nə vaxtsa Corat Bələdiyyəsi ilə İddiaçı arasında alqısatqı müqaviləsi olmuşdursa, bununla bağlı məhkəməyə müraciət etməyə nə ehtiyac var? Həmin müqavilənin 1 surəti Corat Bələdiyyəsində saxlanmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qiyabi qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunun şəxs X5, habelə onun vəkili və nümayəndəsi X8 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdilər. İş üzrə cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsinin nümayəndəsi X14 izahatında bildirdi ki, bələdiyyə İlqara torpaq satmayıb. Lakin həmin torpaqda İlqar ev tikib, Səidə həmin evi qoyub banka ipotekaya, borcunu qaytara bilmədiyi üçün hərraca çıxarılıb, Cavanşir də evi hərrac vasitəsilə alıb. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə verir. İddiaçı məhkəmə kollegiyasının iclasında bildirdi ki, qiyabi qətnamə qanunidir və apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Əlavə etdi ki, onun həmin 0,008 ha torpaq sahəsinə dair hüquqları həmin qətnamə əsasında artıq qeydə alınıb. Apelyasiya baxışı zamanı məhkəmə iclasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 2 saylı X13 nümayəndəsi X9 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan, torpaq sahəsinin xx xxxx 2005-ci il tarixli mövqe-planının lazımi qaydada təsdiq edilməmiş, legitimliyi əsaslı şübhələrdən kənar olmayan kserosurətindən görünür ki, həmin sənəd Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində 100 kv.metr torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmişdir. Yenə iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi, 108 A ünvanındakı 0.008 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Torpaq sahəsinə dair onun adına xx.xx.2017-ci il tarxidə plan və ölçü tərtib edilmişdir. Yenə də iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 1A ərazisində yerləşən ümumi sahəsi 70.7 kv.metr olan fərdi yaşayış evi 0.02 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2016-cı il tarixdən X1 mülkiyyətindədir. Fərdi yaşayış evinə dair onun adına xx.xx.2016-cı il tarxidə texniki pasport tərtib edilmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Əvvəla, iş materiallarından görünür ki, məhkəmə işin məhkəmə baxışını xx xxxxxx 2017-ci il tarixə, saat 11:00-a təyin etmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə, habelə üçüncü şəxsə heç bir məlumat verilməmiş, həmin tarixdə isə iddiaçının razılığına əsasən işə qiyabi icraat qaydasında baxmış və qətnamə qəbul etmişdir. Halbuki, AR MPM-nin 240-cı maddəsinə görə işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. Bu hallarda işə baxılması təxirə salınır. Qeyd edildiyi kimi, iş üzrə cavabdeh Corat Bələdiyyəsi, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin X17 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən MPM-də göstərilən qaydada xəbərdar edilməmişlər. Belə olan halda, işə baxan məhkəmə, məhkəmə iclasını təxirə salmaq əvəzinə işə qiyabi icraat qaydasında baxmış və mübahisə üzrə yekun nəticəyə gəlmişdir, halbuki yuxarıdakı normanın tələbinə görə bu, yolverilməzdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, İddiaçı onunlaSumqayıt şəhər Corat Bələdiyyəsi arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürmüşdür. Bu zaman iddiaçı bələdiyyə tərəfindən tərtib edilmiş xx xxxx 2005-ci il tarixli mövqe-plana istinad etmişdir. Məhkəmə isə iddianı təmin edərkən mübahisəli torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olduğuna əsaslanmış və qeyd etmişdir ki, Qasımov X12 şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində 100 kv.metr torpaq sahəsini əldə etmək üçün 2005-ci ildə Sumqayıt şəhər Corat Bələdiyyəsinə müraciət etmiş, bununla bağlı bələdiyyə xəzinəsinə pul ödəmiş, bələdiyyə isə həmin pulu qəbul etmişdir. Həmin dövrdə: isə bələdiyyə torpaqlarının torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə olunması nəzərdə tutulmamışdır. Məhkəmə ona görə də hesab etmişdir ki,bələdiyyə torpaqlarının hərrac və yaxud müsabiqə ilə satılmalı olması 2005-ci ildə bələdiyyə qərarı ilə torpaq sahəsini əldə etmiş İddiaçı münasibətdə şamili edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mübahisəli torpaq sahəsilə bağlı pul vəsaitinin İddiaçı tərəfindən Corat Bələdiyyəsinə ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. İddiaçı bu barədə nə iddia ərizəsində, nə də məhkəmə iclasındakı izahatında hər hansı fikir bildirməsə də, birinci instansiya məhkəməsi qiyabi qətnamədə bu barədə əsassız müddəa qeyd etmişdir. Qeyd edildiyi kimi iddia tələbinin əsasını iddiaçı ilə bələdiyyə arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması təşkil edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qanunverici müqavilənin bağlanması üçün tərəflərin ilkin razılaşmasından sonra tərəflərdən birinin yayınması halları üçün Mülki Məcəllənin 335-ci maddəsi ilə müəyən etmişdi ki, (AR-nın xx xxxx 2005-ci il tarixli Qanunu ilə xx xxxxxxxx 2005-ci il tarixdən çıxarılmışdır) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İstər iddiaçı, istərsə də iddianı təmin edən birinci instansiya məhkəməsi qeyd edilən normaya istinad etməsələr də, mülki qanunvericilikdə bununla bağlı digər birbaşa norma yoxdur. Həmin normanın əsas dispozitiv şərtinə görə isə normanın tətbiqi əqd üzrə tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması ilə şərtlənir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun (xx xxxx 2001-ci il tarixdə təsdiq olunmuşdur) 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanununun 6.8-ci maddəsinə görə torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. Şərh olunan normaların tələbindən də görünür ki, bələdiyyə qərarı olmadan torpaq sahəsinə görə onun büdcəsinə vəsait ödənilməsi qanunvericilikdə nəzərədə tutulmamışdır. İş materiallarında isə mübahisəli torpaq sahəsinin İddiaçı satılması barədə nə bələdiyyə qərarı, nə də torpağın dəyərinin bələdiyyə büdcəsinə ödənilməsi barədə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh bələdiyyənin nümayəndəsi bələdiyyə tərəfindən İddiaçı mübahisəli torpaq sahəsinin satılmadığını bildirdi. Digər tərəfdən iddiaçının əsas sübut kimi istinad etdiyi Bələdiyyə tərəfindən xx xxxx 2005-ci il tarixdə təsdiq edilməsi ehtimal edilən mövqe-planı məhkəmə kollegiyası mötəbər və legitim sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün İddiaçı subyektiv hüququ olmamışdır və onun tələbi daha öncə qeyd olunan maddənin müdafiəsi altına düşmür. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında cavabdehinonun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Məhkəməiclasındamüəyyənolunmuşdurki, iddiaçımübahisəlitorpaqsahəsiiləbağlıCorat bələdiyyəsininbüdcəsinəheç birvəsaitödəməmiş, bələdiyyə tərəfindən ona torpaq sahəsinin satılması barədə qərar qəbul edilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ Corat Bələdiyyəsi tərəfindən pozulmadığından o, hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə tələbini təmin edərkən məhkəmə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. X18 Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. X18 Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual vəmaddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzə----rə alaraq, işdə olan sübut---ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət--lən---dirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli,hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)- 1688/2017 saylı qiyabi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün X5tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçıtutularaqonaqaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və İddiaçıSumqayıt şəhər Corat Bələdiyyəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün X5tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Fuad Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar