Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2267/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2492/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2492/2020 saylı qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmsı qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2492/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı Abşeron rayonu 1 saylı notariat kontorunda tərəflərin arasında bağlanmış ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 35.1 və 39-cu maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respubliksı MPM-nin 35.1-ci maddəsinə uyğun gəlmədiyini əsas gətirərək iddia ərizəsinin cavabdehin qeydiyyatda olduğu yer üzrə verilməli olmasına istinad etmişdir. Halbuki o, mübahisələndirdiyi torpaq sahəsinin qanuni sahibidir, torpağa mülkiyyət hüququnun tanınması üçün torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən götürülməsini tələb edir. Belə olan halda iddia ərizəsi Azərbaycan Respubliksı MPM-nin 39-cu maddəsinin təsiri altına düşür, işə mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla bşqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə istinad edib ona məxsus torpaq sahəsinin özgənin qeyri-qanuni sahibliyindən tələb edilməsi halına istinad edib, ******* aylı, xx.xx.2019-cu il tarixli torpağın alqı-satqı müqaviləsinin dəyişdiriməsi, həmin müavilənin torpaqğın 0.04 ha hissəsinə aid edilməsinə dair iddia predmetinin mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmasına istinad edib hazırki tələbin də həmin məhkəmədə baxılmalı olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan hazırki tələbə də onun qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə aidiyyatının dəyişdirilməsindən imtina barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2492/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2267/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2267/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver