Məhkəmə qərarları › İş №2(105)-2270/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2270/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2270/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(034)-92/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(034)-92/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(060)- 3017/2016 saylı qətnaməsinə əsasən 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin 2016-cı ilin mart ayının 15-dən 2019-cu ilin avqust ayınadək olan 3317 manat borc məbləğinin uşaqlar onun himayəsində yaşadığı üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuş, birgə nikahlarından 12 iyul 2012-ci il tarixdə X6 və 30 avqust 2015-ci il tarixdə X9 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(060)-3017/2016 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il ləvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(060)-8962/2019 saylı qətnaməsi ilə 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il ləvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(060)-3017/2016 saylı qətnaməsi ilə 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 108 manat, cəmi 216 manat sabit pul məbləğində alimentin tutulması göstərilsə də, uşaqlar və cavabdeh 2016-cı ilin mart ayının 15-dən, 2019-cu ilin avqust ayınadək onun himayəsində bir ailə kimi yaşamışdır. Bu hal Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2020ci il tarixli, 3(060)-143/2020 saylı qərarı ilə də təsdiq edilir. Cavabdeh həmin iş üzrə izahatında bildirmişdir ki, o, uşaqlara ərzaq və geyim əşyaları almaqda köməklik göstərmişdir. Bundan əlavə o da öz izahatında bildirmişdir ki, atasına məxsus pensiya kartını cavabdehə vermiş və cavabdeh də öz növbəsində kartdan hər ay 80 manat pul çıxararaq istifadə etmişdir. Hazırda atasına məxsus pensiya kartı cavabdehdədir və kartı qaytarmaqdan imtina edir. Bundan əlavə, cavabdeh övladlarını ona göstərmir. O, bir ata kimi övladlarının təlim-tərbiyəsində cavabdehin günahı üzündən iştirak edə bilmir. Bütün bunlara baxmayaraq cavabdeh birgə qeyri-rəsmi ər-arvad kimi yaşadıqları dövrdə yaranmış aliment borcunu ondan tələb edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə tərəflərin nikaha rəsmi xitam verildiyi vaxtdan-2016cı ilin mart ayından 2019-cu ilin avqust ayının 15-dək faktiki olaraq birgə yaşaması halına istinad etsə də, qətnamədə onun həmin dövrdə uşaqların tələbatını ödəməməsi və uşaqların ehtiyaclarının ana tərəfindən qarşılanması nəticəsinə gəlmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi heç bir sübuta əsaslanmamışdır. Belə ki, faktiki nikahda olduqları dövrdə, yəni 2016-cı ilin mart ayından 2019-cu ilin avqustun 15-dək ailənin bütün təminat xərclərini o qarşılamışdır. Cavabdeh heç bir yerdə işləməmiş, uşaqlara qulluq etmişdir. O da ailənin bütün maddi təminat xərclərini təkbaşına qarşılamışdır. Cavabdeh heç bir sübut təqdim etmədiyi halda, məhkəmə uşaqların təminat xərclərinin məhz cavabdeh tərəfindən qarşılanması qənaətinə gəlmişdir. Halbuki o, günəmuzd işləyərək ailəsini saxlamışdır. O, ailəsinin təminat xərclərini qarşılamasını sübut edən şahidlərin dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bunu təmin etməmişdir. Hazırki halda, aliment borcu üzürlü səbəbdən, yəni faktiki nikah dövründə birgə yaşadıqları və uşaqların maddi ehtiyacı onun tərəfindən qarşılandığı üçün əmələ gəldiyindən o, həmin borcdan azad edilməlidir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləgv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləgv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(060)-3017/2016 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 30.10.2015-ci il tarixdən başlayaraq hər uşağa hər ay 54 manat olmaqla, ümumilikdə 108 manat sabit pul məbləğində alimentin alınıb 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(060)- 8962/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı qarşı alimentin məbləğinin artırılmasına dair iddiası qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3017/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı Cavabdeh xeyrinə 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin 18.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı aliment tələbi üzrə borcu 5092 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İşin mübahisə edilməyən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(060)-3017/2016 saylı qətnaməsinə əsasən İddiaçı 30.10.2015ci il tarixdən başlayaraq hər uşağa hər ay 54 manat olmaqla, ümumilikdə 108 manat sabit pul məbləğində alimentin alınıb 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(060)- 8962/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3017/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı Cavabdeh xeyrinə 12 iyul 2012-ci il təvəllüdlü X3 və 30 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinin mənasına görə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, aliment ödəməli şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, məhkəmə onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normarının tələblərini hazırki mübahisəli hüquq münasibətinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini uşaqların və cavabdehin 2016-cı ilin mart ayının 15-dən 2019-cu ilin avqust ayınadək onun himayəsində yaşaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi hallar üzrlü səbəb sayıla və onun aliment borcunu ödəməkdən azad edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Zəngilan Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(034)-92/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar