Məhkəmə qərarları › İş №2(105)-2284/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2284/2021

25.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2284/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli 2(067)-1523/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Xəlilov) İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddiaçıya Xaçmaz rayon məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsindən şikayət vermək hüququ, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz rayon məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsinə dair məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edərkən İddiaçı Cavabdehnə qarşı eyni tələb üzrə iddiasına dair Xaçmaz rayon məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(067)-997/2021 saylı qətnaməsinin olması, ddiaçının tələbinin yönəldiyi digər cavabdeh isə inzibati orqandır və inzibati orqana qarşı məcburetmə iddiasına dair mübahisənin mülki iddia qaydasında baxılmalı olan işlə bir icraatda baxılması yolverilməzliyi ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 153.2.1 maddəsinə istinad etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. (MPM-nin 153.2.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini cavabdeh Maliyyə Nazirliyinin inzibati orqan olması ilə əsaslandırmışdır. İddiaçı isə İddiaçı 2006-cı ildən başlayaraq əlilliyə görə 15 % əlavənin və əmək haqqından güzəştlə vergi tutulmalarının ödənilməsini xahiş edir ki, bu mübahisə də əmək münasibətlərindən meydana gəlmiş, mülki hüquq mübahisəsidir. Lakin birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən işin və mübahisənin qeyd olunan hallarına diqqət yetirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi iddiaçının iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli və onunla bağlı 01 iyun 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsi iddiaçının iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Xaçmaz rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar