Məhkəmə qərarları › İş №2(105)-2292/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2292/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2292/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 2 ünvanı olan Cavabdeh xx xxxx 2016-cı ildə anadan olmuş X2 və xx xxxxxx 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi, İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları - xx xxxx 2016-cı ildə anadan olmuş X2 və xx xxxxxx 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında, xx xxxxxx 2019-cu ildə anadan olmuş qızı X1 üç yaşı tamam olana kimi hər ay 100 manat miqdarında və ağır epilepsiya xəstəsi olan oğlu X2 müalicəsi üçün əlavə xərclər kimi hər ay 100 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh himayəsində olan azyaşlı uşaqları- xx xxxx 2016-cı ildə anadan olmuş A.Cavabdeh və xx xxxxxx 2019-cu ildə anadan olmuş M.Cavabdehnın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxxx 2014-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını xx xxxx 2015-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx xxxx 2016-cı ildə Adəm və xx xxxxxx 2019-cu ildə Məryəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan 2019-cu ilin iyul ayından cavabdehlə faktiki olaraq ayrılmışlar. Faktiki ayrıldıqları vaxtdan uşaqlar onun himayəsində olmaqla uşaqları özü saxlayır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh 2-ci qrup əlil kimi təqaüd alır və həm də Gəncə şəhərində qeyri-rəsmi yaşadığı arvadı ilə şərikli mağazada satıcı işləməklə qazanc əldə edir. Cavabdehin onun hazırda tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı vardır. 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. O, azyaşlı uşaqlarının qayğısına qalıb onları saxladığına görə heç bir yerdə işləyə bilmir, sosial yardım almır, başqa gəlir yeri yoxdur, odur ki, maddi vəziyyəti olduqca ağırdır. Digər tərəfdən oğlu Adəm Muxtarov ağır epilepsiya xəstəsidir, onun daimi və intensiz müalicələrə ehtiyacı vardır. Bunun üçün isə xeyli vəsait tələb olunur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar xx xxxxxxxx 2014cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənməklə nikahlarını xx xxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların iki uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan Tahirə ilə oğlu Natiq faktiki olaraq ayrılmışlar. O, 2-ci qrup əlilldir, ağır ürək əməliyyatı keçirmiş, dövlətin verdiyi 130 manat pensiyanı da uşağlara verməyə razıdır. Məhkəmə iddiaçının həqiqətə uyğun olmayan izahatını əsas götürərək hər uşaq üçün 125 manat sabit məbləğdə aliment təyin etmişdir. İş üzrə İddiaçı ondan qabaq başqası ilə ailəli olmuş, ondan ayrıldıqdan sonra 3-4 uşağı olan başqa kişi ilə ailə qurmuş və bildiyinə görə maddi imkanları da kifayət qədər yaxşıdır. O, hər ay 130 manat pensiya alır və onu uşaqlara verməyə razıdır. Onun başqa qazanc yeri yoxdur. Məhkəmə bütün sübutlara hüquqi qiymət verməmişdir. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə çıxardığı xx xxxx 2020-ci il tarixli 2(067)-1361/2020 saylı qətnaməsini ləğv edərək, iddianı qismən, yəni hər ay iki uşağın saxlanılması üçün 130 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəməyə etiraz göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirib, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən uşaqların saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər xx xxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx xxxx 2016-cı il tarixdə Adəm və xx xxxxxx 2019-cu il tarixdə Məryəm adlı uşaqları anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında DSMF-nun Xaçmaz rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli **********5 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Əmək və X3 Nazirliyi yanında DSMF-nun Xaçmaz Rayon şöbəsinin 2-ci qrup əlil kimi hər ayda 130 manat ömürlük pensiya alır. İşə əlavə olan epikrizlərin və müayinə sənədinin surətlərindən görünür ki, Cavabdeh ürək xəstəliyi (miokard) ilə əlaqədar əməliyyat olunmuş və müalicələr almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas turaraq müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 2-ci qrup əlil olmaqla, hər ay 130 manat pensiya alır və bundan başqa heç bir gəliri yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən qazancının yarısı tutulur. Lakin məhkəmə kollegiyası Cavabdeh ondan hər ay 130 manat aliment ödənilməsi barədə razılığı nəzərə alıb hesab edir ki, qətnamə dəyişdirilməlidir və cavabdehin etirafını nəzərə alıb, hər ay iki uşağın saxlanılması üçün 130 manat aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehn apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(067)-1361/2020 saylı qətnaməsi dəyişdirilsin. xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 2 ünvanı olan Cavabdeh xx xxxx 2016-cı il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 65 (altmış beş) manat olmaqla, cəmi 130 manat miqdarında aliment tutularaq İddiaçı verilsin, İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar