Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2313/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı1 və qeyrilərinə qarşı alğı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq hissəsinin ona tanıdılması, həmin ərazinin ona təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin oradan çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X11 arasında Siyəzən rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxxxx 2003-cü il tarixli xx xxxxxxx 1997-ci il tarixdən Siyəzən rayon Dərəzarat kəndində ailələrinə məxsus 87,59 hektar torpaq sahəsinin 50 hektarı barəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, qarşılıqlı iddia üzrə cavabdehlər X5, X6, X8, X2, X3 və X1 qarşı "alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq ərazinin müəyyən edilərək həmin əraziyə dair bölgü sxeminin təsbit edilməsi və bu ərazidə torpaq sahəsindən çıxarılma" tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda xx xxxxxxxx 2003-cü il tarixdə aparılmış 4Ə- 92 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə paylı mülkiyyət olan Siyəzən rayonu, Dərəzarat kənd sakinlərindən X11, X12, X13, X9, X10, Əkbərova (Cəfərova) Şahidə Ağaverdi qızı, Ağayeva (Cəfərova) Nahidə Ağaverdi qızı, İddiaçı1, Mahmudova (Cəfərova) Kifayət Ağaverdi qızı, X1 məxsus olmuş 87,59 hektar (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0001, Kod 30508038) sahəsinin 50,0 hektar hissəsinin onun satın almasını nəzərə alaraq alqı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq ərazinin müəyyən edilərək həmin əraziyə dair bölgü sxeminin təsbit edilməsi və bu ərazidən qarşılıqlı iddia üzrə cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda 4Ə-92 reyestr nömrəsi ilə təsdiqlənmiş xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə ona satılmış 50 hektar torpaq sahəsinin ona tanıdılması və təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mərhum X4 və X7 ölümü ilə əlaqədar (ölüm haqqında şəhadətnamələr iş materiallarına əlavə edilmişdir) qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər siyahısından çıxarılmaqla, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunda 4Ə-92 reyestr nömrəsi ilə təsdiqlənmiş xx xxxxxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə ona satılmış 50 hektar torpaq sahəsinin ona tanıdılması, təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri təmin edilməmiş, ilk iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4 özünə aid edilmiş, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilmiş, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 504,80 (beş yüz dörd manat 80 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 252,40 (iki yüz əlli iki manat 40 qəpik) manatı ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 müştərək qaydada, qalan 50 %-i, yəni 252,40 (iki yüz əlli iki manat 40 qəpik) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" X14 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN (bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB**********3701778107) hesablaşma hesabına keçirilməsiqət edilmişdir. (hakim B.Ələkbərov) Qətnamədən ilk iddia üzrə İddiaçı1 və qeyriləri apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qərardadı ərizə təmin edilmiş, apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apelyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qərardadı ilə şikayətin təmin edilməyərək, baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayəti müdafiə edərək əlavə etdi ki, qərardadın surətini aldığı gündən 10 gün ərzində müvafiq şikayət vermişdir. Belə olan halda şikayətə mahiyyəti üzrə baxılmalıdır. Ona görə də şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, xx xxxx 2020-ci il tarixdə işə baxılarkən Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə yəni xx.xx.2020-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, Cavabdeh1 həmin qərardaddan xx.xx.2020-ci il tarixdə şikayət vermiş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü olmasına dair məhkəməyə müraciət etməmiş, heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddətini müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Qeyd olunan maddənin tələbini pozaraq apellyasiya şikayəti verən şəxs tərəfindən müddətin axımını nəzərdə tutan halları nəzərə almadan, apellyasiya şikayətinin verilməsi müddətini müzakirə etmədən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş mübahisələndirilən qərardaddan şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və Siyəzən rayon Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı1 və qeyrilərinə qarşı alğı-satqı olunmuş torpaq sahəsinin müəyyən edilməsi, 87,59 hektar torpaq sahəsindən satılmış 50 hektarlıq hissəsinin ona tanıdılması, həmin ərazinin ona təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi və cavabdehlərin oradan çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-6/2020 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş, mübahisələndirilən qərardaddan şikayətin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2313/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2313/2020
04.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver