Məhkəmə qərarları › İş №2(105)-2315/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2315/2020

16.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2315/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X12, İddiaçı nümayəndəsi X11 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-889/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikiayəti üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-889/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsinin onun adına rəsmiləşdirilməklə yeni çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-889/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına dövlət reyestrindən xx.xx.2006-cı il tarixli **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair onun adına yenidən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X22 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı sonuncunun adına dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair onun adına yenidən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Quba rayon AİKnın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən xx.xx.2001-ci il tarixdə JN1669, KOD30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmiş və İddiaçı Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.23 ha torpaq sahəsi verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-478/2006 saylı qətnaməsi ilə cavabdehlər X16 arvadı, X6 oğlanları və qızı JN1668, İddiaçı, X26 və X7 JN1669, 1670, 1671, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə hər birinə verilmiş 0.23 ha torpaq sahələrini, X17 arvadı X13 uşaqları X27 və X14 JN1674, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə olan 0.90 ha torpaq sahəsi, X18 JN1675, KOD30319018 torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş 0.22 ha torpaq sahələrini, xx.xx.2001-ci il tarixdə X15 uşaqları, X28, X29 və X19 JN1677, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.90 ha torpaq sahəsi, X8, X9 və X10 JN1676, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.65 ha torpaq sahəsinin, X3, X1, X2 və X4 JN1678, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0.90 ha torpaq sahələrini xx.xx.2001-ci il tarixdə iddiaçı Cavabdeh satmalarına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilməsi, həmin torpaq sahələri Cavabdeh mülkiyyətinə verilməsi, JN1672, KOD30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum X5 məxsus və ondan miras qalmış 0.46 hatorpaq sahəsinə vərəsəlik üzrə iddiaçı Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 5.41.984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı Cavabdeh adına dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, **********12 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair onun adına yenidən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının ləğv olunmasını tələb etdiyi Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.23 ha torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli, **********12 reyestr nömrəli çıxarış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 X46 inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilib, iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-889/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsinin onun adına rəsmiləşdirilməklə yeni çıxarışın verilməsi tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar