Məhkəmə qərarları › İş №2(105)-2318/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2318/2022

02.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2318/2022 02.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-6639/2022 nömrəli qərardadından İddiaçı16 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-6639/2022 nömrəli qərardadı ilə (hakim Emin Abdullayev) iddiaçılar İddiaçı16, İddiaçı10, İddiaçı12, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı2, X1, İddiaçı15, İddiaçı9, İddiaçı6, İddiaçı14, İddiaçı1, İddiaçı18, İddiaçı5, İddiaçı3, İddiaçı13 cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayt Melioservis İdarəsinə qarşı boşdayanma vaxtı üçün əmək haqqının və işdənçıxarma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı16 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(060)-6639/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı16, İddiaçı10, İddiaçı12, İddiaçı4, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı2, X1, İddiaçı15, İddiaçı9, İddiaçı6, İddiaçı14, İddiaçı1, İddiaçı18, İddiaçı5, İddiaçı3, İddiaçı13 birgə qaydada iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdənçıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun onların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayt Melioservis İdarəsindən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ İddiaçı16 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 29 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, və İddiaçı9 məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq mediasiya qurumuna müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak etmələri barədə iş materiallarına sənəd əlavə etmişlər. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasına səbəblərdən biri kimi iddiaçıların iddia ərizəsinin xahiş hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdənçıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun iddiaçıların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsini xahiş etsələr də, lakin onlar tələb etdikləri əmək haqqının və işdənçıxarma müavinətlərinin məbləğini iddia ərizəsində qeyd etmədiklərini, qeyri-müəyyən bir tələb irəli sürdüklərini qeyd etmişdir. İddiaçılar iddia tələbində xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdən çıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun iddiaçıların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi iddia tələbində boşdayanma vaxtı üçün əmək haqqının və işdənçıxarma müavinətinin hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsini xahiş edirlər. İddiaçıların boşdayanma vaxtı üçün əmək haqqının və işdənçıxarma müavinətinin hesablanıb müəyyən edilməsi xüsusi bilik tələb edir və müvafiq ekspertizalar keçirilməsi yolu ilə müəyyən edilməlidir. Bununla bağlı vəsatətləri var və məhkəmə hazırlıq iclasında təqdim olunacaqdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 149.1, 149.2.2, 149.2.3, 152.1.1, 152.16-1-ci madələri və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1.4, 28.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olduğu üçün tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl müvafiq mediasiya qurumuna müraciət etməli idilər. İddiaçılardan İddiaçı16 və İddiaçı9 ilkin mediasiya sessiyasında iştirak etmələri barədə iş materiallarına hər hansı bir sənəd əlavə etməmişlər. Eyni zamanda iddiaçılar iddia ərizəsinin xahiş etdi hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının və işdənçıxarma müavinətlərinin qanunvericiliyin tələbinə uyğun iddiaçıların hər birinə münasibətdə hesablanıb müəyyən pul məbləğinin cavabdehdən alınıb verilməsini xahiş etmişlər. Lakin onlar tələb etdikləri əmək haqqının və işdənçıxarma müavinətlərinin məbləğini iddia ərizəsində qeyd etməmiş, qeyri-müəyyən bir tələb irəli sürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Prosessual Məcəlləsi Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddələr 149.2.2 və 149.2.3. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəlləsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6-1.). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı16 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-6639/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar