Məhkəmə qərarları › İş №2(105)-2325/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2325/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2325/2022 20.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi tələbinə dair» iddia ərizəsinə və Cavabdeh İddiaçı qarşı «alimentin, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması tələbinə dair» qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı «alimentin, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, tərəflərin birgə rəsmi nikahından doğulmuş 05 iyul 2012-ci il təvəllüdlü X1, 05 sentyabr 2014-cü il təvəllüdlü X3 və 17 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2012ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 20 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində və Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir (hakim Gülsarə İmanova) Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrini ona aydın olduğunu, bu səbbədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrini ona aydın olduğunu, bu səbbədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş ərizələri nəzərə alaraq hesab edir ki, iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtina etmə barədə ərizələri təmin edilməli, iddiadan imtinalar qəbul edilməklə Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbləri üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbləri üzrə işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Cavabdeh qarşılıqlı iddiadan imtinası qəbul edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi tələbinə dair» və Cavabdeh İddiaçı qarşı «alimentin, qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması tələbinə dair» qarşılıqlı iddia ərizəsinə dair işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar