Məhkəmə qərarları › İş №2(105)-2335/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2335/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2335/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(060)-5636/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(060)-5636/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99472 Xiaomi Redmi 9A, İMEİ kodu **********22264 Xiaomi Redmi 9A markalı telefonlar üçün 579,6 (beş yüz yetmiş doqquz manat, altmış qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Cavabdeh apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(060)-5636/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99472 Xiaomi Redmi 9A markalı telefon üçün ödənilməli olan 388.80 manat borc hissəsində iddia tələbinin təmin edilməməsi , İMEİ kodu **********22264 Xiaomi Redmi 9A markalı telefon üçün 190.80 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99472 Xiaomi Redmi 9A, İMEİ kodu **********22264 Xiaomi Redmi 9A markalı telefonlar üçün 579.6 (beş yüz yetmiş doqquz manat, altmış qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən İMEİ kodu **********99472 Xiaomi Redmi 9A markalı telefonun xx.xx.2021-ci il tarixdə servisə qaytarılması ilə bağlı məhkəməyə məlumat verməmişdir . Həmin məktubdan da görünür ki , xx.xx.2021-ci il tarixində İMEİ kodu **********99472 Xiaomi Redmi 9A markalı telefon yaranmış nasazlıqla bağlı olaraq tərəfindən servisə qaytarılmış və həmin tarixdən də hazırki günədək servisdədir. Hazırda onda olmayan telefona görə iddiaçının ödəniş tələb etməsini əsassız və qanunsuz hesab edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, ondan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99472 Xiaomi Redmi 9A markalı telefon üçün ödənilməli olan 388.80 manat borc hissəsində iddia tələbinin təmin edilməməsi, Cavabdeh İMEİ kodu **********22264 Xiaomi Redmi 9A markalı telefon üçün 190.80 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qət olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki cavabdeh xx.xx.2020-ci il tarixdə iki ədəd telefon götürmüş, təxminən ay yarım müddətdən sonra cavabdeh ödəniş edə bilmədiyi üçün telefonun birini geri qaytarılmışdır. Cavabdehə izah edilmişdir ki, telefonun geri qaytarılması üçün mağazaya yaxınlaşıb 28 manat ödəniş etməlidir. Cavabdeh həmin məbləği ödəmədiyindən telefon onun adından çıxarılmamışdır. Cavabdeh digər telefonun da ödənişlərini gecikdirmişdir. Bu barədə cavabdehə zəng edildikdə bacısının öldüyünü bildirmiş, ona vaxt verilməsini xahiş etmiş, cavabdeh bundan sonra da ödənişləri etməmiş, ona zəng edilsə də telefonu bağlı olmuşdur. Qaytardığı telefon hazırki gündə də servisdədir. Hazırki gündə cavabdeh istəyirsə telefonu gedib götürə, eləcə də 28 manat ödənişi etməklə telefonu adından çıxara bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5636/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22098452 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********99472 Xiaomi Redmi 9A, İMEİ kodu **********22264 Xiaomi Redmi 9A markalı telefonlar almışdır. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə 579.6 manat məbləğində ödənilməmiş borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, cavabdehin izahatı ilə də müəyyən edilir ki, iki ədəd telefon almış, bir müddət sonra maddi imkanı olmadığından bir telefonu geri qaytarmış, qaytardığı telefonun adından çıxarılması üçün 28 manat ödəniş etməli olduğu ona izah edilmiş, cavabdeh həmin ödənişi etməmiş, həmçinin digər telefona görə də aylıq ödənişlər vaxtında icra etməmiş, yekunda borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh ödəniş etməməsini göstərməklə iddiaçı təşkilata borclu qalmasını etiraf etmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan və təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulması barədə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh mağazaya borclu qaldığını, ödənişləri tam etmədiyini, digər telefonu da maddi imkanının aşağı olması səbəbindən geri qaytarsa da, öhdəliyin adından çıxarılması üçün müvafiq ödənişi etməməsini bildirmişdir. Bu səbəbdən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçı təşkilatın nümayəndəsi cavabdehin istədiyi zaman telefonu götürə biləcəyini, istərsə də öhdəliyin adından çıxarılması üçün müvafiq ödənişi edəcəyi təqdirdə öhdəliyin adından silinəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(060)- 5636/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, e-2(060)-5636/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar