Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-234/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, maddi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmünün maddi sübuta aid hissədə dəyişdirilməsi, hökmdə “Mitsubhishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X12 qaytarılsın” ifadəsinin “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilməsi, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılması, maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, mülki iddiaçı X2 apelyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, 17 noyabr 2017-ci il tarixli Bakı şəhərində bağlanmış "nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən X18 90-BA891 qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli, “Mitsubishi Pajero” markalı avtomobili İddiaçı 17000 manata satmışdır.
2. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3194/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsi, X4 apellyasiya şikayəti təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4092/2021 saylı iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı X12 və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin istifadəyə yararlı vəziyyətdə ona qaytarılması” tələbinin təmin olunmaması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4544/2022 saylı qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə X10 adına qeydiyyata alınmış, Cavabdeh saxtalaşdırdığı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı satılmış, Abşeron Rayon Məhkəməsinin 16 may 2019- cu il tarixli hökmünün icrası qaydasında xx.xx.2019-cu il tarixdə yenidən X10 adına qeydiyyata alınmış, X1 məhz Rasim Bağırovun mülkiyyətində olmuşdur.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspert rəyin surətindən görünür ki, mübahisəsi gedən avtomobilin qiymətinin 22000 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24000 manat pulun və 162 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Xələfov X20 Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 49.3 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzaların qismən toplanılaraq Cavabdeh qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh həbsdə saxlanıldığı 10 ay 15 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və Cavabdeh məhkəmə zalında həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-nin Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan “Mitsubishi Pajero” markalı, **-BA-*** və “BMW 525İ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbslərin götürülməsi, “Mitsubishi Pajero” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X12, “BMW 525İ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə faktiki sahibi X13 qaytarılması, iş üzrə maddi sübut kimi DİN-in X28 İdarəsində saxlanılan 06 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 1S-702605 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X10 adından Cavabdeh adına rəsmilədirilmiş etibarnamənin, 06 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E24870 nömrə ilə ƏN-İ 684551 nömrəli blankda X10 adından Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S702605 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamənin və 07 noyabr 2017-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun reyestrdə 7E-24871 nömrə ilə ƏN-İ 684552 nömrəli blankda X11 adından Cavabdeh adına rəsmiləşdirilmiş etibarnamənin surətinin Bakı şəhəri 48 saylı notariat kontoru tərəfindən reyestrdə 1S-702528 nömrəli ilə qeyd edilib təsdiq edilməsi barədə etibarnamələrin cinayət işinə tikilməsi, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X8 və X5 təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi, mülki iddiaçı X10 mülki Cavabdeh qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X10 tələbdən imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 233 manat 52 qəpiyin təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, hökmün icrasının Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü ilə iddiaçının mülkiyyətində olan 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 90MA754 olan, “Mitsubishi Pajero” minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan X12 qaytarılmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmündən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsində işə baxılarkən X18 məhkəmə iclaslarına gəlməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(105)314/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermiş AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə işin müəyyən edilmiş halları: İddiaçı qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin X14 mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq X10 qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 qaytarılmışdır. İlkin və apellyasiya instasiyası məhkəmələrinin mübahisə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi Baxışov RasimYusif oğluna qaytarması qanunsuzdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 17 noyabr 2017-ci tarixli "Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X18 **-BA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömərli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17.000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırki iş üzrə X18 ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan avtomobil heç bir hüquqi əsas olmadan Rasim Baxışova qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı iş üzrə maddi sübut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X12 qaytarılması və cinayət işi üzrə müİki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı Baxışov RasimYusif oğlunun mülki Cavabdeh qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı Baxışov RasimYusif oğlunun mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, İş 1(105)-230/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178..2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X12 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apelyasiya şikayəti təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, İş1(105)- 230/2020 saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-230/2020 saylı, 09 oktyabr 2021-ci il tarixli qərarı üzrə X9 maraqlarına toxunan şəxs hesab edilmiş, X9 tərəfindən verilmiş kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmış, X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən təqdimatın verilməsi məsləsinin həll edilməsi üçün müraciət etmək hüququ izah edilmişdir. Lakin, hazırkı vaxtadək belə bir təqdimat verilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı bu günədək qüvvədədir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü hazırda qanuni qüvvədədir. İddiaçı cavabdehlər X12 və X6 qarşı 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı 99TA891 olan “Mitsubishi Pajero” minik avtomobilinin alqısatqısı haqqında cavabdehlər X18 və X9 arasında xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və 2007-ci il buraxılışlı, qara metallik rəngli, mühərrik nömrəsi: 6G72TH2240 olan, ban nömrəsi: JMYLRV93W8J709035 olan dövlət qeydiyyat nişanı ** TA *** olan, “Mitsubishi Pajero” minik avtomobilinin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə X3 alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş 2007-ci il buraxılışlı, 99TA891 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı barədə X18 və X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, 2007-ci il buraxılışlı, ** TA *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik avtomobil X3 alınaraq İddiaçı verilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən iddianın təmin edilmədiyi hissədə iddiaçı, iddianın təmin edildiyi hissədə isə cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)- 3194/2022 saylı qətnaməsində göstərilmişdir ki, cavabdeh X9 avtomobili 24.000 manata alarkən avtomobilin mübahisəli olduğunu Rasim Baxışovun həmin avtomobili satmaq səlahiyyətinin olmadığını bilmədiyindən vicdanlı alıcıdır. Ona görə də alqı-satqı müqaviləsi ləğv edilə bilməz, lakin İddiaçı cavabdeh X12 qarşı iddia qaldırmaq hüququna malik olduğu izah edilmişdir. AR Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(102)-4544/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)- 3194/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı vurulmuş zərərin ödənilməsini Cavabdeh tələb etmək hüququna malikdir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh törətdiyi cinayət nəticəsində İddiaçı zərər dəymişdir. Cinayət işi üzrə hökm və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilin qiymət 22000 manat olmuşdur. Lakin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə mülki icraat zamanı Bağırov Comərd bildirmişdir ki, həmin avtomobili hazırkı iş üzrə cavabdehdən 24000 manata almışdır. Göstərilənlərə əsasən Cavabdeh 24000 manat pulun və 162 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, avtomobil satışı ilə məşğuldur. Mübahisələndirilən avtomobili aldı və müəyyən təmirlər edəndən sonra avtomobilin motorunda nazaslıq yarandı. Belə ki, motor yararsız vəziyyətdə idi. Avtomobilin xərcləri 5000 manatdan artıq oldu. Bu problemlər həll olunduqdan sonra bəlli oldu ki, avtomobil başqasına məxsus olmuşdur. 2017-ci ildən bu günə kimi avtomobilin problemləri ilə məşğul olmuşdur. 2019-cu ildə avtomobilin təxmini qiyməti 20.000 – 22.000 manat təşkil edirdi
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pulun, habelə ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun 141 (bir yüz qırx bir) manatının alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 162 (bir yüz almış iki) manat məbləğində dövlət rüsumunun qalan 21 (iyirmi bir) manatının isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə İddiaçı məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh, yaxud Rasim Baxışova (əgər, o da iddiaçıya zərər vurulmasında iştirak etmişdirsə və ya əsassız varlanmışdırsa) qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahib olduğu müəyyən edilmişdir. Bundan əlavə, göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Göründüyü kimi “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh saxtalaşdırdığı etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə 17000 manata İddiaçı satılmışdır. İddiaçı cavabdehin ona 24000 manat məbləğində ziyan vurulmasını bildirsə də, ziyanın məhz həmin məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin şahidin iddiaçı ilə qohumluq münasibətində olmasına (həyat yoldaşı), həm də onun verdiyi ifadə işin araşdırılması zamanı digər sübutlarla öz təsdiqini tapmadığına görə iddianın təmin olunması üçün əsas hesab oluna bilməz.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1092, 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 76.2, 82.3, 82.4, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiasının təmin edilmədiyi hissədə qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)- 151/2019 saylı hökmü ilə onun mülkiyyətində olan 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-MA-*** olan, “Mitsubishi Pajero” minik avtomobili həmin cinayət işində zərərçəkmiş şəxs olan X12 qaytarılmışdır. Həmin hökmün 7-ci səhifəsinin 2-4-cü paraqrafında göstərilmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2018-ci il tarixli 19477 saylı rəyi ilə müəyyən edilmişdir ki, hazırda mübahisəsi gedən 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, qara rəngli avtomobilin 2017-ci ilin noyabr ayına olan qiyməti 22000 manatdır. Ona görə də, həmin hökmdə dələduzluq yolu ilə mənimsənilmiş avtomobilin dəyəri 22000 manat olmuşdur. O, Abşeron Rayon Məhkəməsinin 16 may 2019cuil tarixli, 1(012)-151/2019 saylı hökmündən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən X18 məhkəmə iclaslarına gəlməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 1(105)-314/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2020-ci il tarixli qərarı dəyişdirlmədən saxlanılmışdır. Kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(102)-240/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş və iş baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
13. AR Ali Məhkəməsinin 11 mart 2020-ci il tarixli qərarı ilə işin müəyyən edilmiş halları - Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qarşı qaldırılmış hər hansı bir iddianın olmadığı, avtomobilin X14 mülkiyyətində olmasını təsdiq edən texniki pasportun mübahisələndirilməsi və həmin sənədin ləğv edilməsinə dair heç bir hüquqi əsas olmadığına baxmayaraq, aşağı instansiya məhkəmələri tərəfindən əsassız olaraq X10 qeyd olunan avtomobilin faktiki sahibi olması nəticəsinə gəlinmiş və iş üzrə maddi sübut olan “Mitsubishi Pajero” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin və apellyasiya instasiyası məhkəmələrinin mübahisə predmeti olan maşını həmin əşya üzərində heç bir hüquqi əməliyyat edilməmiş kimi X12 qaytarması qanunsuzdur.
14. Qeyd olunduğu kimi, 17 noyabr 2017-ci tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı" müqaviləsindən görünür ki, X18 **-BA-*** qeydiyyat nişanlı, 2007-cı il buraxılışlı, qara metallik rəngli, JMYLRV93W8J709035 ban nömrəli "Mitsubishi Pajero" markalı avtomobili İddiaçı 17000 manata satmışdır. Mülki qanunvericiliyə əsasən həmin müqavilənin etibarsızlığına dair hər hansı bir mübahisə olarsa, həmin mübahisə mülki mühakimə icraatı qaydasında həll olunmalıdır. Lakin hazırki iş üzrə X18 ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin mübahisələndirilmədiyi aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və həmin müqavilənin predmeti olan avtomobil heç bir hüquqi əsas olmadan Rasim Baxışova qaytarılmışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı ilə iş üzrə maddi subut kimi tanınmış və DİN-in BDYPİ-in Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan "Mitsubishi Pajero" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi, "Mitsubishi Pajero" markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi X12 qaytarılması və cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X10 mülki Cavabdeh qarşı maddi zərərin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X10 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmişdir.
16. Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(105)-230/2020 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.4, 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmü maddi sübuta aid hissəsində dəyişdirilmiş, hökmdə “Mitsubushi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X12 qaytarılsın” ifadəsi “Mitsubishi Pajero” markalı, 99- MA754 qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmiş, hökmün qalan hissəsi dəyişdirilməmiş, maraqlarına toxunan İddiaçı apellyasiya şikayəti təmin edilmişdir.
17. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(105)-230/2020 saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2,178.2.4, 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apelyyasiya Məhkəməsinin 1(105)-230/2020 saylı 09 oktyabr 2021- ci il tarixli qərarı üzrə X9 maraqlarına toxunan şəxs hesab edilmiş, X9 tərəfindən verilmiş kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün baxılmamış saxlanılmış, X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən təqdimatın verilməsi məsləsinin həll edilməsi üçün müraciət etmək hüququ izah edilmişdir. Lakin hazırkı vaxtadək belə bir təqdimat verilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı bu günədək qüvvədədir. Ali Məhkəmənin 11 mart 2020-ci il tarixli qərarı və onun əsasında qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı hazırda qanuni qüvvədədir.
18. O, cavabdehlər X12 və X6 qarşı 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı haqqında cavabdehlər X18 və X9 arasında xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və 2007-ci il buraxılışlı, Qara metallik rəngli, Mühərrik nömrəsi: 6G72TH2240 olan, Ban nömrəsi: JMYLRV93W8J709035 olan, dövlət qeydiyyat nişanı **-TA-*** olan, “Mitsubishi Pajero” minik avtomobilinin tam saz (istifadəyə yararlı) və zədəsiz vəziyyətdə X3 alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş 2007-ci il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik avtomobilinin alqı-satqısı barədə X18 və X9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, 2007-ci il buraxılışlı, **-TA-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” minik avtomobil X3 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
19. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən iddianın təmin edilmədiyi hissədə iddiaçı, iddianın təmin edildiyi hissədə isə cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Qətnamədə göstərilmişdir ki, cavabdeh X9 avtomobili 24000 (iyirmi dörd min) manata alarkən avtomobilin mübahisəli olduğunu Rasim Baxışovun həmin avtomobili satmaq səlahiyyətinin olmadığını bilmədiyindən vicdanlı alıcıdır ona görə də alqı-satqı müqaviləsi ləğv edilə bilməz, lakin İddiaçı cavabdeh X12 qarşı iddia qaldımaq hüququna malik olduğu izah edilmişdir. AR Ali Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(102)-4544/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(103)-3194/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 1(105)-230/2020 saylı qərarı və Abşeron Rayon Məhkəməsinin 19 may 2019-cu il tarixli hökmü ilə hazırkı epizod yəni iddiaçıya məxsus avtomobilin dələduzluq yolu ilə mənimsənilməsi epizodu üzrə zərərin məbləği 2200 manat müəyyən edilmişdir. Lakin, qeyd edilən qüvvədə olan hökmlə zərərin, yəni avtomobilin qiymətinin 22000 manat müəyyən edildiyi halda məhkəmə heç bir əsas olmadan 17000 manat ödənilməsi barədə qətnamə qəbul etmişdir. O zaman belə bir haqlı sual meydana gəlir. Cavabdeh qanuni qüvvəyə minmiş hökmlə 22000 manat zərər vurduğu halda niyə sonuncu iddiaçıya 17000 manat qaytarmalıdır?
20. Cinayət işi üzrə hökm və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, avtomobilin qiymət 22000 (iyirmi iki min) manat olmuşdur. Lakin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə mülki icraat zamanı Bağırov Comərd bildirmişdir ki, həmin avtomobili hazırkı iş üzrə cavabdehdən 24000 (iyirmi dörd min) manata almışdır. Göstərilənlərə əsasən sonuncu dəfə Baxışov Rasim avtomobili 24000 manata satdığından iddiaçıya həmin məbləğ ödənilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında avtomobillərin əsas alış-satış internet səhifəsi olan “turbo.azinternet” səhifəsindən çıxarış təqdim edilmiş və həmin çıxarışlarda da iddiaçının qeyd etdiyi məbləğlər tam təsdiqini tapmışdır. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 1(012)-151/2019 saylı hökmünün 7-ci səhifəsinin 2-4-cü paraqrafında göstərilmişdir ki, Məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2018-ci il tarixli 19477 saylı rəyi ilə müəyyən edilmişdir ki, hazırda mübahisəsi gedən 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı, qara rəngli avtomobilin 2017-ci ilin noyabr ayına olan qiyməti 22000 manatdır. Ona görə də, həmin hökmdə dələduzluq yolu ilə mənimsənilmiş avtomobilin dəyəri 22000 manat olmuşdur.
21. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan avtomobil onun əlindən alınıb dayanacağa verildiyi vaxt avtomobilin qiyməti 22000 manat olmuşdur.
22. Bu mübahisəsizdir ki, cinayət işi üzrə Cavabdeh dələduzluq yolu ilə mənimsədiyi zərərin məbləği 22000 manat müəyyən edilmişdir. Belə olan halda iddiaçının Cavabdeh ən azı 22000 manat vurulmuş zərəri tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə bunları nəzərə almalı olduğu halda almamışdır.
23. Sumqayıt Şəhər Məhkəməsi iş üzrə tərəflər arasındakı mübahisənin detallarını araşdırmamış və nəzərə almamışdır ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2019-cu il tarixli hökmü ilə avtomobilin qiyməti 22000 manat müəyyən edilmiş və buna görə də avtomobilin dələduzluq yolu ilə mənimsənilməsi epizodu üzrə vurulmuş zərərin, yəni dələduzluq yolu ilə mənimsənilmiş məbləğin dəyəri 22000 manat müəyyən edilmiş və həmin iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmənin vurulmuş zərərin faktiki qiymətini hökmdən fərqli nəzərə alması qanunsuz olmuşdur. Belə ki, artıq hökmlə hadisənin özü yəni Cavabdeh dələduzluq yolu ilə 22000 manat dəyərində qara rəngli, “Mitsubishi Pajero” markalı avtomobili ələ keçirməsi faktı hökmlə müəyyən edilmişdir. Ona görə də, mülki işdə də vurulmuş zərərin məbləği əvvəlcədən hökmlə müəyyən edildiyindən məhkəmənin hökmlə müəyyən edilmiş məblği deyil, daha aşağı məbləği müəyyən etməsi qanunsuz olmuşdur.
24. Məhkəmə avtomobilin dəyərinin müəyyən edilməsi üçün heç bir addım atmamışdır. Belə ki, “Mitsubishi Pajero” - Azərbaycan-Turbo.Azinternet portalından görünür ki, 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” markalı avtomobilin qiyməti 22000-24500 manat arasında dəyişir və bu avtomobilin sazlıq vəziyyətindən asılıdır. Qeyd edilməlidir ki, avtomobil 17000 manata alınsa da iddiaçının həyat yoldaşı X19 həmin avtomobili əsaslı təmir etdirmiş, avtomobilin motorunu düzəltdirmiş, təzə təkərlər qoymuş, avtomobili salonunu və üzərinin rəngini əsaslı təmir etdirmiş və ona görə də həmin avtomobilin 2017-ci ilin noyabr ayına olan likvid qiyməti 22000 manat olmuşdur. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 18 sentyabr 2018-ci il tarixli 19477 saylı mübahisəsi gedən avtomobilin qiymətinin müəyyən edilməsinə dair məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin təsdiq edilmiş surəti alınaraq işə əlavə edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Mülki Məcəllə:
28. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
32. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
46. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir.
47. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilməyən 5000 manat hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq Cavabdeh 5000 manat pul tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Hazırkı apellyasiya icraatı üzrə apellyantın şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli avtomobil 17000 manata alınsa da iddiaçı həmin avtomobili əsaslı təmir etdirmiş, avtomobilin motorunu düzəltdirmiş, təzə təkərlər qoymuş, avtomobilin salonunu və üzərinin rəngini əsaslı təmir etdirmiş və ona görə də həmin avtomobilin 2017-ci ilin noyabr ayına olan qiyməti 22000 manat olmuşdur.
50. Belə ki, Cavabdeh aid hökmlə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan avtomobil onun əlindən alınıb dayanacağa verildiyi vaxt avtomobilin qiyməti 22000 manat olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının cavabdehdən 22000 manat vurulmuş zərəri tələb etmək hüququ yaranmışdır.
51. Digər tərəfdən, cinayət işi üzrə keçirilmiş ekspertiza nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2018-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspert rəyin surətindən görünür ki, mübahisəsi gedən avtomobilin qiymətinin 22000 manat məbləğində müəyyən edilmişdir.
52. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almayaraq, zərərin məbləğinin müəyyən edilməsində səhv nəticəyə gəlmişdir.
53. Kollegiya işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi baxılan hissədə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edilməyən 5000 manat hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3841/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edilməyən 5000 manat hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.