Məhkəmə qərarları › İş №2(105)-2351/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2351/2020

10.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2351/2020 10.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X7 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və X4 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyan tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərardadından iddiaçının nümayəndəsi M.Coşkun tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.Z.Hümbətov) ərizənin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsindən cavabdehlər X2 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və mülki işin apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsi ilə, İddiaçı MMC ilə cavabdeh X2 arasında bağlanmış xx xxx 2016-cı il tarixli 2098 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdehadan 1 ədəd Changan Eado XT AT markalı 2014-cü il buraxılış ili, xetçbek, rəngi qara, ** PC *** dövlət nömrə nişanlı avtomaşın geri alınıb İddiaçı MMC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeha və Y.Ə.Sarıyevadan müştərək qaydada 8562 manat ziyan, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1% miqdarında 30 günə görə 147 manat, 50 manat cərimə cəmi 8759 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə verilməsi, Cavabdehadan 100 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. Hazırda cavabdehlər Cavabdeha və Y.Ə.Sarıyeva buraxılmış müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsinin surətini xx xxx 2020-ci il tarixdə aldığını, odur ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş qaydada şikayət vermə müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını və apellyasiya şikayətinə baxılması üçün mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi M.Coşkun verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məlum iş üzrə icra vərəqi xx xxxxxx 2018-ci il tarixdə verilmiş və icra məmuru tərəfindən kifayət qədər icra tədbirləri görülmüşdür. Cavabdehadan xx xxx 2018-ci il və xx xxx 2018ci il tarixlərində müvafiq izahatlar alınmışdır. Ona xx xxx 2018-ci il tarixdə borcun ödənilməsi təklif edilmiş, o, birmənalı şəkildə tabesizlik göstərərək nə maşını, nə də pulu qaytarmayağacını bildirərək icra və probasiya şöbəsini tərk etmişdir. Bununla bağlı eyni tarixdə müvafiq akt tərtib olunmuşdur. Cavabdeha tələbin könüllü icrasına dair qərar və bildirişi aldığını qeyd edir, icra işi üzrə müvafiq izahat verir və yekunda izahatını öz imzası ilə təstiq edir. Cavabdeha ona 3-4 ay möhlət verilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır və qanunsuz olaraq müddəti bərpa etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi A.Ə.Nağıyev şikayəti müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeha və Y.Ə.Sarıyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeha xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsinin surətini almadığını odur ki, həmin qətnamənin surətinin ona verilməsini xahiş etmiş və Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsinin surəti Cavabdehaya xx xxx 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından müəyyən edilir ki, məlum iş üzrə müvafiq icra vərəqi xx xxxxxx 2018-ci il tarixdə verilmiş və icra məmuru kifayət qədər icra tədbirləri görülmüşdür. Cavabdehadan xx xxx 2018-ci il və xx xxx 2018-ci il tarixlərində müvafiq izahatlar alınmışdır. Ona xx xxx 2018-ci il tarixdə borcun ödənilməsi təklif edilmiş və o birmənalı şəkildə tabesizlik göstərərək nə maşını qaytaracagını və nə pulu qaytarmayacagını bildirərək icra və probasiya şöbəsini tərk etmişdir. Bununla bağlı eyni tarixdə müvafiq akt tərtib olunmuşdur. İşdə olan izahatlardan göründüyü kimi, Cavabdeha tələbin könüllü icrasına dair qərar və bildirişi aldığını qeyd edir, icra işi üzrə müvafiq izahat verir və yekunda izahatını öz imzası ilə təstiq edir. xx xxx 2018-ci il tarixli izahatında borclu Cavabdeha qərar və bildirişi almasını qeyd edir və icra məmurundan icra vərəqində qeyd olunan məbləğin ona 3-4 ay möhlət verilməklə əmək haqqına yönəldilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar özündə onu ehtiva edir ki, borclular həmin mülki işlə bağlı kifayət qədər məlumatlı olmuşlar. İş materiallarından görünür ki, icra məmuru icra tədbirlərini davam etdirərək Cavabdehaya qanunvericiliyin imkanlarından istifadə edərək təsir etmək üçün onun «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» Şamaxı Rayon Məhkəməsinə təqdim vermişdir. 8(074)-107/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qərardadla təqdimat təmin edilməmişdir. Bundan narazı tərəf olaraq İddiaçı MMC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2018-ci il tarixli 8(105)-173/2018 saylı işə baxılmış və şikayət təmin edilməmişdir. Həmin məhkəmə iclasında borclu Cavabdeha iştirak etmiş və hansı məsələ ilə bağlı məhkəmədə iştirakı ona məlum olmuşdur. Məhkəməyə təqdim edilmiş xx xxxx 2018-ci il tarixli «İddiaçı Motors» MMC-yə ünvanlanmış borclu Cavabdeha tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, Cavabdeha icra işi ilə əlaqədar olan tələbinin maaşına və digər qazancına yönəldilməsi barədə göstəriş verməklərinə və hər ay 300 manat ödəməyə razıdır. Qeyd olunanlar kifayət qədər əsas verir ki, borclular qətnamə ilə bağlı məlumatlı olmuşlar və işdən xəbərlərinin olmamasına dair dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi Mehmet Coşkunun şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(074)-13/2018 saylı qərardadı ləğv edilsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(074)-13/2018 saylı qətnaməsindən cavabdehlər X2 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar