Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2359/2023 28.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh2 və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-309/2012 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavadehlər X4, Cavabdeh3, Cavabdeh4 German oğlu, Cavabdeh1, habelə mərhum X5 arasında Qusar rayonu Hil kəndində yerləşən KOD 30111018 JN-1054 saylı xx.xx.1998-ci il tarixli dövlət aktı üzrə sonunculara məxsus 3,24 ha torpaq sahəsinin 1,29 ha hissəsinə dair bağlanmış 10 aprel 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə cavadehlər X4, Cavabdeh3, Cavabdeh4 German oğlu, Cavabdeh1, habelə mərhum X5 arasında KOD 30111018 JN-1054 saylı xx.xx.1998-ci il tarixli dövlət aktı üzrə sonunculara məxsus 3,24 ha torpaq sahəsinin 1,29 ha hissəsinə dair bağlanmış 10 aprel 2005-ci il tarixli alqı-satqı əqdi etibarlı hesab edilmişdir (Adil Vəliyev). İş üzrə Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(029)-309/2012 saylı qərardadı ilə Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilmişdir (hakim Əli Cəlilov). Qusar Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(029)-309/2012 saylı qərardadı ilə Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadının giriş, təsviri əsaslandırıcı və nəticə hissəsində buraxılmış yalnışlıqların aradan qaldırılması, apellyasiya verən şəxsin Cavabdeh2 əvəzinə Cavabdeh1 kimi oxunması qərara alınmışdır. Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)- 309/2012 saylı qərardadından şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh1 tərəfindən Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadından verilmiş şikayətin 2(029)- 309/2012 saylı mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı 31 may 2012-ci saylı qətnaməsi ilə iddia təmin edilmiş, məhkəmə iddianı təmin edərkən onlar tərəfindən imzalanmış müqaviləyə, məhkəmə prosesində iştirak etməməsi və iddia tələbinin təmin edilməsi barədə ərizələrinə istinad etmişdir. Torpaq sahəsinə dair çıxaırş almaq istəyərkən məlum olmuşdur ki, torpaq sahəsi özgəninkiləşdirilmişdir. Hansı əsas ilə özgəninkiləşdirilməsi ilə maraqlandıqda qeyd edilən qətnamənin çıxarıldığı məlum olmuşdur. Bundan sonra ərizə ilə müraciət edərək qətnamənin surətini almış, apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti geri qaytarılmış, məhkəmə qeyd etmişdir ki, qətnamə xx.xx.2012-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2012-ci il tarixli reyestr işə əlavə edilmişdir. Daha sonra qeyd edilmişdir ki, atası xx.xx.2023-cü il tarixdə qətnamənin alınması ilə əlaqədar məhkəməyə müraciət etmiş, ona dövlət rüsumunun ödəməməsi ilə bağlı qətnamə verilməmiş, təkrar müraciətdən sonra xx.xx.2023-cü il tarixdə qətnamənin surəti Cavabdeh2 göndərilmiş, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini təqdim etmişdir. Qərardad qanunsuzdur. Qətnamənin surəti nə ona, nə də atası Cavabdeh2 təqdim edilməmişdir. Həmin torpağın nülkiyyətçilərindən biri də özüdür. Həmin qətnamədən şikayəti Cavabdeh2 yox, özü verib. Qərardadda isə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verildiyi qeyd edilib. Özü isə qətnamənin surətini almamışdır, həmin qətnamənin surəti ona təqdim edilməmişdir. Yalnız qətnaməni poçt vasitəsi ilə xx.xx.2023cü il tarixdə yaşadığı ünvana daxil olanda almış, qətnamə ilə tanış olmuşdur. Qətnamə mülkiyyət hüquqlarını pozduğu üçün ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə edərək təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadının ləğv edilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə edərək bildirdi ki, 2022-ci ildə qətnamənin surətini alınması ilə əlaqədar məhkəməyə müraciət etməyib, yalnız 2023-cü ildə müraciət edib. Latın qrafikası ilə yaza bilmir. Torpağı iddiaçıya icarəyə verib, satmayıb. Torpağı əkib becərmək imkanı olmadığı üçün iddiaçıya verib. İddiaçının qardaşı ondan xahiş edib ki, qardaşı torpağı əkib becərməsinə icazə versin. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, buraxılmış prosessual müddətin bərpasına dair ərizə yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı 31 may 2012-ci il tarixli qətnaməsinin surəti 31 may 2012-ci il tarixli məktubuna əsasən poçt vasitəsi ilə tərəflərin ünvanlarına göndərilmiş, bu barədə iş materiallarına xx.xx.2012-ci il tarixli reyestrin surəti əlavə edilmişdir. Qətnamə 02 iyul 2012-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra edilməsi üçün Xaçmaz rayon İcra Şöbəsinə göndərilmişdir. Xaçmaz rayon İcra Şöbəsi tərəfindən 10 iyul 2012-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. 28 mart 2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı 31 may 2012-ci il tarixli qətnaməsinin surətini almadığını, rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə 01 aprel 2022-ci il tarixli G(029)- 157/2022 saylı məktubla Cavabdeh2 Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatına əsasən məhkəmə aktlarının və onların surətlərinin təkrarən verilməsi məhkəmə sədrinin icazəsi ilə kargüzarlıq xidməti tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət rüsumu ödənilməklə verildiyini bildirmişdir. Bundan sonra 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 yenə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətinin ona təqdim edilmədiyini, belə bir qətnamənin mövcud olduğunu bu günlərdə ona məlum olduğunu bildirmişdir. Qətnamə 14 sentyabr 2023-cü il tarixli G(029)-420/2023 saylı məktubla Cavabdeh2 göndərilmiş və o, həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti məhkəməyə 15 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh2 iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən məlumatı olmuş, 28 mart 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətini rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, qətnamədən apellyasiya şikayətin verilməsi üçün buraxılmış müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmənin qətnaməsi xx.xx.2012-ci il tarixli məktubla cavabdehlərə göndərilmiş, məktubların göndərilməsinə dair reyestr işə əlavə edilmişdir. Buna baxmayaraq qətnamənin cavabdehlər tərəfindən rəsmi qaydada alınmasına dair iş materiallarında hər hansı sübut – cavabdehlər tərəfindən imzalanmış xəbərnamə mövcud deyildir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı, 31 may 2012-ci il tarixli qətnaməsinin surətini almadığını, rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, məhkəmənin 01 aprel 2022-ci il tarixli G(029)-157/2022 saylı məktubu ilə Cavabdeh2 Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatına əsasən məhkəmə aktlarının və onların surətlərinin təkrarən verilməsi məhkəmə sədrinin icazəsi ilə kargüzarlıq xidməti tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət rüsumu ödənilməklə verildiyini bildirmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında 2022-ci il tarixdə məhkəməyə müraciət etmədiyini, ümumyyətlə latın qrafikası ilə yaza bilmədiyini bildirmiş, həmin ərizənin onun tərəfindən verilməsini mübahisələndirmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə qətnamə poçt vasitəsi ilə cavabdehə göndərilmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən aparılmış prosessual hərəkətlərə münasibətdə Cavabdeh1 tərəfindən verilmiş müdətin bərpasına dair ərizəyə qiymət vermiş, Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizəni qeyd edərkən həmin ərizənin həqiqətən Cavabdeh2 tərəfindən verilibverilməməsini, eləcə də qətnamənin apellyasiya şikayəti verən şəxs Cavabdeh1 tərəfindən alınıb-alınmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ərizənin Cavabdeh2 tərəfindən imzalanaraq məhkəməyə göndərilməsi, lazım gələrsə iş üzrə ekspertiza təyin edilərək bu hal araşdırılmalı, qeyd edilən hallar araşdırıldıqdan sonra qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə yenidən müzakirə edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla məhkəmənin müddətin bərpasından imtina barədə gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, tərəflərin iştirakı ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(029)-309/2012 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 Qusar Rayon Məhkəməsinin 2(029)-309/2012 saylı 31 may 2012-ci saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi tərəflərin iştirakı ilə yenidən müzakirə edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2359/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2359/2023
28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver