Məhkəmə qərarları › İş №2(105)-2361/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2361/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2361/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması barədə iddiası təmin edilməmişdir (hakim Ə.Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2488/2021 saylı, 24 may 2021-ci il tarixli Qərarı ilə İddiaçı kasasiya şikayəti qismən təmin edilmiş, İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2(105)-2928/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi vəziyyətinin çətin olması nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(060)-7055/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı qətnamədən apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, ununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə düzgün araşdırılmmış, çıxarılmış qətnamə maddi və prosessual qanunvericiliyin müddəalarının norma və prinsiplərinin ziddinə əsaslandırılmaqla qəbul edilmişdir. O, ikinci dəfə ailə qurub, yaşlı anası da himayəsindədir. Onun aylıq əmək haqqı 374,50 manat təşkil edir, əmək haqqından 296 manat aliment tutulur, hər ay üçün isə 44 manat aliment borcu yığılır. Borcun çoxalması isə son nəticədə onun məsuliyyətə cəlb edilməsi ilə nəticələnəcəkdir. Qanunun mənasına görə uşaqların saxlanması hər iki valideynin borcudur. Uşaqlar üçün lazımi xərclərin yalnız bir valideyndən tutulması yolverilməzdir. Məhkəmə tərəfindən aliment təyin edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, onun iddiası isə təmin olunmalıdır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsinin ləğv edilərək iddiasının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə koldlegiyasının iclasında Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasına və apelyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki birinci instansiya məhkəməsi iddianı tçəmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Rekspublikası Ailə Məcəlləsinin 75.1, 75,4,112.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Beləki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından 14 sentyabr 2005-ci ildə Aytac, 16 oktyabr 2006-cı ildə Nərmin adlı iki uşaqları doğulub və tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra hər iki uşaq anaları Cavabdeh yanında qalıb. Müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı onun xeyrinə ödənilməsi nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, 22 iyun 2015-ci il tarixdən hesablanmaqla İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin tutulub Cavabdeh ödənilməsi qət edilib. İş materiallarından görünür ki, iddiaçı, hər il üçün qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ondan alimentin tutulmasının qanunsuz və əsassız olduğunu, həmin Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğinin hər il artdığını, lakin onun maddi vəziyyətində hər hansı dəyişikliyin olmadığını, "xxxx" MMC mühafizəçi işləməklə hər ay sabit olaraq 374,50 manat əmək haqqı aldığını, uşaqların saxlanılması üçün cavabdehə ödədiyi alimentin miqdarının əslində sözügedən Qanundan asılı edildiyini, nəticədə onun aliment borcunun yarandığını, bunun da gələcəkdə onun inzibati və cinayət məsuliyyətinə cəlb olunacağına gətirib çıxaracığını göstərib, sözügedən qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehin xeyrinə sabit pul məbləğində hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulmasını iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə- onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyi və beləliklə də alimentin miqdarının azaldılması üçün əsasların olmadığı qənaətinə gələrkən, iki uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının əslində hər il qəbul edilən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə ölkə üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumunun məbləğindən asılı vəziyyətə salınmasına, Vüqar Bayramovun maddi və ailə vəziyyətində hər hansı dəyişiklik olmadığı halda hər il ondan tutulan alimentin məbləğinin artmasına və bunun açıq-aşkar Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə zidd olmasına diqqət yetirmədən və sözügedən maddədə alimentin miqdarının artırılmasının da tərəflərin ailə və maddi vəziyyətindəki dəyişikliklərlə əlaqələndirilməsini nəzərə almamışdır. Halbuki, qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. İş materiallarından görünür ki, 22 iyun 2015-ci il tarixdən başlayaraq İddiaçı maddi və ailə vəziyyətində alimentin miqdarının artırılmasına səbəb olan hər hansı dəyişiklik baş vermədiyi halda, iki uşağın saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər il qeyri-ixtiyari olaraq olaraq 2016-cı ildə 117 manata, 2017-ci ildə 136,6 manata, 2018-ci ildə 154 manata, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170-dək manata artıb. Bundan başqa ailə qanunvericiliyinə görə, məhkəmə alimentin müəyyən olunmuş miqdarına o, vaxt dəyişiklik edə bilər ki, tərəflərdən istənilən birinin tələbi olsun, yəni ər və yaxud arvad alimentin miqdarının artırılması və ya azaldılması barədə məhkəməyə iddia vermiş olsunlar. Hazırkı halda isə Sevinc Zörabovanın belə bir iddiası olmadığı halda 22 iyun 2015-ci il tarixdən başlayaraq İddiaçı onun xeyrinə tutulan alimentin miqdarı hər il avtomatik olaraq qalxıb. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sevinc Zörabova ərizə təqdim edərək cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmiqn olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin məbləği azaldılaraq hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı hər uşaq üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(060)-4498/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə X1 iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin məbləği azaldılaraq hazirki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı 14 sentyabr 2005-ci il təvəllüdlü X3 və 16 oktyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar