Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2372/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili Vəkil2, cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-1333/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-1333/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək "xxxx" məhdud məsuliyyətli cəmiyyət tərəfindən qanunvericiliyə əsasən onun haqqının qalıq hissəsinin (19169 AZN, 2 il məzuniyyət haqqı və sağlamlığa vurulan ziyanın) tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətində operator vəzifəsində çalışmışdır. Onun gördüyü işin əmək şəraiti ağır və zərərli olmuşdur. İşlədiyi müddətdə əmək haqqı 1657 manat təşkil etmiş, həmin məbləği 6 ay müddətində ala bilmişdi. 6 aydan sonra isə əmək haqqı rəhbərlik tərəfindən 850 manata endirilmişdir. Rəhbərliyə vəsaitin qalıq hissəsinin ödənilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, 31.08.2020-ci ilə qədər əmək haqqının qalan hissəsini ala bilməmişdi. Hazırda şirkətin ona olan qalıq borcu 19169 manat təşkil edir. Əlavə olaraq 2 il məzuniyyət haqqı da ona ödənilməmişdir. Onun işlədiyi operator vəzifəsi kimyəvi maddələrlə əlaqəli olduğuna görə insan həyatı üçün təhlükəli olmuşdur. Qanunvericiliyə əsasən sağlamlığa vurulan ziyana görə şirkət tərəfindən ona kompensasiya ödənilməlidir. Dəfələrlə idarə rəisinə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. O, hətta sərt karantin rejimi dövründə şənbə və bazar günlərində işləmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, o, 15.07.2014-cü ildən etibarən cavabdeh müəssisədə çalışmışdır. Bu dövr ərzində onun əmək haqqı mütəmadi olaraq artmış, 2018ci ilin əvvəlində 1657 manat təşkil etmiş, həmin ilin avqust ayından başlayaraq isə kəskin şəkildə azalmışdır. Bu azalma onun işdən çıxdığı tarixə, yəni 2021-ci ilə qədər davam etmişdir. Onunla bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən əmək haqqının məbləği ştat cədvəlinə uyğun olaraq müəyyən edilir. Başqa sözlə, əmək haqqının məbləği dəqiq olaraq göstərilməmişdir. İş materiallarına əlavə olunan sənədlərə (əmək haqqı və ştat cədvəlləri) nəzər yetirəndə aydın olur ki, əmək haqqı tarif (vəzifə) maaşından və əmək haqqına əlavədən ibarətdir. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatlara əsasən əlavə əmək haqqı müəssisənin gəliri ilə bağlı olaraq ona verilmiş, azalmanın səbəbi isə pandemiya və müəssisənin ümumi işinin azalması olmuşdur. O, bütün bunlarla razılaşmır. Əmək müqaviləsinin vacib şərtləri mütləq müqavilədə dəqiqliklə göstərilməlidir və belə şərtlərə ancaq tərəflərin qarşılıqlı razılığı ilə dəyişiklik edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.2-ci maddəsinə əsasən əmək haqqı və ona əlavələr işçinin əmək şəraitinin tərkib hissəsidir. Buna görə də əmək haqqı və əlavələr əmək müqaviləsində mütləq aydın şəkildə və dəqiq göstərilməlidir. Bu maddənin tələbinə əsasən cavabdehin müqavilədə əmək haqqını ştat cədvəlinə uyğun müəyyən etməsi qəti şəkildə doğru deyildir. Əvvəla, əmək haqqının məbləği müqavilədə dəqiq göstərilməlidir ki, işçi bu barədə məlumatlı olsun. Digər tərəfdən, işçi əmək haqqının haqsız dəyişməsi, yəni azalması halında buna qarşı müdafiə imkanlarına malik olmalıdır. O, bir işçi kimi bu imkandan məhrum olmuşdur. Belə ki, müəssisənin ştat cədvəli işçi üçün əlçatan sənəd deyildir. Cavabdeh təşkilat büdcədən maliyyələşən müəssisə olmadığı üçün bu sənəd müvafiq normativ akt əsasında deyil, müəssisə rəhbərliyi tərəfindən təsdiq edildiyi və lazım gəldikdə dəyişdirilə bildiyi üçün işçinin nə buna nəzarət etmək, nə də buna münasibət bildirmək imkanı yoxdur. Əgər gələcəkdə müəssisə rəhbərliyi ştat cədvəlində dəyişiklik etsə və əmək haqqını azaltsa, faktiki olaraq işçi buna etiraz edə bilməyəcəkdir. Çünki, əmək haqqı ştat cədvəlinə uyğun müəyyən edilir, ştat cədvəli isə müəssisə rəhbərliyi tərəfindən birtərəfli qaydada dəyişdirilmək imkanına malikdir və ya bunun üçün işçinin razılığına ehtiyac yoxdur. Halbuki, bu, Əmək Məcəlləsinin əmək haqqının azalması ilə bağlı tələbinə ziddir. Ştat cədvəlinin tərtib edilməsi, ümumiyyətlə, özəl müəssisələr üçün normativ bir tələb deyildir. Ona ödənilən əmək haqqının tərkibini ona heç vaxt dəqiqliklə bildirilməmişdir. Əmək haqqının məbləği əmək müqaviləsində göstərilmədiyindən və kart hesabına ödənilərkən də xüsusi olaraq göstərilmədiyindən ödənilən pulun hansı hissəsinin tarif (vəzifə) maaşı, hansının əlavə və ya mükafat olması ona heç vaxt məlum olmamışdır. O, hər ayın sonunda əldə etdiyi pul vəsaitini aylıq əmək haqqı kimi başa düşüb qəbul etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sənədllərdən aydın olur ki, ona ödənilən əmək haqqı tarif maaşından və əmək haqqına əlavədən ibarətdir. Taarif maaşının məbləğini məhkəməyə cavabdeh tərəfindən təqdim edilən ştat cədvəllərindən görmək olur. Əmək haqqına əlavənin məbləği isə əmək haqqı cədvəllərindən görünür. Əmək Məcəlləsinə əsasən əmək haqqına əlavə əmək şəraiti ilə bağlı işçini həvəsləndirmək və ya əvəz ödəmək məqsədi daşıyır, yəni işçi nisbətən ağır və ya zərərli şəraitdə çalışdığı üçün həmin şəraitdə çalışmağa motivasiyasını təmin etmək məqsədilə ona əlavə pul vəsaiti ödənilir. Belə olan halda, həmin əlavə yalnız əlavənin ödənilməsi üçün əsas olan əmək şəraitinin dəyişməsi nəticəsində mümkün ola bilər. Ona münasibətdə bunu demək olmaz. Belə ki, işə qəbul edildiyi gündən əmək müqaviləsinə xitam verilənə qədər o, eyni vəzifədə və eyni əmək şəraitində çalışmışdır. Ona münasibətdə əmək haqqına əlavənin ləğv edilməsi və ya azalmasına əsas verən halların baş verməsindən söhbət gedə bilməzdi. Cavabdeh tərəf əmək haqqına əlavənin şirkətin uğurlu fəaliyyəti və onun əmək funksiyasını nümunəvi yerinə yetirməsi ilə əsaslandırmağa çalışır. Halbuki bunların heç biri məntiqli deyildir. Belə ki, əgər ödənilən əlavə şirkətin maliyyə vəziyyəti və işin həcmi ilə bağlıdırsa, onda niyə 2018-ci ilin avqustundan başlayaraq ancaq onun əmək haqqının azalması başa düşülən deyildir. Digər iş yoldaşlarının əmək haqqı isə azalmamışdır. Həmin vaxt heç pandemiya ilə bağlı məhdudiyyətlər də yox idi. İş üzrə dindirilən şəxslər 2018-ci ilin yayından etibarən iş yükünün və əmək haqqının azalmadığı və olduğu kimi davam etdiyi barədə ifadə vermişlər Əmək haqqının azalması əsassız olmaqla yanaşı, ancaq ona aid edilməklə ayrı-seçkiliyə yol verildiyini göstərir. Məhkəmə mübahisəni həll edərkən yanlış nəticəyə gəlmişdir. Ödənilən əlavə əmək haqqını cavabdeh müxtəlif arqumentlərlə ona ödənilən mükafat xarakterli ödəniş kimi qələmə verməyə çalışsa da, bu məbləğ faktiki olaraq onun tarif (vəzifə) maaşı olmuşdu. Əks halda bu ödəniş ya əmək haqqına əlavə, ya da mükafat olmalı idi. Həmin ödəniş isə nə mükafat, nə də əmək haqqına əlavə ola bilməzdi. Həmin ödəniş mükafat ola bilməzdi birincisi ona görə ki, əgər mükafat olsa idi əvvəla, davamlı yox, müəyyən hallarda ödənilərdi. Həmin ödəniş müəyyən hesablamaya əsasən aylıq sabit olaraq ödənilmişdir. Ona həmin ödəniş mükafat ola bilməzdi həm də ona görə ki, təcrübədə mükafat əmək haqqının müəyyən hissəsi qədər olur, onun bir neçə misli qədər olmur. Məsələn, 2018-ci ilin ilk üç ayı üzrə tarif maaşı 275 manat olduğu halda, mükafat 1382 manat, yəni taarif maaşının 5 mislindən çox olmuşdur. Bu açıq aşkar həmin ödənişin mükafat olmadığını göstərir. Həmin ödənişin əmək haqqına əlavə olmasını cavabdeh əsaslandıra bilməmişdir. Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22.08.2002-ci il tarixli Qərarı əmək haqqına artımların hansı hallarda ödənilməsini müəyyən edir. Cavabdeh bu hallardan hansının əlavə əmək haqqı ödənilməsi üçün əsas olduğunu göstərə bilməmişdir. Cavabdehin ödədiyi əlavə əmək haqqı həm də ona görə faktiki olaraq əmək haqqına əlavə deyil ki, taarif maaşı ilə arasında anormal fərq vardır. 2018-ci ilin əvvəlində bu fərq 5 dəfəyə qədər yüksəlir. Nazirlər Kabinetinin qərarına əsasən isə belə artım ən çoxu tarif maaşının 75%-i və ya 3/4-ü qədər ola bilər. Cavabdehin qanunvericliyin müəyyən etdiyi əmsaldan 4 dəfə daha yüksək əmsal müəyyən etməsi heç bir halda inandırıcı ola bilməz. Cavabdeh əlavə əmək haqqını ona görə qeyd edilən formada, yəni taarif maaşından formal olaraq ayıraraq mükafat xarakterli ödəniş kimi qələmə verir ki, bunun azaldılması hallarında rahat manevr edə bilsin. Məhkəmə əslində ödənilən bütün əmək haqqını tarif (vəzifə) maaşı kimi qəbul etməli və əmək haqqının azalması üçün Məcəllənin xüsusi proseduruna riayət edilib edilmədiyini aydınlaşdırmalı idi. Hətta həmin ödənişlər əmək haqqına əlavə olsaydı belə, yenə də cavabdeh tərəfindən birtərəfli olaraq azaldıla bilməzdi. Çünki əlavə elə əmək haqqının bir komponentidir. Son haqq hesab zamanı onun istifadə edilməmiş məzuniyyət günlərinə görə əmək haqqının məbləği ona görə mübahisəyə səbəb olmuşdur ki, hesablama zamanı yalnız tarif (vəzifə) maaşı əsas götürülmüşdür. Lakin ödənilən bütün pul vəsaiti hesab zamanı nəzərə alınmalı idi. Belə olan halda istifadə edilməmiş məzuniyyət günlərinə görə əmək haqqı daha böyük məbləğdə hesablanacaqdı. Məhkəmə qətnamədə iddianın rədd edilməsi əsaslarından biri kimi onun tələb olunan məbləğlə bağlı cavabdehə rəsmi müraciət etmədiyini göstərmişdir. Lakin, bunu hansı normaya əsaslanaraq qeyd etdiyini göstərməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 15.07.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “STP-TEST” məhdud məsuliyyətli cəmiyyətinə RS operatoru vəzifəsinə işə qəbu edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, işin birinci ayı sınaq müddəti hesab edilmiş, müqavilədə əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 01.08.2017-ci il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, RS operatorunun vəzifə maaşı 275 manat təşkil edir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 01.03.2019-cu il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, Radiqrafiyanın sınaq operatorunun vəzifə maaşı 379 manat təşkil edir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üzrə 02.09.2019-cu il tarixli ştat cədvəlinin (çıxarışın) surətindən görünür ki, Radioqrafiya sınaq operatorun vəzifə maaşı 526 manat təşkil edir. İş materiallarında olan 01.02.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci ilin yanvar ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1200 manat ödənilmişdir. İş materiallarında olan 23.02.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci ilin yanvar ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 126,67 manat ödənilmişdir. İş materiallarında olan 15.03.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il fevral ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1327,71 manat ödənilmişdir. İş materiallarında olan 25.04.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci ilin mart ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1322,74 manat ödənilmişdir. İş materiallarında olan 24.05.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il aprel ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 2677,09 manat ödənilmişdir. İş materiallarında olan 22.06.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il may ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 973 manat ödənilmişdir. İş materiallarında olan 24.07.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci ilin iyun ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1062,21 manat ödənilmişdir. İş materiallarında olan 17.08.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il iyul ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1064,12 manat ödənilmişdir. İş materiallarında olan 21.09.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il avqust ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 467,16 manat ödənilmişdir. İş materiallarında olan 19.10.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il sentyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 378,85 manat ödənilmişdir. İş materiallarında olan 27.11.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il oktyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 375 manat ödənilmişdir. İş materiallarında olan 20.12.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il noyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 357,88 manat ödənilmişdir. İş materiallarında olan 21.12.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il dekabr ayı üçün avans köçürmə kimi "xxxx" MMC tərəfindən İddiaçı 500 manat ödənilmişdir. İş materiallarında olan 31.01.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2018-ci il dekabr ayın üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 394,16 manat ödənilmişdir. İş materiallarında olan 06.03.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il yanvar ayın üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 573,96 manat ödənilmişdir. İş materiallarında olan 19.03.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il fevral ayına "xxxx" MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,88 manat ödənilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il fevral ayına "xxxx" MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 370,87 manat ödənilmişdir. İş materiallarında olan 14.05.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il mart ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 737,79 manat ödənilmişdir. İş materiallarında olan 17.05.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il aprel ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 741,39 manat ödənilmişdir. İş materiallarında olan 23.07.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu ilin mayı üçün "xxxx" MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 368,73 manat ödənilmişdir. İş materiallarında olan 29.07.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il may ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 368,73 manat ödənilmişdir. İş materiallarında olan 09.08.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il iyun ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 932,67 manat ödənilmişdir. İş materiallarında olan 06.09.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il iyul ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 926,08 manat ödənilmişdir. İş materiallarında olan 02.10.2019-cu il tarixli “Ödəniş tapşırığı”nın surətindən görünür ki, 2019-cu il avqust ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 945,05 manat ödənilmişdir. İş materiallarında olan 15.11.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il sentyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,32 manat ödənilmişdir. İş materiallarında olan 04.12.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il oktyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,32 manat ödənilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il noyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 946,42 manat ödənilmişdir. İş materiallarında olan 24.02.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2019-cu il dekabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 475,76 manat ödənilmişdir. İş materiallarında olan 19.03.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il yanvar ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı 50% əmək haqqı kimi 733,90 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il yanvar ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il fevral ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 02.04.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il mart ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 484,77 manat ödənilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il aprel ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1190,23 manat ödənilmişdir. İş materiallarında olan 18.06.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il aprel ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 1466,67 manat ödənilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il may ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı qismən əmək haqqı kimi 1126,09 manat ödənilmişdir. İş materiallarında olan 10.09.2020-cİ il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-cİ il iyun ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 600 manat ödənilmişdir. İş materiallarında olan 14.09.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il may ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 190,97 manat ödənilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il iyul ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 200 manat ödənilmişdir. İş materiallarında olan 01.10.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il iyul ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 927,97 manat ödənilmişdir. İş materiallarında olan 19.10.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il avqust ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı kimi 150 manat ödənilmişdir. İş materiallarında olan 02.11.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il noyabr ayı üçün "xxxx" MMC tərəfindən İddiaçı son haq-hesab kimi 353 manat ödənilmişdir. İş materiallarında olan 03.11.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 2020-ci il noyabr son haq-hesab və əmək haqqı üçün "xxxx" MMC tərəfindən İddiaçı kimi 3646,21 manat ödənilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-499/2014 saylı, 05.05.2014-cü il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan İddiaçı məhkəmə əmri icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentinə hesablanmaqla) 1170,36 ABŞ dolları əsas, 39,23 ABŞ dolları faiz və 4,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1213,72 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən 11.06.2018-ci il tarixdən 13.02.2019-cu il tarixə kimi X2 Qəbələ Rayon Məhkəməsinin 05.05.2014-cü il tarixli, 2(025)-499/2014 saylı məhkəmə əmrinə əsasən ümumilikdə 2264,43 manat məbləğində kredit borcu "xxxx" KB Şəki filialına ödəmişdir. İş materiallarında olan X3 2018-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul köçürülmüşdür. İş materiallarında olan X3 2019-cu il üzrə şəxsi hesabının surətindən görünür ki, 2019-cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul köçürülmüşdür. İş materiallarında olan X3 2020-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 20.09.2021-ci il tarixli, ƏA/053 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin qeyri dağıdıcı üsulla keyfiyyətə nəzarət laboratoriyasının sabiq işçisi X5 2018-ci ilin avqust ayında əmək haqqının az hesablanmasının səbəbi, həmin ayda əmək məzuniyyətində olduğuna görə onun 21 iş gününə qarşı cəmi 13 iş gününün olmasıdır. Bu səbəbdən X3 iş günlərinə düşən əmək haqqının məbləği az olmuşdur (275:21x13=170,24 manat). İddia ərizəsindən, iş materiallarından görünür ki, X3 iddia tələbi əmək haqqının tam ödənilməsi, məzuniyyət pulunun və sağlamlığına vurulan zərərin ödənilməsi barədədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156.1-ci maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 174-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmin Məcəllənin 191-ci maddəsinin birinci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 239-cu maddəsinin birinci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli əmək münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 05 mart və 04.09.2019-cu il tarixli əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, X3 aylıq əmək haqqı müvafiq olaraq 379 və 526 manat təşkil etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X3 2018-ci il üzrə şəxsi hesabının surətindən görünür ki, 2018-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 2356 manat, əlavə əmək haqqı kimi 8801,51 manat, məzuniyyət üzrə 6779,64 manat, ümumilikdə 17937,64 manat pul, 2019-cu il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 4928 manat, əlavə əmək haqqı kimi 6840 manat, ümumilikdə 11768 manat pul və 2020-ci il üzrə əmək haqqı kartına ümumi maaş üzrə 5260 manat, əlavə əmək haqqı kimi 5639 manat, mükafat məbləği olaraq 222,66 manat, məzuniyyət üzrə 2546 manat, ümumilikdə 13667,66 manat pul köçürülmüşdür. "xxxx" MMC-nin 20.09.2021-ci il tarixli, ƏA/053 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin qeyri dağıdıcı üsulla keyfiyyətə nəzarət laboratoriyasının sabiq işçisi X5 2018-ci ilin avqust ayında əmək haqqının az hesablanmasının səbəbi, həmin ayda əmək məzuniyyətində olduğuna görə onun 21 iş gününə qarşı cəmi 13 iş gününün olmasıdır. Bu səbəbdən X3 iş günlərinə düşən əmək haqqının məbləği az (275:21x13=170,24 manat) olmuşdur. Əmək vəzifələrini icra edərkən X1 zərər vurulması məhkəmə iclası zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(060)-1333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2372/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2372/2021
09.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver