Məhkəmə qərarları › İş №2(105)-2373/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2373/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2373/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 30 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay onun və cavabdehin maddi vəziyyəti dəyişənə qədər 300 manat aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 18, mənzil 1-də yaşayan xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh onun doğma oğludur. O, hər ay 284 manat əmək haqqı aldığına və başqa gəlir yeri olmadığına görə maddi yardıma ehtiyacı vardır. Özü xəstədir və aldığı əmək haqqı onun dərmanlarına bəs etmir. Bundan oğlu cavabdehində xəbəri vardır. Valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırmamış və valideynlik hüququndan məhrum olunmamışdır. Ona məlumdur ki, cavabdehin maddi vəziyyəti yaxşıdır, yetərincə maddi vəsaiti vardır və onu saxlaya bilər. Ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək istəmir. Cavabdeh həm rəsmi işləyir həmdə təsərrüfatla məşğuldur. Aylıq gəliri 1000-1200 manat təşkil edir. Buna baxmayaraq ona baxmır. Buda onun üçün çox çətin olur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 30 manat aliment kəsəndə məhkəmə onun maddi vəziyyətini və ailə vəziyyətini, maddi tələbatlarını nəzərə almamışdır. 300 manat aliment kəsmək əvəzinə, məhkəmə qanunu kobud surətdə pozmuşdur. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə sübutları araşdırmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş 2(067)-2081/2022 saylı qətnaməsini dəyişdirərək, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin maddi vəziyyətinin nəzərə alınmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan AA seriyalı ******* saylı, yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İşə əlavə olunmuş Xaçmaz rayon icra hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 98 saylı Sərəncamından Çıxarışdan görünür ki, Xaçmaz şəhəri, Qələbə küçəsi ev 18/1-də yaşayan azyaşlı, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 üzərində həmin ünvanda yaşayan nənələri İddiaçı qəyyum təyin edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan məlum olur ki, Cavabdeh "xxxx" MMC-də işləyir və rəsmi aldığı maaş 300 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan məlum olur ki, həqiqətən də Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 adında övladı var. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsaasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsaasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsaasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.5-ci maddəsinə əsaasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.6-cı maddəsinə əsaasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh nikahdan olan uşaqlarının qəyyumu İddiaçı, həmin uşaqların saxlanmasında maddi çətiklik çəkir, odur ki, cavabdeh olan oğlundan alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclası zamanı iddiaçıya ondan alimentin tutulmasını qismən qəbul etmiş və hazırda iddiaçıya 140 manat ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi ədalətsiz olardı. Ona görə ki, həm iddiaçı, həm cavabdehin etirafını nəzərə alıb, cavabdehdən 140 manat alimentin tutulması qənaətbəxşdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə almır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 16 sentyabr 2022-ci il tarixli 2(067)- 2081/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin. 13 avqust 1993-cü ildə Xaçmaz şəhərində doğulan Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 140 (yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar