Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2412/2021 02.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X18 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Qasim oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın təmin edilməsi, Cavabdeh 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X4 və 28.11.2014-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X4 və 28.11.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz Rayon Məhkəməsinin 27 avqust 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsinin dəyişdirilməsi, 12.08.2005-ci il təvəllüdlü X7, 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X4 və 28.11.2014cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması, 12.08.2005-ci il təvəllüdlü X10 münasibətdə X11, 10.05.2007-ci il təvəllüdlü X5, 15.11.2009-cu il təvəllüdlü X8 və 28.11.2014-cü il təvəllüdlü X15 münasibətdə isə ona verilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09.01.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları - 10.05.2007-ci il təvəllüdlü X12, 15.11.2009-cu il təvəllüdlü X14 və 28.11.2014-cü il təvəllüdlü X19 doğulmuşdur. Cavabdeh hər zaman ailəsinə qarşı laqeyd münasibət bəsləmiş, övladları doğulduqdan sonra da cavabdehin ailəsinə qarşı olan laqeyd münasibəti dəyişməmişdir. Övladlarının maddi tələbatlarını isə o, xeyli təkid etdikdən sonra müəyyən bir hissəsini ödəsə də yenə də tam ödəmir. Buna görə də cavabdehlə aralarında mübahisə yaranır. O isə uşaqların tərbiyəsi və ailə təsərrüfatının idarə etməklə məşğul olduğu üçün işləmir və buna görə də uşaqların maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqların tələbatını ödəmək isə onun üçün maddi cəhətdən çətindir. Cavabdeh uzun müddət Azərbaycan Republikası Daxili İşlər orqanlarında fəaliyyət göstərmiş, hazırda isə həmin orqandan təqaüdə çıxmış və kifayət qədər yüksək əmək pensiyası alır. Bundan əlavə, əlilliklə əlaqədar dövlətdən müavinət alır. Bundan başqa isə ticarətlə məşğul olur və mütəmadi qazanc əldə edir. Lakin bütün bunlara baxmayaraq övladlarının maddi tələbatını həyata keçirmir. Tərəflərindən onun əmək pensiyaçısı kimi qeydiyyatda olub-olmaması, əmək pensiyaçısıdırsa, hər ay hansı məbləğdə əmək pensiyası alması barədə yazılı məlumatın verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Londuna sorğu verilsə də həmin orqan tərəfindən verilmiş sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduğundan, sorğunun icrasından imitna edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda bildirir ki, onun yeni ailəsindən bir uşağı 12.08.2005-ci il təvəllüdlü X16 vardır. Qərar qəbul edilərkən nəzərə alınması xahiş olunur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun aliment tələbi barədə iddiasına baxarkən qanunvericiliyin tələbini pozmuş, cavabdehin gəlirlərinin yarısı miqdarında aliment qət etməli olduğu halda birinci uşaga ödənilən ¼ hissədən ibarət aliment çıxıldıqdan sonra yerdə qalan məbləgin yarısı miqdarında aliment qət etmiş, birbaşa qanunvericiliyin tələbini pozmuş və dolayı yollarla cavabdehin birinci nikahından dogulmuş uşağının mənafeyini onun uşaqlarının mənafeyindən üstün tutmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-853/2021 saylı qətnaməsini ləğv edib, üç uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hər şeydən əvvəl iddiaçının yalan iddia tələblərini, yəni onun uşaqlara maddi təminat verməməyini təstiq edən hər hansı bir sübutu təqdim etməməsini nəzərə almadan, eləcə də əvvəlki nikahdan olan uşaq üçün sonrakı nikahdan olan uşaqlara münasibətdə daha çox aliment məbləği müəyyən etməklə uşaqların valdeynlərinin qazancından bərabər təminat almaq hüquqlarını pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. İddiaçı ilə o ailə həyatı qurub nikaha daxil olduqdan sonra o, heç vaxt işləməmiş və onun hər hansı qazancı yaxud gəliri olmamışdır. İddiaçı ilə aralarında olan normal ər-arvad münasibətləri pozulduğundan iddiaçı ondan qisas almaq üçün bu cür qanunsuz iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Hətta onların münasibətləri pozulduqdan sonra belə o, ailəsinin və uşaqlarının maddi ehtiyaclarını təmin etməkdə davam etmişdir. Məhkəmə əvvəlki nikahdan olan uşağa hazırkı nikahdan olan uşaqlara münasibətdə ikiqat artıq məbləğdə aliment müəyyən etməklə uşaqları maddi cəhətdən ayrı-seçkiliyə məruz qoymuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(102)-853/2021 saylı Tovuz Rayon Məhkəməsinin 2-82-2007 saylı 23 fevral 2007-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-154 (04-26)/2007 saylı, 27 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilərək 31 mart 2021-ci il tarixdən başlayaraq 12 avqust 2005-ci il təvəllüdlü X7, 10 may 2007-ci il təvəllüdlü X2, 15 noyabr 2009-cu il təvəllüdlü X6 və 28 noyabr 2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlamasından ötrü aylıq qazancının onların hər biri üçün aylıq 220 manat məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddia ərizəsinə və şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, Cavabdeh apellyasiya şikayətini qəbul etmədi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, İddiaçı apellyasiya şikayətini qəbul etmədi və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən uşağın saxlanılmasına maddi köməklik edilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər 09 yanvar 2007-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından 10 may 2007-ci il təvəllüdlü Gülgün, 15 noyabr 2009-cu il təvəllüdlü Gülay və 28 noyabr 2014-cü il təvəllüdlü Əli adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16.12.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh əmək pensiyasının məbləği 1760,75 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 08.12.2020ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh 1760,75 manat məbləğində pensiya alır. Pensiyanı yaşa görə Müvafiq icra sənədinə əsasən pensiyadan hər ay 440,18 (dörd yüz qırx manat on səkkiz qəpik) manat məbləğində aliment tutulur. İşə əlavə olan Tovuz Rayon Məhkəməsinin 27 avqust 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X9 12.08.2005-ci ildə anadan olan qızı Lalənin atasının Cavabdeh olması müəyyən edilmiş, Cavabdeh hər ay hər növ aylıq qazancının dörddə bir hissəsi 12.08.2005-ci il tarixdən başlayaraq, 12.08.2005-ci ildə anadan olan Lalənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün A.Y.Bayramovaya verilməsi, Tovuz Rayon Məhkəməsinin 01.06.2006-cı il tarixli iddianın təmininə dair qərardadının qüvvədən düşmüş hesab edilməsi, Cavabdeh 19 (on doqquz) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu alınıb Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27.08.2007-ci il tarixli, 2(104)-154(04-26)2007 saylı qətnaməsinin surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 27 avqust 2007-ci il tarixli, 2-82-2007 saylı qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşaqların saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının AM-nin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə- qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbində cavabdehdən 12.08.2005-ci il təvəllüdlü X7, 10.05.2007-ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X4 və 28.11.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh N.Q,Məmmədovun hər ay qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulması, 12.08.2005-ci il təvəllüdlü X10 münasibətdə X11, 10.05.2007-ci il təvəllüdlü G.Cavabdehya, 15.11.2009-cu il təvəllüdlü G.Cavabdehya və 28.11.2014-cü il təvəllüdlü Ə.Cavabdeh münasibətdə isə ona verilməsini xahiş edilmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş arayışdan müəyyən olunmuşdur ki, Cavabdeh əmək pensiyasının məbləği 1760,75 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan məlum olur ki, Cavabdeh 1760,75 manat məbləğində pensiyadan hər ay 440,18 (dörd yüz qırx manat on səkkiz qəpik) manat məbləğində aliment tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırda işlədiyindən və sabit əmək haqqına malik olduğundan qanunun qeyd edilən normasına uyğun olaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun8.1.2-ci maddəs Eyni zamanda həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını tam təmin edərkən haqlı olmamışdır, belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəmə gedişiatında iddia tələbini dəqiqləşdirilməsi barədə iddia ərizəsi vermişdir, lakin birinci instansiya məhkəmə bunu nəzərə almayaraq, iddianı tam təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 mart 2021-ci il tarixli 2(012)-853/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilsin. xx xxxxxx 1966-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Cavabdeh 10.05.2007ci il təvəllüdlü X2, 15.11.2009-cu il təvəllüdlü X4 və 28.11.2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26.10.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi çıxılmaqla yerdə qalan qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin, qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2412/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2412/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver