Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2439/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il və 26 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(060)- 2171/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və 26 may 2021-ci il tarixli qərardadı ilə şikayətin baxılmasının Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(060)-2171/2021 saylı qətnaməsi ilə İddiaçı Bağoğlan qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək cavabdehdən 21 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, aliment tutulması 26 yanvar 2021-ci il tarixdən hesablanması, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 07 aprel 2021-ci il tarixdə Cavabdeh məhkəmə qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamənin surəti ona rəsmi qaydada, ümumiyyətlə təqdim edilməmişdir. Məhkəmədə qətnamənin ünvanına göndərildiyi və imza edilərək qəbul edildiyi bildirilsə də, həmin qətnamə ona rəsmi verilməmiş və o, poçt qəbzinə imza etməmişdir. Həmin məhkəmə qətnaməsinin surəti həqiqətən də mart ayının 5-i tarixində təqdim edilsə də, qətnamə ona yaşayış yeri üzrə deyil, iş yeri olan Bələdiyyəyə gətirilmiş, həmin vaxta işdə olmadıgı üçün iş yoldaşına imza edilməklə verilmişdir. Həmin qətnamə ona mart ayının 9-da təqdim edilmişdir. Məhkəmə qəbzi onun tərəfindən imzalaşmamışdır. Müddət onun tərəfindən imzalanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli və 26 may 2021-ci il tarixli 2(060)-2171/2021 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayətin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, 26 fevral 2021-ci il tarixdə məhkəmə qətnaməsi cavabdehin yaşayış yeri üzrə göndərilmiş və 05 mart 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İşə əlavə edilmiş poçt xəbərnaməsi ilə qeyd olunan xüsusat öz təstiqini tapır (i.v.30). Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilərdi. Lakin cavabdeh bu hüququ imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 08 aprel 2021-ci il və 26 may 2021-ci il tarixli 2(060)-2171/2021 saylı qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2439/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2439/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver