Məhkəmə qərarları › İş №2(105)-2449/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2449/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2449/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Fuad Əli ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal X2rşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-175/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-175/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Əfqan İsmayılov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı X1 İdarəsindən müalicə xərclərinin ödənilməsi üçün sərf olunan 2200 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı X1 İdarəsində 01 fevral 2017-ci ildən işləyir. 21 may 2017-ci ildə iş zamanı üzü üstə yıxılaraq huşunu itirmişdir. Aldığı xəsarət nəticəsində konversiv nevroz xəstəliyinə düçar olmuşdur. Xəsarət nəticəsində aldığı beyin silkələnməsinin əlamətləri hal-hazırda da davam edir. Daimi müalicəyə ehtiyacı vardır. İş zamanı xəsarət alması faktı cavabdeh tərəfindən verilmiş 05 iyul 2017-ci il tarixli “X7 haqqında” 01 saylı akt təsdiq edir. Həmin aktla cavabdeh tərəfindən onun iş zamanı xəsarət alması təsdiq edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiaysının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2017-ci ilin fevral ayından Sumqayıt Mənzil Komunnal X3 fəhlə kimi işləmiş, oradan onu Yaşıllaşdırma İdarəsinə kömək məqsədi ilə təhkim etmiçlər. 21.05.2017-ci il tarixində səhər saat 8-də parkda ona verilmiş tapşırığı yerinə yetirərkən yerin yağışdan sonra sürüşkən olması səbəbindən sürüşərək yıxılmışdır. Təxminən yarım metrlik hündürlükdən yıxılaraq üzü üstə beton plitəyə dəyib, dodaq və dişləri parçalandığından və zərbənin təsirindən huşunu itirmiş, ayılanda isə artıq xəstəxanada olmuşdur. Onu Yaşıllaşdırma İdarəsinin sahə ustası X8 təcili yardıma aparmış, dodaqlarını orada tikmişlər. Sumqayıt şəhər Prokurorluğunun icraatında olan 244c-17 saylı material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Orada göstərilmişdir ki, guya həmin vaxt bazar günü olduğundan işdə olmamış, bazar günü işə çıxarılmamışdır. Guya bazar günü səhər saat 8-də həmin ərazidən keçib öz evinə gedirmiş. Nəcəfov Yusif yalan ifadə verərək bildirmişdir ki, guya o, həmin vaxt işdə olmamışdır. Lakin müstəntiq nədənsə "niyə bazar günü iş paltarında olduğunu?“, "həmin vaxt Yaşıllaşdırma İdarəsinin sahə ustası X5 həmin park ərazisində nə etdiyini?“ soruşmaq əvəsinə onların yalan ifadələri ilə araşdırmaya son qoymuşdur. Bundan başqa X7 Haqqında 05.06.2017-ci il tarixli, 01 saylı AKT-dan görünür ki, o, 21.05.2017-ci il tarixində Yaşıllaşdırma İdarəsinin sahə ustası X5 göstərişi əsasında həmin ərazidə suvarma işləri görməli olmuşdur. AKT-da o da qeyd olunur ki, suvarma şlanqı lazım olduğundan qısa olduğu üçün güllər əkilən gümbəzin üzərinə çıxmağa məcbur olmuş və yağış səbəbindən yer yaş olduğundan sürüşərək yıxılmışdır. Yerin əmək fəaliyyəti üçün təhlükəli şəraitdə olması, qeyri iş vaxtı qanusuz olaraq işə cəlb olunmağı və lazimi avadanlıqlarla təchiz olunmamağı ucbatından ağır xəsarət almışdır. Sumqayıt TTYX-dən verilmiş stasionar xəstənin tibbi kartasından verilmiş 1937 saylı Çıxarışda başbeyin silkələnməsi, üst dodağın kəsilmiş-cırılmış yarası və konversiv nevroz diaqnozu müəyyən edilmişdir. Artıq 3 ilə yaxındır ki, heç bir yerdə işləmir, səhhəti ilə əlaqədar olaraq mütəmadi müalicələr alır. İşlədiyi təşkilat dodaq və dişlərinin ilkin olaraq tikilməsi üçün tələb olunan 1709 manatdan başqa heç bir yardım göstərməyib, əksinə hadisədən 4 ay sonra onun savadsızlığından istifadə edərək işdən çıxma barədə ərizəyə imza çəkdirərək onu işdən çıxardılar. Onlardan köməklik istəyəndə və şəhər rəhbərinin qəbuluna girmək istəyəndə təhqir edir, dəfələrlə fiziki təzyiqlər edirlər. Xəsarəti ilkin yardımla aradan qalxmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətimin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-175/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, komissiya hadisənin baş verməsində Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin cavabdehliyini müəyyən etməmişdir. X9 ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir. İş materiallarında olan 08.04.2021-ci il tarixli “İmplant” X11 məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubdan görünür ki, İddiaçı 29.10.2018 və 31.10.2020-ci il tarixlərində "xxxx" MMC-ə məxsus “İmplant” X13 müraciət etmişdir. Vətəndaş müayinə olunaraq aldığı zədə nəticəsində ona zəruri olan stomatoloji-estetik tibbi xidmətlərin dəyərinin hesablanmasını istəmişdir. Vətəndaşın hər iki müraciətində klinikanın həkimləri tərəfindən görülməsi zəruri olan tibbi xidmətlərin dəyərinin hesablanması cədvəli hazırlanıb ona təqdim olunmuşdur. Lakin ona klinika tərəfindən heç bir xidmət göstərilməmişdir. Onun ilk müraciətində (29.10.2018) istəyi zədə nəticəsində xəsarət almış dişlərinin çəkimi, xəsarət nəticəsində itirilmiş dişlərinin implant dişlərlə əvəz olunması və aldığı xəsarətdən dodağında yaranan çapığının götürülməsi olub. İkinci müraciətində isə (31.10.2020) istəyi zədə nəticəsində xəsarət almış dişlərinin implant dişlərlə əvəz olunması olub. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1207 manat məbləğində dəymiş maddi ziyanın İddiaçı Xələf qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2965/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsidən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarından müəyyən edlir ki, İddiaçı 21 may 2017-ci ildə iş zamanı üzü üstə yıxılaraq huşunu itirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1207 manat məbləğində dəymiş maddi ziyan İddiaçı Xələf qızının xeyrinə tutulmüşdur. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsi əsasında iddiaçıya zərər ödənilməsi, eləcə də istehsalatda baş verən bədbaxt hadisə nəticəsində hər hansı digər xəsarət alması, habelə həmin xəsarətlə əlaqədar ona tibbi xidmətin göstərilməsinin zəruriliyi və belə bir müalicənin dəyərinə dair dəlil və sübutlar məhkəməyə təqdim olunmamasl əsası ilə iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası mülki Məcəlləsinin əhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, 21, 1096, 1097,1118, 1115, MPM-nin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır, belə ki, iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3055/2019 saylı, 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən 1207 manat məbləğində dəymiş maddi ziyan İddiaçı Xələf qızının xeyrinə tutulmüşdur. Göründüyü kimi, daha əvvəl də iddiaçı maddi zərərin ödənilməsi ilə bağlı cavabdehə qarşı iddia qaldırmış və məhkəmə qətnaməsi ilə 1207 manat zərər müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki gündə həmin xəsarətlə əlaqədar ona tibbi xidmətin göstərilməsinin zəruriliyi və belə bir müalicənin dəyərinə dair dəlil və sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Hazırki işdən görünür ki, iddiaçılar öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddiasının təmin edilməsini xahiş etsə də iddiasını və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-175/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar