Məhkəmə qərarları › İş №2(105)-2496/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2496/2021

11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2496/2021 11.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh nümayəndə və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment”mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 aprel 2021-ci il tarixdən başlayaraq 10.03.2018-ci il təvəllüdlü X3 və 18.11.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 18.11.2020-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi ananın saxlanılması üçün 50 (əlli) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim A.M.Süleymanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində - 28.04.2021-ci il tarixdən başlayaraq 10.03.2018-ci təvəllüdlü X3 və 18.11.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə rəsmi nikahdan doğulmuş 10 mart 2018-ci il təvəllüdlü X5 və 18 noyabr 2020-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 175 manat sabit pul məbləğində alimentin, həmçinin 18 noyabr 2020-ci il tarixdə doğulmuş X4 3 yaşına çatana kimi qulluğa görə hər ay 196 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-4476/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş və aşağıda göstərilən səbəblərə görə həmin qətnamə alimentin tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçı birinci instansiya məhkəməsində alimentin sabit pul məbləğində tutulmasını tələb etıııis, ona görə də məhkəmə alimenti həmin formada tutulmasını qət etmişdir. Lakin o, hazırda AR DİN Bas Mühafizə İdarəsində mühafizəçi vəzifəsində isləvir, 350 azn əmək haqqı alıram və bu barədə məhkəməyə sənəd təqdi etsə də məhkəmə bunu nəzərə almamışdır. Nəzərə alaq ki, əmək haqqımdan məhkəmənin tutduğu cəmi 250 manatı aliment şəklində qarhşı tərəfə verəcəyi halda onun normal yvşayış təminatı çətinləşir. Halbuki birgə yaşadıqları dövrdə də o, ailənti aldığı həmin 350 manat vəsaitlə dolandırmışdıor. Buna görə də onun aylıq sabit gəlirinin olması nəzərə alınmaqla aliment qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarıqnda tutulmalıdır. Ona görə də məhkəmə AR PAilə Məcəlləsinin 76-cı maddəsinin göstərişinə əsaslanmaqla qətnaməni alimentin forma və miqdarına aid olan hissədə də işdirməli, aliment qazancın və başqa gəlirlərin 1/3 hissəsi kimi tutulmalıdır. Digər tərəfdən alimentin qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Lakin birinci inmstansiya məhkəməsi onun müntəzəm rəsmi əmək haqqı olmasını nəzərə almamış və məsələyə birtərəfli yanaşmışdır. Hesab edir ki, birinci instansiyası işdə olan sübutlara və tərəflərin hazırki vəziyyətinə düzgün hüquqi qiymət verməmişdir. Mülki prosessual qanunvericiliyin 220-ci maddəsinin tələblərinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilməmiş hallarına istinad etmək olmaz. O sübutlara istinad etmək olar ki, onlar işlə əlaqədar olun qanuna görə mümkün hesab edilsin və məhkəmə iclasında tədqiq edilmiş olsun. Qətnamə qanuniliyi və əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin mahiyyətinə uyğun olsun. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində - 28.04.2021-ci il tarixdən başlayaraq 10.03.2018-ci təvəllüdlü X3 və 18.11.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində - 28.04.2021-ci il tarixdən başlayaraq 10.03.2018-ci təvəllüdlü X3 və 18.11.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində dəyişdirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək mübahisəyə onun iştirakı olmadan baxılaraq apelyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində qətnaməni qismən ləğv edilməsini göstərək qətnaməni alimentin məbləğinə dair hissədə mübahisələndirir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndə və vəkilini izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 22.01.2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmtiş, birgə nikahdan 18.11.2020-ci ildə Səma, 10.03.2018ci ildə Yağmur padlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum» haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, valideynlər uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır. Alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyətləri, habelə uşaqların qanunla nəzərdə tutulmuş minimum maddi təminat almaq hüququ, habelə cavabdehin iddianı qismən etirafı, cavabdehin əmlak vəziyyətini nəzərə alınaraq ağlabatan məbləğ həddində müəyyən edilməklə, 28 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh 10.03.2018-ci il təvəllüdlü X3 və 18.11.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə uşağın azyaşlı olmaqla qulluğa ehtiyacının olmasını və bu səbəbdən iddiaçının işləməməsini, o cümlədən əmlak vəziyyəti ilə bağlı halları nəzərə alaraq hesab edir ki, 18.11.2020-ci il təvəllüdlü X4 3 yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən cavabdehin qazancının 350 manat həddində olmasını, cavabdehin digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini, iddia edilən həcmində alimentin tutulmasının cavabdehin özünün minimum dolanışıq xərclərindən məhrum edilməsi ilə nəticələnməklə əlverişsiz vəziyyətin yaranmasına səbəb olacağı ilə bağlı halları və tərəflər arasında ədalətli tarazlığın təmin edilməsini nəzərə almışdır. Məhkəmə qeyd etmişdir ki, Ailə Məcəlləsinin 84-cü maddəsi bu Məcəllənin «Ailə üzvlərinin aliment öhdəlikləri» adlandırılan beşinci bölməsində nəzərdə tutulduğundan uşağın doğulduğu gündən üç il ərzində zəruri vəsaitə malik olan digər tərəfdən aliment tutulması da həmin Məcəllənin 100.2-ci maddəsinə müvafiq olaraq 28.04.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2, 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə MPM-nin 234-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, istər uşağın saxlanılması, istərsə də uşağın doğulduğu gündən üç il ərzində ər-arvadın birbirini saxlamaq vəzifəsi ilə bağlı pul tutulması ümumilikdə aliment öhdəliklərinə aid edildiyindən məhkəmə qətnaməsi hər iki tələblə bağlı alimentin tutulması hissədə dərhal icra olunmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası cavabdehin 2 uşaq üçün təklif etdiyi əmək haqqının 1/3 hissəsi miqdarında aliementin tutulması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin hazırki vaxtda aldığı aylıq əmək 350 manat təşkil edir. Həmin məbləğin 1/3 hissəsi 116,6 manat təşkil edir ki, bu məbləğ də hazırki gündə iki uşağın təhsil, qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Bundan əlavə alimentin sabit pul məbləğdə deyil, aldığı əmək haqqının 1/3 hissəsi məbləğində tutulması barədə dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində iddiaçı alimentin məhz sabit məbləğdə tutulmasını xahiş etmişdir ki, bu da qanunvericiliyə əsasən iddiaçının hüququdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4476/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar