Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2504/2022 16.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Vaqif qızının, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-1730/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(027)-1730/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(027)-1730/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 3 M-424 nömrəli barışıq sazişi Cavabdeh tərəfindən öhdəliyi yerinə yetirmədiyi üçün Bakı şəhəri, 19 nömrəli notariat ofisində bağlanılan reyestr nömrəsi 3M-424 (İS-11249) olan Barışıq sazişinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən iş üçün əhəmiyyətli halları aydınlaşdırmamışdır. Məhkəmə sorğusu nəticəsində alınmış Bakı şəhəri 19 nömrəli Notariat Kontorunun cavabını nəzərə almamışdır. Cavabdeh sazişdə göstərilən 19600 manat məbləğin tam ödənilməsinə dair məhkəmədə heç bir dəlil göstərə bilməmişdir. Məhkəmədə bu hallar tam və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Bakı şəhəri, 19 nömrəli notariat ofisində xx.xx.2019-cu il tarixli 3M-424 reyestr nömrəli (İS-11249) Barışıq sazişi mövcuddur. Həmin sənədə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixinədək 19600 manat borcunu ödəmək öhdəliyi yaranmış, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, nəticədə bu günkü tarixədək həmin Barışıq sazişindən irəli gələn 9600 manat əsas borc ödənilməyib. Bu barədə Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə və eyni zamanda Bakı şəhəri, 19 nömrəli notariat ofisindən ona bildirişlərin göndərilməsinə baxmayaraq bu günə qədər 9600 manat ödənilməyib. Odur ki, Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(027)-1730/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərdi ki, onun tərəfindən qeyd olunan özdəlik yerinə yetirilib, onun iddiaçıya hər hansı bir borcu qalmayıb. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-1730/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)- 1730/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı adına ümumi birgə mülkiyyətdə, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,09 ha həyətyanı torpaq sahəsi və mülkiyyət hüququ əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 6, mənzil 75 (1/2 hissə) mənzil qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, barışıq sazişi bağlayan tərəflər - İddiaçı (AA*******) və Cavabdeh (AZE Ne ********) aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıda göstərilənlər barədə tam razılığa gəlmişlər: 1. Yasamal Rayon Məhkəməsinin 2(004)- 200/2016 nömrəli mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, ev 6, 75 nömrəli mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən ediməsi hissəsində İddiaçı öz payından Cavabdeh xeyrinə imtina edir. 2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 19000 (on doqquz min) ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində Cavabdeh öz payından İddiaçı xeyrinə imtina edir. 3. Cavabdeh qeyd edilən məhkəmə qətnaməsi ilə İddiaçı tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 6, 75 nömrəli mənzildən İddiaçı payına düşən 28500 manat puldan çıxaraq ona ümumilikdə 19600 manat pul ödəyir. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. X3 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Bakı şəhəri 19 nömrəli notariat ofisinin notariusunun xx.xx.2022-ci il tarixli, 321 nömrəli Quba rayon Notariat Ofisinə ünvanladığı məktubdan görünür ki, Bakı şəhəri, 19 nömrəli notariat ofisində xx.xx.2019-cu il tarixdə 3M-424 reyestrlə X4 ilə X1 arasında barışıq sazişi müqaviləsi rəsmiləşdirilmişdir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən müvafiq tədbirlərin görülməsi üçün barışıq sazişi müqaviləsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. Bakı şəhəri 19 nömrəli notariat ofisinin notariusunun xx.xx.2022-ci il tarixli, 525 nömrəli Quba regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə ünvanladığı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə X4 ilə X1 arasında 3M-424 reyestr nömrəli barışıq sazişi rəsmiləşdirilmişdir. Barışıq sazişində X1 tərəfindən 19600 manat pulun ödənilməsi göstərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixində texniki səhv olaraq Quba regional "ASAN Xidmət" Mərkəzinə icra qeydi yazılması üçün sənədlər göndərilmişdir. xx.xx.2022ci il tarixində Cavabdeh ərizə əsasında notariat ofisinə müraciət edərək İddiaçı borcu olmadığını və 19600 manat pulun barışıq sazişi bağlanan günü ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi və iddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyib, iddia tələbini sübut edə bilmədiyi üçün, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 06 may 2019-cu il tarixdə müqavilə bağlanmış, iddiaçı isə 06 iyun 2022-ci il tarixdə həmin müqavilənin ləğv edilməsinə dair iddia qaldırmışdır. Yəni iddiaçı üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Bundan başqa iddiaçı cavabdehin ona ödənilməli olan məbləğin 9600 manatını ödəməimədiyini bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəlmiş olduğu nəticə əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin ləğv edilməli olmasını bildirsə də həmin müqavilənin ləğvi üçün əsas olan sübutları təqdim etməmiş, həmin sübutları apellyasiya instansiyası məhkəməsində də təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırki işdən görünür ki, iddiaçı mübahisəli müqavilənin ləğv edilməsinə dair əsasları sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-1730/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(027)-1730/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2504/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2504/2022
16.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver