Məhkəmə qərarları › İş №2(105)-2506/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2506/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2506/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızına verilməsi, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, alimentin sabit pul məbləğində deyil, əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh olundan xx xxx 2018-ci il tarixdə anadan olmuş Babaşahlı Banu Asim qızının 18 yaşma çatanadək saxlanılması üçün tutulmalı olan alimentin əmək haqqının 1/4 hissəsindən deyil, 170 manat sabit pul məbləğində müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə xx.xx.2017-ci ildə nikaha girmiş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Banu doğulmuşdur. İddiaçı ilə xx.xx.2018-ci ildən ayrı yaşamışlar və övladı anasında qalmışdır. İddiaçının aliment tələbinə dair iddia ərizəsinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(074)330/2019 saylı qətnaməsi ilə hər ay qazancının ¼ hissəsi məbləğində və ananın 3 yaşadək uşağa baxmasına görə hər ay 50 manat alimentin tutulması qət edilmişdir. Vaxtilə DİN-nin BMİ-nin Şmaxı RMŞ-nin polis nəfəri kimi çalışmış və aliment əmək haqqında tutulmuşdur. xx.xx.2020-ci ildə işinə xitam verilmiş, işsiz qaldıqdan sonar Şamaxı rayon Məşğulluq İdarəsində işaxtaran kimi qeydiyyata düşmüdür. Ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə işlə təmin olunması yubanmışdır. Xüsusi karantin rejimində iddiaçıya 190 manat birdəfəlik ödəniş də edilmişdir. xx.xx.2020ci il tarixdən DOST iş mərkəzində işləyir və 250 manat əmək haqqı alır. Odur ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edib, xüsusi karantin rejimi dövründə ona borc kimi təyin edilmiş alimentin ləğv edilməsi, alimentin sabit pul məbləğində deyil, əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edib, xüsusi karantin rejimi dövründə ona borc kimi təyin edilmiş alimentin ləğv edilməsi, alimentin sabit pul məbləğində deyil, əmək haqqının ¼ hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Daşdiyeva (Babaşahlı) Sevinc Elxan qızının nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(074)-330/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və eyni zamanda xx xxx 2018-ci il təvəllüdlü Babaşahlı Banu Asim qızı 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat miqdarında alimentin alınıb iddiaçı Babaşahlı Sevinc Elxan qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(074)-730/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Babaşahlı Sevinc Elxan qızı arasında xx.xx.2017-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 173 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair portaldan çıxarılmış arayışından görünür ki, Cavabdeh əmək müqaviləsi müddətli olmaqla xx.xx.2020-ci il tarixədək DOST iş mərkəzi MMC-nin Şamaxı filialında işləyir. Birinci instansiya məhkəməsi tərəflərin xx.xx.2017-ci il tarixdə nikah bağlayaraq ailə qurmalarını,birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Banu adlı uşaqları olmasını, valideynlərin uşaqları saxlamağa borclu olduğundan cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalı olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin qismən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin uşaq üçün 120 manat sabit aliment tutulması barədə gəldiyi nəticəni işin hallarına və qanunvericiliyə uyğun hesab edir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü Banu adlı uşaq doğulmuş və uşaq hazırda anasının himayəsindədir. Məhkəmə kollegiyası məhkəmənin uşaq üçün 120 manat məbləğində alimentin tutulması barədə gəldiyi nəticəni də işin hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini bir uşaq üçün 120 manat müəyyən edərkən qanunvericiliyin tələbləri ilə yanaşı, uşağın mənafeyini də nəzərə almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Banunun atası olduğu üçün onun həmin uşağı saxlamaq vəzifəsi vardır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Olsson İsveçə qarşı» işdə (xx xxxx 1988-ci il) Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. BMT Baş Məclisinin 1386 (XİV) nömrəli, xx xxxxxx 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş «X1»nin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il üçün uşaqların yaşayış miniumu 170 manat müəyyən edilməsinə baxmayaraq alimentin məbləğini 120 manat müəyyən edərkən cavabdehin də maddi vəziyyəti nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin əmək haqqının ¼ hissəsində tutulması barədə cavabdehin dəlili uşaqların hüquq və menafelərinə ziddir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehin hazırki vaxtda aldığı aylıq əmək 250 manat təşkil edir. Həmin məbləğin ¼ hissəsi 62,5 manat təşkil edir ki, bu məbləğ də hazırki gündə bir uşağın təhsil, qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Bundan əlavə alimentin sabit pul məbləğdə deyil, aldığı əmək haqqının ¼ hissəsi məbləğində tutulması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində iddiaçı alimentin məhz sabit məbləğdə tutulmasını xahiş etmişdir ki, bu da qanunvericiliyə əsasən iddiaçının hüququdur. Bundan əlavə cavabdehin göstərdiyi digər dəlil, xüsusi karantin rejimində işləmədiyi üçün həmin aylarda aliment ödəməkdən azad edilməsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı rayon Məhkəməsinin 2(074)-419/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar