Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2523/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1180/2020 saylı qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinin rədd edilməsi qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü Aslanov Ömər Vüsal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-4283/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə hər ay, hər uşağa görə tutulması qət edilmiş 154 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək hər ay hər uşağa görə 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini qət edilməsini xahiş etmişdir. İlkin iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü Aslanov Ömər Vüsal oğlu adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları zaman Cavabdeh ona qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)- 457/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixdən başlayaraq ondan iddiaçının xeyrinə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 108.00 manat, ümumilikdə 216.00 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş və icraya yönəldilmişdir. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən alimentin miqdarı dəyişdirilmiş və hər ay hər uşağa ödənilməli olan alimentin miqdarı 154.00 manat, ümumilikdə 308.00 manat müəyyən edilmişdir. Alimenti ödəyə bilmədiyinə görə 5.138.00 manat məbləğində aliment borcu yaranmış və Sumqayıt şəhər məhkəməsinin 3(060)-3911/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, uşaqlarını saxlamağa borclu olduğunu bilir. Lakin valideynlər öz uşaqlarını maddi imkanları daxilində təmin etmək iqtidarında olurlar. Bu səbəbdən də müxtəlif qazancı olan valideynlərin uşaqları da valideynlərinin qazancına uyğun təmin edilirlər. Onun rəsmi iş yeri, əlavə gəlir və qazancı yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. xx.xx.2011-ci il tarixdə bağlanmış rəsmi nikah qeydi pozulmuş və o, xx.xx.2018-ci il tarixdə X3 ilə rəsmi nikah qeydiyyatından keçməklə yeni ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Hazırda, həm ailəni saxlamaqda, həm də alimentin ödənilməsində çətinlik çəkir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun daimi iş yeri, əlavə gəliri və qazancı olmasa da, uşaqlarının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə cavabdehə 100 manat, ümumilikdə 200 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. Cavabdeh Sumqayıt şəhər 5 saylı X10 ingilis dili müəllimi vəzifəsində çalışır və aylıq əmək haqqı 245 manat təşkil edir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı xx.xx.2012-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş Aslanov Ömər Vüsal oğlunun yetkinlik yaşma çatana qədər hər birinin saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının 154 manatdan 170 manata qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 05.01,2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı övladlarınının saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər uşağa görə 108 manat aliment tutulması müəyyən edilmişdir. Sonradan alimentin miqdarı 154 manat müəyyən edilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək alimentin miqdarının azaldılmasını, hər uşağa 100 manat aliment ödənilməsi tələbi barədə iddia vermişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı 154 manat bir uşağın tələbatını ödəmir. Cavabdehin həmin məbləğin ödənilməsi ilə bağlı 5000 manata yaxın borcu yaranmışdır. Qərəzli surətdə məhkəmə qətnaməsini icra etməkdən yayınır. Uşaqların qayğısına o, qalır, bütün tələbatlarını ödəməyə çalışır. Hal-hazırda orta məktəbdə müəllimə işləyir və əmək haqqı məbləği azdır. Bu səbəbdən də uşaqların tələbatını tam ödəyə bilmir. Cavabdeh ümumiyyətlə uşaqların qayğısı ilə məşğul olmur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-4283/2018 saylı qətnaməsi ilə bir uşağın saxlanması üçün cavabdehdən hər uşağa görə 154 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda göstərilən məbləğ uşaqların xərcini ödəməyə imkan vermir. 2020-ci ilin yanvar ayında “X4” Qanuna əsasən bir uşağın saxlanması üçün minimum hədd 170 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, maddi vəziyyəti ağırlaşmış, uşaqların saxlanılması üçün onun maddi imkanı artıq tükənmişdir. Hər iki uşaq müəyyən xəstəliklərdən əziyyət çəkir, onların müalicəsinə böyük məbləğdə pul xərcləməli olur. Cavabdeh isə onları ödəməkdən imtina edir. Bununla bağlı sənədləri qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan o, 2020-ci ilin yanvar ayının 1- dən 1 uşağın saxlanılması üçün müəyyən olunmuş həddə, yəni 170 manat miqdarında alimentin miqdarını müəyyən olunmasını istəyir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddiaçı Aslanov X2 şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun rəsmi iş yeri, əlavə gəlir və qazancı yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. Yenidən ailə qurduğu üçün həm ailəni saxlamaqda, həm də alimentin ödənilməsində çətinlik çəkir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və qarşılıqlı iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi barədə ilkin, öz növbəsində Cavabdeh İddiaçı qarşı ilkin iddia ərizəsinin rədd edilməsi və aliment miqdarının artırılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni aliment azaldılması üçün əsasların olmaması, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə aliment təyin olunduqdan sonra İddiaçı maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişikliyin olması barədə məhkəməyə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırmışdır. İlkin iddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni ilkin iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın aildə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan hazırkı müddətə cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən maddi vəziyyətinin daha da yaxşılaşmasına dair hər hansı bir sübut ilkin iddiaçı təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İlkin iddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa görə 154 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşaqların mənafeyinə uyğun olmamaqla onların təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən ilkin İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 308 manat miqdarında alimentin azaldılaraq hər ay iki uşağın hər birinə 100 manat olmaqla ümumilikdə 200 (iki yüz) manat miqdarda tutulması təşkil edir (308- 200=108 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (108 X 12 ay = 1296 manat) 2000 manatdan az olduğundan, eləcə də qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsi tərəfindən tutulan alimentin artırılaraq hər ay iki uşaq üçün hər birinə 170 manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat miqdarda tutulmasını xahiş edir (340- 308=32 manat) həmin artımın bir il ərzində məcmusu isə (32 X 12 ay = 384 manat) 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2523/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2523/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver