Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2538/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1371/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1371/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması və maddi yardım tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul şəklində alimentin və Nur Sadıqovanın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat, həmçinin ona maddi yardım kimi hər ay 100 manat, cəmi hər ay 300 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin tarixdə də cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Gəncəli kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2018ci il tarixdə X9 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduğu vaxtdan təxminən bir ay Xaçmaz rayonu, Gəncəli kəndində yaşadıqdan sonra onlar Xaçmaz şəhəri, Nərimanov küçəsindəki 66 saylı evin 22 saylı mənzilində kirayədə yaşamağa başlamışdılar. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Quba şəhəri 2 saylı Yanğın söndürmə xidmətində çavuş vəzifəsində işləyir. Cavabdehlə aralarında mübahisələr baş vermiş və nəticədə xx xxx 2020-ci il tarixdə cavabdeh kirayədə yaşadıqları ünvandan köçüb getmişdir. O vaxtdan da cavabdehlə ailə münasibətləri kəsilmişdir. Hazırda o, uşağı ilə birlikdə kirayədə yaşadığı mənzildə qalır, cavabdeh isə Xaçmaz rayonu, Gəncəli kəndində valideynlərinin evində yaşayır. Cavabdeh məhkəmədə ona qarşı nikahın pozulmasına dair iddia qaldırmış, həmin iş üzrə məhkəmə iclası keçirilməmişdir. Cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. O, heç bir yerdə işləmir, qoca nənəsinin maddi yardımı hesabına dolanırlar. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləməklə aylıq maaşı 540 manat təşkil edir, ilin sonunda da cavabdeh 2000 manat civarında əlavə ödənişlər alır. Cavabdeh hər ay uşağa görə 200 manat, həmçinin hər ay ona maddi yardım kimi 100 manat aliment ödəmək iqtidarındadır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə iclasında o, “Yaşayış minimumu haqqında’’ Azərbaycan Respublikasının qanununa istinad etməklə uşağın saxlanması üçün hər ay 170 manat, iddiaçının özünə isə hər ay 30 manat, ümumilikdə hər ay 200 manat ödəyə biləcəyini göstərmişdir. Lakin məhkəmə hər hansı sübuta və dəlilə istinad etmədən uşağın saxlanması üçün 200 manat, iddiaçının özünə isə 50 manat məbləğində alimentin tutulmasını qət etmişdir. Qətnamədə alimentin 200 manat həddində, iddiaçının özünə isə 50 manat həddində təyin olunmasını məhkəmə, ümumiyyətlə, əsaslandırmamışdır. Valideynlər uşaqlara münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər. Onun aylıq əmək haqqı 540 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən bir uşağın saxlanması üçün qazancın ¼ hissəsi miqdarında aliment tutulur. Qanuna görə ondan uşağın saxlanması üçün 135 manat aliment tutulmalıdır. Məhkəmə nədənsə iddiaçının tələb etdiyi 200 manat məbləğində alimentin ondan tutulması barədə əsassız nəticəyə gəlmişdir. Onun başqa qazanc yeri yoxdur. Onun əlavə qazancının olması barədə göstərilənlər tamamilə əsassız olmaqla, hər hansı sübuta söykənmir, halbuki sübut etmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə yalnız iddiaçının maraqlarını əsas götürmüşdür. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi, yəni hər ay bir uşağın saxlanılması üçün ondan 170 manat, uşağın üç yaşına çatanadək saxlanması üçün iddiaçıya hər ay 30 manat aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, heç bir yerdə işləmir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq alimentin məbləğinə aid hissədə dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh iləİddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılaraq 2742 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından xx.xx.2018-ci il tarixdə X9 anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki X2 xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edir və aylıq əmək haqqının ələ çatacaq məbləği 483,06 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur, cavabdeh işləyir, 483,06 manat əmək haqqı alır, iddiaçı isə işləmir. Digər tərəfdən, tərəflərin nikahından olan azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X7 iddiaçının himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğısının çəkilməsi uşağın himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh uşaq üç yaşına çatanadək İddiaçı xeyrinə hər ay 50 manat aliment tutmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərindən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsi üzrə də gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflərin nikahından olan uşağın 3 yaşı tamam olmasına artıq 9 ay qalmışdır. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən bir uşağın saxlanması üçün qazancın 1/4 hissəsi miqdarında aliment tutulduğunu və buna görə də ondan uşağın saxlanması üçün 135 manat aliment tutulmalı olmasını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırki tələbi sabit pul məbləğində alimentin tutulması və maddi yardım barədədir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1371/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2538/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2538/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver